Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Besson (kommuna)
Besson (fr. Besson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03026. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 797 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 511 nəfər (15-64 yaş) arasında 386 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.5%, 1999-cu ildə 73.9%). Fəal olan 386 nəfərdən 361 nəfər (190 kişi və 171 qadın), 25 nəfər işsiz (8 kişi və 17 qadın) idi.
Lyuk Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18.3.1959 Paris, Fransa) — fransız rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər. == Filmləri == Tədricən Lük Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: "Tunel", "Leon", "Nikita", "Janna Dark", "Beşinci element", "Mələk A", "Taksi", "Mavi ənginlik" və s.
Lük Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18.3.1959 Paris, Fransa) — fransız rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər. == Filmləri == Tədricən Lük Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: "Tunel", "Leon", "Nikita", "Janna Dark", "Beşinci element", "Mələk A", "Taksi", "Mavi ənginlik" və s.
Sesson Yubay
Sesson Yubay (雪村 友梅, 1290, Eçiqo əyaləti[d] – 22 yanvar 1347) – Yaponiya şairi və buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. Kokan Şiren ilə birlikdə erkən Qozan ədəbiyyatının iki önəmli şəxsiyyətindən biridir. == Həyatı == Sesson Yubay 1290-cı ildə Yaponiyanın Eçiqo əyalətində doğulmuşdur. Gənc oğlan olduğu dövrdə İssan İçineyin şagirdi olmuşdur. 1307-ci ildə İssanın tövsiyəsi ilə Çinə getmişdir. Yaponiyanı işğal etmək cəhdi uğursuzluqla nəticələnən Xubilay xanın qisasını almaq istəyən Çin imperatoru Kaysan Külük xan 1310-cu ildə onu həbs etmişdir. Üç il sonra azadlığa çıxan Sesson növbəti 13 ilində Çinin ucqar bölgələrində sürgün həyatı yaşamışdır. Sonda Yuan sarayının rəğbətini qazansa da, 1329-cu ilə qədər Yaponiyaya qayıtmaq icazəsi ala bilməmişdir. 1330-cu ildə Şinano əyalətində yerləşən Ciun məbədinin qurucusu olmuşdur.
Sesson Şukey
Sesson Şukey (雪村周継, 1504[…], Hitaçi[d], İbaraki prefekturası – 1589[…], İvaşiro əyaləti[d], Tosando[d]) – Yaponiya mürəkkəb rəssamı. == Həyatı və karyerası == Sesson Şukey 1504-cü ildə yapon mürəkkəb rəssamlığı mərkəzlərindən uzaqda yerləşən Hitaçidə doğulmuşdur. 1540-cı illərdə Aşina Moriucinin hamiliyi altında Ayzuda işləmişdir. 1550-ci illərdə isə Hoco ailəsinin hamiliyi altında Odavarada yerləşn Soun məbədində işləmişdir. 1573-cü ildə işdən çıxmışdır. == Üslubu == Sessonun 60 rəsmdən ibarət toplusuna müxtəlif mövzular və nümunələr daxildir. Onun, xüsusilə, daoist ölümsüzlər və buludlar arasında əjdahalar haqqında rəsmləri məşhurdur. Peyzaj rəsmləri də çəkmişdir. Onun Yaponiya rəssamlığında etdiyi ən radikal dəyişiklik həm Çin, həm də yapon prototiplərindən uzaqlaşması olmuşdur. Onun "Setsumon teyşi" (1542) adlı traktatı növbəti işlərində ortaya qoyduğu nəzəriyyələri əks etdirir: təbiəti müşahidə etməyin və təbiəti sadələşdirmək üçün usta rəsmləri köçürməyin vacibliyi.Sesson mürəkkəbin istifadəsinə diqqət ayırmış, xüsusilə, əsərlərində açıq və tünd tonallıqlardan istifadə etmişdir.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Cekson
Cekson — soyad. Endrü Cekson — Cermeyn Cekson — Canet Cekson — Marlon Cekson — Pop-kralı Maykl Ceksonın qardaşı. Maykl Cekson — Ketrin Cekson — Piter Cekson — Rendi Cekson — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Skay Cekson — Amerika aktrisası.DigərCekson (şəhər) — Cekson 5 — Cekson ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Cekson adası — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada.
Geskon
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Hessen
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Legion
Roma legionu (lat. legio, legionis, lego - yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər - bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8-12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Lesnoe
Yaşayış məntəqələriLesnoe (Belarus) —GöllərLesnoe gölü (Tatarıstan) —
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Letoon
Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır.Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi.Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır. Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir. Belə ki, o, Likiya sahil şəhəri Pataranı mühasirəyə alaraq müqəddəs meşədəki ağacları öz məqsədləri üçün kəsməyi planlaşdırsa da, gördüyü kabusda bu hərəkətinə qarşı ona xəbərdarlıq edilibmiş.Xiyarətgah Roma dövründə də aktiv qalmışdır. Obyekt eramızın yeddinci əsrində tərk edilmiş və ərazidə erkən xristian kilsəsinin inşası ilə bölgə xristianlaşdırılmışdır.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Alisson
Alisson Meker (2 oktyabr 1992) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun qapıçısı.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Bessen (İzer)
Bessen (fr. Bessins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38041. Kommunanın 2012-ci il üçün əhalisi 127 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 650 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 37 km qərbdə yerləşir.
Losyon
Losyon (fr. lotion; Oxunuşu Las'yon) — Dәri üçün qidalı kosmetik maye.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Həssan
Həssan (ərəb. حَسَّان‎ Ḥəssan) — ərəb mənşəli ad.
Qeskon
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Qəssan
Qəssan (ərəb. غسّان‎) — ərəb mənşəli ad. Qəssan, Qəssanilər sülaləsinin qurucusu Qəssan Kənəfani (1936—1972), fələstinli yazıçı və aktivist Qəssan Məsud (d.