Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (dəqiqləşdirmə)
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ay müştəri... (film, 1986)
Amblyseius murteri
Proprioseiopsis murteri
Proprioseiopsis murteri (lat. Proprioseiopsis murteri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü.
Müstəti
Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması. Müstəti olmağın şərtləri bunlardır: 1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa; 2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun. 3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin. 4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır. 5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır. 6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Arzuman küftəsi
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi. Naxçıvan bölgəsi üçün karakterikdir. Yemək 8-10 nəfər üçün hazırlanır. == Hazırlanması və servis edilməsi == Bütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir.
Ay mifləri
Ay mifləri - ay və ay fazaları haqqında miflər. Astral miflərlə, ilk növbədə günəş mifləri ilə əlaqələndirilir: ay və günəş mifoloji şüura xas olan ikili oppozisiya sistemi (yuxarı-aşağı, kişi-qadın, diri-ölü) sistemi çərçivəsində bir-birinə qarşıdır . Beləliklə, qədim Çin təbiət fəlsəfəsində in passiv, qaranlıq, qadın prinsipi Ay ilə, aktiv, parlaq, kişi yan isə Günəşlə əlaqələndirilir. Adətən ay mənfi başlanğıcla əlaqələndirilir, lakin istisnalar var: məsələn, Dahome mifologiyasında ikili demiurq Mavu-Lizanın ay hipostazı (Mavu) gecəni, biliyi, sevinci və günəşi (Lisa) himayə edir. günü, gücü, işi himayə edir. Ayla əlaqəli ən çox yayılmış mifoloji motivlər arasında ayın özünün görünüşünü, ay dövrlərinin mənşəyini, ay ləkələrini və s. d. Hind-Avropa, Sibir, Hind mifoloji sistemlərində Ay və Günəşin “səmavi evlilik” süjeti görkəmli yer tutur . Bu halda ay həm qadın, həm də kişi xarakteri kimi çıxış edə bilər (sonuncu variant Sibir xalqları arasında və görünür, arxaik tayfaların əksəriyyəti arasında üstünlük təşkil edir ). Bu mif eyni zamanda Ay fazalarının mənşəyini izah edən etioloji bir mif kimi çıxış edir: Baltik mifologiyasında Perkunas Günəşə xəyanət etdiyi üçün Ayı qılıncla kəsir.
Günəş mifləri
Günəş mifləri - Günəşin mifologizasiyası və yer üzündəki həyata təsiri; adətən ay mifləri ilə sıx bağlıdır. XIX əsr - XX əsrin əvvəlləri etnoqraflarının fərziyyələrinin əksinə olaraq, "ibtidai", arxaik dini və mifoloji sistemlərdə xüsusilə pərəstiş edilən "Günəş kultu" müşahidə edilmir. Onlarda Günəş kiçik bir xarakter və ya hətta cansız bir cisim kimi qəbul edilir. Arxaik günəş mifləri arasında Afrika, Sibir və Avstraliya xalqları arasında yayılmış Günəşin yaranması və artıq günəşlərin məhv edilməsi, Günəşin yoxa çıxması və geri qayıtması haqqında miflər var. Vyaçeslav İvanovun təklif etdiyi kimi, Günəş və Ay haqqında əkiz miflər və “səmavi toy”un motivi də arxaik görünür. Ən qədim versiyalarda (xüsusən də Sibir xalqları arasında) bu cütlükdəki Günəş qadını, Ay isə kişini təmsil edir. Etnoqraf Artur Hokarta görə, “müqəddəs hökmdar”ın rolunun artdığı mədəniyyətlərdə Günəş kultu ön plana çıxır. Şumer-Akkad mifologiyasında günəş tanrısı Şamaş əhəmiyyətinə görə hələ də ay tanrısından aşağıdır, lakin artıq ən hörmətli tanrılardan birinə çevrilir. Qədim Misir dinində günəş kultları ən mühüm rol oynayır. Misir günəş tanrıları arasında - Ra, Horus, Amon, Khepri - Günəşi səmada gəzdirən skarab tanrısı.
Mənuçöhr Müttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Təbriz küftəsi
500 qr çəkilmiş ət (qoyun ya mal əti), 250 qr baş soğan, 125 qr ləpə (yarıya bölünmüş noxud), 125 qr düyü, 2 ədəd orta ölçülü kartof, 5 ədəd yumurta, 450 qram pomidor Göyərti – cəfəri, keşniş, şüyüd, Duz, İstiot, Sarıkök. Təbriz küftəsi hazırlamaq üçün əvvəlcə əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın. Bundan sonra düyünü sarıköklə qarışdırın. Tam bişmədən, bir az yumşaldıqdan sonra ocaqdan götürün. Suyunu süzüb qiyməni əlavə edin. Noxudu bişirin. Bundan sonra kartofu da bişirin. Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın. Üç ədəd yumurtanı da qiyməyə əlavə edərək qarışdırın. Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Fərhad Dəftəri
Fərhəd Dəftəri (1938, Brüssel paytaxt vilayəti[d]) Belçika əsilli İran-Britaniya İslam və Şərq tarixçisidir. Londonda İsmailiyyə Araşdırmaları İnstitutunda direktor müavini, tədqiqatlar və nəşrlər şöbəsinin rəhbəri. London, Tehran, Roma və Vaşinqtonda təhsil alıb. Amerika Universitetində liberal sənətlər üzrə bakalavr və magistr, 1971-ci ildə Berkli Kaliforniya Universitetində İslamşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1988-ci ildən İsmailiyyəşünaslıq İnstitutunda çalışır. Şiə tarixi, xüsusən də İsmaillik sahəsində avtoritet. 2011-ci ildə Festfont mükafatına layiq görülüb. “İranika”, “İslamika” ensiklopediyalarının müəlliflərindən biri və həm redaktoru, “Böyük Rus Ensiklopediyası” və “İslam Ensiklopediyası”nın müəlliflərindən biri və İsmayıliyyəyə həsr olunmuş üç seriyalı kitabların baş redaktoru. Ensiklopediyalarda və elmi jurnallarda 200-dən çox məqalənin müəllifidir. == İşləri == === Monoqrafiyalar ingilis dilində === Daftary Farhad.
Muktəfi
Əbu Məhəmməd əl-Muktəfi Billah Əli ibn əl-Mutəzid Əhməd ibn əl-Müvəffəq 878-ci ildə anadan olmuşdur. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər.
Mühümmə dəftəri (1590)
Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü. 1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan Osmanlıları və Səfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvan və Göyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır. Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il və 1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Azərbaycan yaradılış mifləri
Azərbaycan yaradılış mifləri — azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir. == Aləmin və insanın yaradılması == Qədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır. Azərbaycan inanclarında göy Tanrının bir neməti olaraq qəbul edilir, "Göy üzü ilə Yer üzü Tanrının iki meyvəsidir deyilir". İran Azərbaycan türkləri Altay və Qırğız türkləri ilə bənzər şəkildə əvvəlcə göyün, sonra isə yerin yaradıldığına inanırlar. İran azərbaycanlılarının inancına görə göy yeddi qatdır, ilk qatı torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda isə Tanrı taxtında oturub dünyanı idarə edir. Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol vurğulanır. Qeyd edilir ki, ilk əvvəl bütün yer su ilə örtülmüşdü.
Müfti Cami
Müfti Cami — Feodosiya (Krım) şəhərində yerləşən cümə məscidi. Şəhər və onun ətrafında saxlanmış yeganə tarixi dini müsəlman binası. 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər Erməni Katolik Kilsəsi idi. Binanın inşası 1623-1630-cu illərdə Feodosiya türkləri tərəfindən İstanbul orta əsr məscidləri üslubunda aparılmışdır. Binanın qarşısında dövrümüzə qədər çatmayan türbə var idi. Krımın Rusiya İmperiyasına birləşdirilməsindən sonra bina katolik ermənilərin ixtiyarına verildi. 1975-ci ildə bərpa işləri aparıldı, bu müddət ərzində görməli yerlər ilkin görünüşünə qaytarıldı (minarənin itirilmiş hissəsi bərpa edildi, çatlar düzəldildi, pəncərələr, qapılar, döşəmə, dam örtüyü və daxili suvaq dəyişdirildi). Sovet dövrünün sonu ilə məscid müsəlman icmasına verildi və 1998-ci ildən bəri orada cümə namazı qılınmağa başlandı. Məscidin əsas hissəsi kötürdaş və kərpic hörgüsündən ibarət kub formasındadır. Binanın başında on iki tərəfli günbəz yerləşir.
Müfti məscidi
Müfti məscidi — Krımın Kefe şəhərində yerləşən məsciddir. Kefenin Çarşı məhəlləsində yer alan məscid Musa adında bir əfər tərəfindən 1623-cü ildə inşa edilmişdir. Krımın rus işğalına uğramasından sonra məscid öncə ortodokslar tərəfindən, sonra da erməni katoliklər tərəfindən istifadə edilmək üçün kilsə halına salınmışdır. Məscid 1975-ci ildə restavasiya edilmişdir. Kəsmə daşlı kərpiçdən hazılanan səkkiz güşəli minarə məscidə bitişikdir. Giriş tərəfinin sağ küncündə olan minarəsi uçurulmuş və 1976-cı ildə yenidən inşa edilmişdir. Minarənin girişi məscidin içindədir. Övliya Çələbi Səyahətnamə əsərində Müfti məscidindən qurğuşunla əhatəli məscid olaraq bəhs etmişdir. Mehrabının genişliyi 7 metrə, dərinliyi 3 metrdir. Məsciddə çox sayda iti kəmərli pəncərə vardır.
Baş Müfti
Baş Müfti — bir dövlətin bölgə müftilərinin başçısıdır. Məqam erkən müasir dövrdə Osmanlı İmperiyasında meydana gəlib və sonralar bir sıra müasir ölkələrdə qəbul edilib. Baş Müfti adətən dövlət tərəfindən təyin olunan şəxsdir. Baxmayaraq ki, bəzi müasir ölkələrdə o, kollektiv və ya seçkili vəzifə tutur. Müftilər İslam hüququna (şəriətə) dair məcburi olmayan rəy (fətva) vermək səlahiyyətinə malik olan İslam hüquqşünaslarıdır. Osmanlı İmperiyasında 15-ci əsrdə əvvəllər müstəqil alim kimi fəaliyyət göstərən müftilər dini qurumların və alimlərin ierarxik bürokratiyasına inteqrasiya etməyə başlamışlar. XVI əsrin sonlarında hökumətin təyin etdiyi İstanbul müftisi şeyxülislam titulu ilə bu iyerarxiyaya cavabdeh olan baş müfti kimi tanınırdı. Şeyxülislam dini məsələlərdə sultana məsləhət vermək, dövlət siyasətini qanuniləşdirmək, hakimlər təyin etmək kimi bir sıra funksiyaları yerinə yetirirdi. Osmanlı İmperatorluğunun dağılmasından sonra müsəlman dünyasının bir çox ölkəsində baş müftilik vəzifəsi qəbul edilmiş və əksər hallarda hökumət siyasətlərinə dini dəstək vermək rolunu oynayır.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Colymbus mulleri
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi. Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir.
Senecio mustersi
Senecio mustersi (lat. Senecio mustersi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Özer Yurteri
Özer Yurteri (28 dekabr 1949, İzmir) — Türkiyə futbolçusu. 1968–1977-ci illərdə Göztəpədə oynamışdır. 1978–1981-ci illərdə isə Bursasporda oynamışdır. Türkiyənin müxtəlif milli komandalarında 27 dəfə meydana çıxmışdır.