Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Lor (Sisyan)
Lor — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Lor dili
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. == Əhalisi == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
Loo
Loo (adıq Лэуп) — Krasnodar diyarında mikrorayon. Loo Lazarevski rayonununda yerləşir. == Coğrafiyası == Mikrorayon Qara dəniz sahilində, eyniadlı Loo çayının mənsəbində yerləşir. Rayon mərkəzindən — Lazarevskoye mikrorayonundan 43 km cənub-şərqdə, Mərkəzi Soçidən 26 km şimal-qərbdə və Krasnodar şəhərindən 270 km cənubda (yolla) yerləşir. Mikrorayondan A −147 Cubqa — Adler federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Mikrorayonda Loo dəmir yolu platforması fəaliyyət göstərir. Uzunluğu 1,5 km və eni təxminən 40 metr olan çınqıllı çimərlik zolağına malikdir. Şimal-qərbdə Aşağı Xobza, şimal-şərqdə Qornoe Loo və cənub-şərqdə Kuçuk-Dere yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir. Loo dar dənizkənarı vadidə yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Mikrorayon ərazisində relyef əsasən dağlıqdır.
Lori
Loru və ya Lori — Yaşayış məntəqələriLoru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd.Bu adı olan tanınmış şəxslərLori Stroud —DigərLuri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Loru
Loru və ya Lori — Yaşayış məntəqələriLoru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd.Bu adı olan tanınmış şəxslərLori Stroud —DigərLuri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Lorş
Lorş (alm. Lorsch‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 25.24 km2, əhalisi 12810 nəfərdir (2007).
Lotr
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır. == Yaranma tarixi == "Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Por
Por (Ermənistan)
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Xlor
Xlor (Cl) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 17-ci element. Xlor kəskin iyli sarımtıl – bərk maddedir Birinci dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə edilmişdir. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan ağardıcılardan istifadə etdikdə də otağın havasını yaxşı dəyişmək lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır. Bitkilərin orqanizmində xlorun miqdarı təxminən kütləcə 0,1 %-dir. Bu bütün canlı orqanizmlərdə su-duz mübadiləsinin əsas elementlərindən biridir. Bəzi bitkilər (halofitlər – şoranlıqlarda bitən bitkilər) yüksək qatılıqda natrium xloridə malik duzlu torpaqlarda inkişaf etmək qabiliyyəti ilə yanaşı xloridləri də toplamaq qabiliyyətinə malikdirlər. Onlara şoran ot, yulgün və s. aiddir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
Çor
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən pagan black metal qrupud . Qrup adını Tenqriçilikdəki bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. == İfa tərzi == Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir. Səsyazma tərzində orijinal black metal üslubunu qorumağa çalışan qrup ən çox ABŞ, Türkiyə və Azərbaycanda məşhurdur. Qrup albomlarını pulsuz olaraq yayımlayır.