Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan legionu
Azərbaycan legionu (alm. Aserbaidschanische Legion‎) — Verxmatın xarici hərbi bölüklərindən biri. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın milli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır. İkinci dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas edilmişdir. Azərbaycan legionerlərinin 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi mühüm tarixi-hadisə olmuşdur. Belə ki, həmin qurultayda Azərbaycanın müstəqil dövlət olması fikri xüsusi vurğulanmışdır. 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində Almaniya Azərbaycanın müstəqilliyini tanımışdır. == Tarixi == === Zəmin === İkinci dünya müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də daxil olmaqla könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında həmin könüllülərdən, əsasən, arxa cəbhədə sürücü, atsaxlayan, mətbəx işçisi və müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır, rabitə və minatəmizləmə işlərində çalışırdılar.
Erməni legionu
Erməni legionu - (alm. Armenische Legion‎) İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi. Erməni legionu 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.
Ermənistan legionu

Gürcü legionu
Gürcüstan legionu (gürc. ქართული ლეგიონი, kartuli legioni; alm. Georgische Legion‎) - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur. Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Gürcüstan legionu

Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. == Tarixi == İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Roma Legionu
Roma legionu (lat. legio, legionis, lego — yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər — bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8–12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Türkistan legionu
Türkistan legionu — İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası qüvvələri tərəfindən döyüşən və almanlar tərəfindən əsir alınan SSRİ-də yaşayan türk millətlərinin nümayəndələrindən təşkil olunmuş legion. 1942-ci ilin yanvarında isə 1-ci (450-ci) formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun yaradıcısı və birinci komandiri mayor A. Mayer-Mader idi. Mayor A. Mayer-Mader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk xalqlarının psixologiyasına və adət-ənələrinə yaxından bələd olan Mayor Mader müəyyən səbəblərə görə 1942-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırıldı. O, 1943-cü ilin sonlarında SS rəhbərliyinə öz xidmətini təklif etdi və ona SS hissələri tərkibində Türkistan alayı yaratmaq tapşırıldı. Yaradılan alayın bazası üzərində “Yeni Türkistan” diviziyası formalaşdırmaq da nəzərdə tutulurdu. Sovet təbliğatında Türkistan legionunun qurucusu kimi Mustafa Çokay göstərilir. Legionun əsas məqsədi Türkistanın birliyi və Sovet əsarətindən azad edilməsi uğrunda mübarizə aparmaq idi. Legionun tərkibinə qoşulanlar əsasən Sovet ordusundan almanlara əsir düşən türkistanlı əsgərlər, Avropa və Türkiyədə yaşayan Türkistan mühacirləri və ziyalıları idi.
Şərq Legionu
Fransız Erməni Legionu — Şərq Legionu lahiyəsi Birinci Dünya müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar.. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir.
Fransız Erməni Legionu

Gürcüstan Milli Legionu
Gürcüstan Milli Legionu (ukr. Грузинський національний легіон; gürc. ქართული ლეგიონი) - Donbass müharibəsinin gedişatında yaradılmış və əsasən etnik gürcülərdən təşkil olunmuş yarımhərbi birləşmə. Gürcüstan Milli Legionu rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna QQ-na daxildir və 2014-cü ilin may ayında Rusiya təcavüzünə qarşı durmaq məqsədi ilə təşkil edilib. Legiona veteran gürcü zabiti Mamuka Mamulaşvili komandanlıq edir. Gürcüstan Milli Legionunun bir çox döyüşçüsü Birinci Çeçenistan müharibəsinin iştirakçısı olmuş etnik çeçenlərdir.
Qafqaz Müsəlman Legionu
Qafqaz Müsəlman Legionu (alm. Kaukasisch-Mohammedanische Legion‎) — general Olbrixtin əmri ilə 1942-ci ilin 13 yanvarında yaardılmışdır. Legion şimali qafqazlılardan və azərbaycanlılardan təşkil edilmişdi. 1942-ci ilin 19 fevral dekretinə uyğun olaraq, Şimali Qafqaz xalqlarından olan könüllülər 2 avqust 1942-ci ildə Şimali Qafqazın milli-ərazi prinsipləri əsasında təşkil edildi. Legionun başlanğıcda toplaşma yeri Vesel şəhəri idi. 1941-ci ilin oktyabr ayında Abverin xüsusi məqsədləri üçün Türkistandan və Qafqazdan olan əsirlərin bir yerə cəmləndirilməsi qərara alındı. Abver üçün işləməyə razı olan könüllülərə Stab Vallidən nəzarət ediləcəkdi və onlar Abver zabitləri olan mayor Andreas Meyer Mader və Teodor Oberlander tərəfindən subordinasiya ediləcəkdilər. Professor olan baş leytenant Oberlander müharibədən əvvəl Köniqsberqdə, Qreyfsvaldda və Praqada sosial elmlər departamentlərinin rəhbəri olmuşdu. Baş leytenant Oberlander həmçinin, Bülbül taborunun da siyasi lideri kimi xidmət etmişdi. Qafqaz Müsəlman Legionu 13 yanvar 1942-ci ildə rezerv ordunun komandanı general Olbrixtin əmri ilə yaradıldı.
XII Fulminata Legionu
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır. 1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.
İdil-Ural legionu
İdil-Ural legionu və yaxud Volqa-tatar legionu (alm. Wolgatatarische Legion‎), alm. Legion Idel-Ural‎, tatar. Идел-Урал Легионы, İdel-Ural Legionı) — Volqa xalqlarının nümayəndələrindən (əsasən tatarlardan, həm də çuvaşlardan, başqırdlardan, marilərdən, mordovlardan, udmurtlardan) ibarət Vermaxtın bölməsi.. Təşkilati cəhətdən Şərq legionları Komandanlığının Qərargahına (alm. Kommando der Ostlegionen‎) tabe idi. Volqa-tatar legionu 7 gücləndirilmiş səhra batalyonundan (təxminən 40 min nəfər) ibarət idi.. Legionun formal ideoloji əsasını bolşevizmə və yəhudilərə qarşı mübarizə təşkil edirdi. Alman tərəfi isə qəsdən İdil-Ural dövlətinin bərpası haqqında şayiələr yayırdı. Legionerlərin ideoloji hazırlanmasında aparıcı rolu mühacirlər – İşğal olunmuş Şərq Əraziləri Nazirliyinin tabeliyində yaradılmış milli komitələrin üzvləri oynayırdılar.
Legion
Roma legionu (lat. legio, legionis, lego — yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər — bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8–12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Egey regionu
İzmir ili
Hollandiya regionu
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Kansai regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir. Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub.
Kansay regionu

Kanto regionu
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kyuşu regionu
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi. 1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Rur regionu
Rur regionu — Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda yerləşən, 5.3 milyon əhalisi və 4.435 km² ərazisi olan regionudur. Almaniyanın ən böyük metropoliya tipli yaşayış məntəqəsidir. Duisburg, Mülheim an der Ruhr, Essen, Gelsenkirchen, Bochum, Oberhausen, Bottrop və Dortmund bu regionun əsas mərkəzi şəhərləridir. Rur regionu xalq arasında Pott və ya Kohlenpott kimi də tanınır. Son vaxtlara qədər əsas gəlir mənbəyi kömür və polad istehsalından ibarət olan region bu gün Almaniyanın İnformasiya texnologiyaları (İT), logistika və alternativ enerji mərkəzidir.
Saar regionu
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.