Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müqəddəs Yelena adası
Müqəddəs Yelena adası (ing. Saint Helena) — Atlantik okeannında Afrika qitəsindən 2800 km qərbdə yerləşmiş Böyük Britaniyaya məxsus ada. Adanın Napoleon Bonapart sürgündə olan zaman yaşadığı iki ev və dəfn olunmuş kiçik bir ərazisi Fransaya aiddir. Müqəddəs Yelena adası ətrafındakı digər Merac adası (ing. Ascension Island), Tristan da Kunya (ing. Tristan da Cunha)arxipelaqına daxil olan (ing. Inaccessible Island), (ing. Nightingale Island), Bülbül adaları kimi Böyük Britaniyanin Dənizaşırı ərazisinə daxildir. Süveyş kanalı tikilənə qədər bu adalar Hind okeanına üzən gəmilər üçün strateji əhəmiyyət daşımışdır. Azsaylı əhalisi Böyük Britaniyaya loyal olaraq qalmaqdadır.
Ceymstaun (Müqəddəs Yelena adası)
Ceymstaun (ing. Jamestown, 15°55′ c. e. 5°43′ q. u.) — Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunya Britaniya dəniz ərazisinin paytaxtı, şəhər, liman. == Mənbə == "Ceymstaun (Müqəddəs Yelena adası)". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
Müqəddəs Georgi adası
Müqəddəs Georgi adası (ing. St George Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Adanın sahəsi 90 km²-dir. Bütün ada ağacsız tundra ilə və yalnız bəzi yerlərdə kiçik kollarla örtülüdür. == Tarix == Ada Qabriel Pribilov tərəfindən 25 iyun 1786-cı ildə şimal dəniz pişiklərinin yataqlarını axtararkən kəşf edilmişdir. Ada Pribılovun gəmisinin adını daşıyır. Müqəddəs Georgi adası onu kəşf edənin şərəfinə adlandırılmış arxipelaqdan birinci kəşf olunan adadır. == Əhali == 2007-ci il siyahıyaalınmasına əsasən, adanın 125 əhalisi var. Onların hamısı bütövlükdə olan Müqəddəs Georgi şəhərində yaşayırlar.
Müqəddəs Georq adası
Müqəddəs Georq adası — Kotor körfəzində, Monteneqro ərazisində, Perast şəhərinin qarşı tərəfində yerləşən ada. Adada əsrarəngiz Benedik abbatlıq vardır. Bu abatlıq haqqında ilk məlumat 1166-cı ilə aiddir. Kotor şəhər cəmiyyətinə aid olan abbadlığın arxitektuur quruluşunu araşdırarkən tikilinin minimum IX əsrdən mövcud olduğunu demək olar. Ada 1634-cü ildə Venesiya Respublikasının tərkibinə keçənə qədər Kotor şəhərinin tabeçiliyində olmuşdur. Ada hər zaman hüçüm və zəlzələ təhlükəsi altında olmuşdur. 1535-ci ilə Perastlılar Kotor tərəfindən təyin edilən abbat Paskalı öldürmüşdülər. 1571-ci ildə isə türk dəniz qulduru Karadoz abbadlığı yandırmışdır. 6 aprel 1607-cü ildə Dubrovnik zəlzələsi zamanı isə ada yenidən dağılır. 1812-ci ildə ada Birinci Frasız İmperiyası tərəfindən ələ keçirilir.
Müqəddəs Lourens adası
Müqqədəs Lourens adası (ing. St. Lawrence Island, esk. Sivuqaq) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatı yaxınlığında yerləşən ada. Adada əsasən Sibir yupikləri yaşayır.
Müqəddəs Matvey adası
Müqəddəs Matvey adası (ing. St. Matthew Island) — Berinq boğazının cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Leytenant İvan Sindtin ekspedisiyası tərəfindən kəşf edilmişdir. Adada yaşayış yoxdur. 1980-ci ildən ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. == Coğrafiya == Müqəddəs Lourens adasından 310–330 kilometr cənubda yerləşir. Amerika Birləşmiş Ştatlarının 43-cü ən böyük adasıdır. Adanın uzunluğu 52 km, eni 30 ilə 36 km arasında dəyişir.
Müqəddəs Nikola adası
Müqəddəs Georq adası serb. Острво Свети Никола, Ostrvo Sveti Никола) — Monteneqro ərazisində, Budva inziobati vahidliyində yerləşən ada. == Təsviri == Müqəddəs Nikola adası Budva şəhərinin qarşı tərəfində. köhnə şəhərdən 1 km aralıda yerləşir. Adanın uzunluğu 2 km, sahəsi 36 ha-dır. Adanın ən hündür nöqtəsi bir qayadır və maksimal hündürlüyü 121 metrdir. Ada ekotur obyektidir. Adada uzunluğu 840 m olan 3 çimərlik vardır. Adaya ancaq qayıqla getmək olur. Adanın mənimsənilməmiş sahəsində marallar yaşayır.
Müqəddəs Paul adası
Müqəddəs Paul adası (ing. St Paul Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Müqəddəs Paul adası Pribilov adalarının ən böyüyüdür. Sahəsi 104 km²-dir. Uzunluğu 21,7 km (şimal-şərqdən cənub-qərbə) və eni 12,3 km-dir (ən geniş hissəsində). Ada vulkanik mənşəlidir. Adanın ən yüksək nöqtəsi Raş təpəsi dəniz səviyyəsindən 203 m hündürlükdədir. Orta hesabla 46 m-dən az olan qərb sahilinin yüksək düzənliyindən yuxarı qalxır. Adanın çox hissəsi qayalı yaylaların və dərələrin kifayət qədər alçaq birləşməsidir.
Yelena
Yelena — Qadın adı. Yelena Lopez — İspaniyanı təmsil edən bədii gimnast. Yelena Stasova — Rusiya və SSRİ siyasi və dövlət xadimi.
Monteneqrolu Yelena
Monteneqrolu Yelena (serb. Јелена Петровић Његош / Jelena Petrović Njegoš; 8 yanvar 1873[…], Çetinye, Monteneqro – 28 noyabr 1952[…], Monpelye, Fransa) — Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası. == Bioqrafiyası == Monteneqro Kralı I Nikolanın və həyat yoldaşı Milena Vukotikin qızı. 1896-cı ildə İtaliyanın gələcək kralı Viktor III Emmanuel ilə evlənir. Evlənmək üçün Elena Pravoslavlıqdan Katolikliyə keçir. Elenanın anası Şahzadə Milena, etiraz olaraq Romadakı toyda iştirak etməyi rədd edir. Cütlüyün beş uşağı olur: Yolanda Marqarita (1901–1986), Berqolo qrafı Qiorqio Karlo Kalvi ilə evlidir; Mafalda (1902–1944), Fillip Hessen ilə evlənir, Buhenvald həbs düşərgəsində dünyasını dəyişir; II Umberto (1904–1983), Belçika Marie-Jose ilə evli olur; Covanna (1907–2000), Bolqarıstan Çarı III Borislə evli olur; Maria Franceska (1914–2001), Luiqi Bourbon-Parma ilə evlidir. 28 dekabr 1908-ci ildə Siciliyada bir zəlzələ Messina şəhərini demək olar ki, tamamilə məhv edir. Elena qurbanlara yardım göstərilməsində əhəmiyyətli bir rol oynayır.
Yelena Stasova
Yelena Dmitriyevna Stasova (rus. Елена Дмитриевна Стасова; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; 3 (15) oktyabr 1873, Sankt-Peterburq – 31 dekabr 1966, Moskva) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosilaist Əməyi Qəhrəmanı (1960). == Həyatı == Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb.
Yelena Taranova
Yelena İvanovna Taranova (23 avqust 1961; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən atıcı. Azərbaycanı altı dəfə — 2000, 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə Paralimpiya Oyunlarınad təmsil edib. 2000-ci ildə gümüş, 2004-cü ildə isə bürünc medala sahib olub. == Həyatı == Yelena Taranova 1961-ci il avqustun 23-də Bakı şəhərində anadan olub. == Karyerası == === 2000-ci il Sidney Paralimpiadası === XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı. Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi. Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı. Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.
Yelena Taryeva
Yelena Vladimirovna Taryeva (rus. Елена Владимировна Тарьева; 8 sentyabr 1906, Odessa, Xerson quberniyası[d] – 24 iyul 1962, Bakı) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1956). == Həyatı == Yelena Taryeva 8 sentyabr 1906-cı ildə Odessada anadan olmuşdur. Odessa, Moskva, Tiflis, Arxangelsk teatrlarında fəaliyyət göstərmişdir. 1938–1962-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir.Yelena Taryeva, əsasən, xarakterik yaşlı qadın rolları ifa etmişdir. O, 24 iyul 1962-ci ildə Bakıda vəfat etmişdir.
Yelena Tağıyeva
Yelena Tağıyeva (Tağıyeva Yelena Nikolayevna; 14 may 1959, Donetsk, Rostov vilayəti) — AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin müdiri, aparıcı elmi işçi, Coğrafiya elmləri doktoru. == Həyatı == Yelena Tağıyeva — 14 may 1959-cu il Russiya Rostov vilayətinin Donetsk şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycanın son pleystosendə və holosendə iqlimi və bitki örtüyü (spor-tozcuqların analizinə əsəsən) mövzusunda dissertasiya mudafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür. 2012-ci ildə "Kaynozoyda Azərbaycanın bitki örtüyü və iqliminin təkamülü" mövzusunda dissertsiya mudafiə edərək coğrafiya elmlər doktoru adına layiq görülmüşdür. Bakı Dövlət Universitetinin "Fiziki coğrafiya" kafedrasında fəailiyyət göstərib. Çapdan çıxmış elmi əsərlərinin sayı: 93 — xaricdə çıxmış elmi əsərlərinin sayı ː 28 == Əsas elmi nailiyyətləri == Azərbaycan və Qafqazın bəzi hissələrinin paleocoğrafi materialları araşdırılmışdır. İlk dəfə olaraq Azərbaycan ərazisi üçün müasir bitkilərini əks etdirən spor-tozcuq spektrlərin subresent tərkibinin metodikası işlənib hazırlanışdır. Azərbaycan ərazisinin və Qafqazın bitki örtüyü və iqliminin tropik, subtropik, savanna və digər bitki tiplərinin dəyişmə qanunauyğunluqlarını aşkar etmiş muxtəlif dövrlər üçün iqlimin kəmiyyət göstəricilərini təyin etməklə istiləşmə və soyuqlaşma dövrlərini verə bilmişdir. Bir ç ox əsrlər üçün bitki örtüyü xəritəsini və iqlimin say göstəricilərinin dəyişməsi qrafikini tərtib etmişdir.
Yelena Tevdoradze
Yelena Tevdoradze (gürc. ელენე თევდორაძე; 5 sentyabr 1938, Tbilisi) — Gürcüstan siyasətçisi, müəllimi və Gürcüstan parlamentinin keçmiş üzvü. == Həyatı == Tevdoradze 5 sentyabr 1938-ci ildə Tbilisidə anadan olmuşdur. O, 1960-cı ildə Tbilisi Xarici Dillər İnstitutunun Alman dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Tevdoradze 1962–1963-cü illərdə Rustavi şəhərində orta məktəb müəllimi, 1963–1965-ci illərdə yerli komsomolun rəhbəri olmuşdur. O, 1972-ci ildə Tbilisi 3 saylı məktəbin direktor müavini, 1975-ci ildə isə Tbilisinin 90 saylı məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.Tevdoradze 1993-cü ildən 2003-cü ildə qurum ləğv olunana qədər Gürcüstan Vətəndaşları İttifaqının üzvü olmuşdur. O vaxtdan Vahid Milli Hərəkatın üzvüdür. O, 1995–2008-ci illərdə Gürcüstan parlamentinin üzvü olmuş, 2004–2013-cü illərdə Əfv üzrə Dövlət Komissiyasının prezidenti olmuşdur. O, həmçinin 2004-cü ildə reintreqasiya işləri üzrə nazir müavini olmuşdur.Tevdoradze 2008-ci ildə Gürcüstanda parlamentin inkişafına və insan hüquqlarının müdafiəsinə verdiyi şəxsi töhfəyə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Yelena Tokun
Yelena Tokun (15 mart 1974, Moskva) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Tokun, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yelena Topiya
Yelena Topiya (alb. Helena Thopia; XIV əsr, Albaniya – Albaniya) — Kruya bölgəsini üç müddət ərzində suveren ölkə olaraq qoruyub saxlayan Topiya ailəsindən alban şahzadəsi; 1388–1392, 1394–1402 və 1403–1404-cü illərdə ölkəni idarə edib. == Həyatı == Şahzadə Yelena Topiya Karl Topiya və Voysava Balşanın böyük qızı idi. Onun ilk evliliyi venesiyalı zadəgan Marko Barbariqo ilə olub. Atasının ölümündən sonra, 1388-ci ildə, o, Kruya Qalasını və ətraf bölgəni miras aldı. 1392-ci ildə əri ilə Venesiya qoşunları arasındakı düşmənçilik nəticəsində Venesiyaya sadiq olan ögey qardaşı Nikita Topiya Kruya şəhərinə hücum etdi və onları Balşiç ailəsi arasında sığınacaq tapmağa məcbur etdi. 1394-cü ildə Osmanlılar tərəfindən Kruyanı idarə etmək üçün təyin edilən Konstantin Balşiç onunla evləndi. Konstantin Osmanlı vassalı kimi hökm sürdü və 1402-ci ildə öldürüldü. 1403-cü ildə Nikita Topiya Yelenadan qalanı ələ keçirdi. Konstantinin ölümündən sonra Yelena və oğlu Stefan əvvəlcə Venesiyaya getdilər, sonra isə bacısı Mariya ilə birlikdə yaşadılar.
Yelena Tsıqitsa
Yelena Tsıqitsa (d. 8 aprel 1975) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Tsıqitsa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yelena Udreya
Yelena Udreya — Rumıniyanın Turizm və regional inkişaf naziri (2009-2012). == Həyatı == 26 dekabr 1973-cü ildə Rumıniyada anadan olub.
Yelena Vıstropova
Yelena Vıstropova (3 noyabr 1988; Mahaçqala, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən qadın boksçu, 2014 və 2016-cı illərin Avropa Çempionatının qalibi. == Karyerası == Yelena Vıstropova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Vıstropova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Niderland nümayəndəsi Mariçelle de Yonq ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (9:12).Daha sonra Yelena Vıstropova 2012-ci ilin 11–20 mayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Vıstropova 1/32 final mərhələsində Belarus təmsilçisi Vitoria Kebiovanı 18:8, 1/16 final mərhələsində Braziliya nümayəndəsi Roselli Feitosanı 18:12, 1/8 final mərhələsində Rumıniya təmsilçisi Luminita Turçini (RSCI), 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Liliya Durnyevanı 12:5, 1/2 final mərhələsində İsveç təmsilçisi Anna Laurelli 16:15 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Savanna Marşalla 15:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.Yelena Vıstropova 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Edit Ogoya məğlub olan (12:14) Yelena Vıstropova mübarizəsini başa vurdu.Daha sonra Yelena Vıstropova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Vıstropova 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Eszter Olahı 3:0, 1/4 final mərhələsində Polşa təmsilçisi Nataliya Hollinshanı 3:0, 1/2 final mərhələsində isə Rumıniya nümayəndəsi Mihaela Kristiananı 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Stacey Kopelanda 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qızıl medalına sahib oldu.Yelena Vıstropova 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Vıstropova 1/16 final 4mərhələsində İngiltərə nümayəndəsi Stasi Kopelandı (3:0), 1/8 final mərhələsində Çin Taybeyi təmsilçisi Çen Çi-Çunu (3:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Danyelle Volfa (2:1) qalib gəlsə də, 1/2 final mərhələsində Panama nümayəndəsi Ateyna Bilona (1:2) məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.Daha sonra 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Yelena Vıstropova, turnirin 1/4 final mərhələsindəcə Birləşmiş Krallıq nümayəndəsi Sandi Ryana məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.Yelena Vıstropova 2016-cı ilin 8–18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Vıstropova turnirin 1/16 final mərhələsindəcə Türkiyə nümayəndəsi Səma Çalışqana məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.Daha sonra Yelena Vıstropova 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı.
Yelena Yankoviç
Yelena Yankoviç (28 fevral 1985, Belqrad – Serbiya tennisçisi. == Karyerası == === Karyerasının əvvəlləri === Yankoviç doqquz yaşı olarkən Red Star Tennis Klubunda böyük qardaşı və məşqçisi Marko ilə tennis məşqləri keçməyə başladı. Sonra Nik Bollettieri adına Tennis Akademiyasında təhsilə başladı. 2001-ci ildə Avstraliya Açığı qazandı. 2001-ci ildə WTA-də oynamağa başladı. İlk turniri olan Indian Vells Mastersdə ikinci dövrədə məğlub oldu. 2003-cü ilin oktyabr ayında, Yankoviç Dubayda ITF-dəki ilk müvəffəqiyyətindən sonra reytinqdə ilk 100-lüyə daxil oldu. Üç ay sonra, Yankoviç 2004 Avstraliya Açıq ilk dövrədə dünya reytinqində ilk 10-luqda olan Yelena Dementiyevanı 6–1, 6–4-lük setlərlə məğlub etməyi bacardı. İkinci dövrdə Cill Kraybasla qarşılaşdı və üç setdə məğlub oldu. May ayında, Yankoviç ilk WTA çempionluğunu qazandı, Budapeşt Grand Priksi, finalda Martına Suçanı 7–6, 6–3-lük setlərlə məğlub edərək çempion oldu.
Yelena Yatsenko
Yelena Yatsenko (d. 4 noyabr 1977) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Yatsenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yelena Zelenskaya
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. == Ailəsi == Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. == Şəxsi həyatı == Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. == Karyerası == Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi.Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı. 66 velosipedçinin mübarizə apardığı final mərhələsində Yelena Çalıx finiş həddinə çata bilmədi və London Olimpiadasını nəticəsiz başa vurdu.
Yelena Çauşesku
Yelena Çauşesku (7 yanvar 1916, Petreşti[d], Rumıniya Krallığı[d] – 25 dekabr 1989, Tırqovişte[d]) — Rumıniya Sosialist Respublikasının komunist lideri Nikolae Çauşeskunun həyat yoldaşı və Rumıniya S. R.-in baş nazirinin müavini olmuşdur. == Haqqında == 1989-cu il Rumıniya İnqilabı ilə hakimiyyətdən devrilmiş olan Nikolae Çauşeskunun həyat yoldaşıdır. Əsil adı Elena Petrescu olmuşdur. 1916-cı ildə Ilfovda bir kənddə kotan işləri məşğul olan bir ailənin qızı olaraq dünyaya gəlmişdir. Nicolae Ceauşescu ilə Rumıniya Komunist Partiyasında tanış olmuşdur. Daha sonra, 1939-cu ildə onunla evlənmişdir. 1980-ci ildə, Nazirlər Kabinetində Baş nazirin köməkçisi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə baş vermiş olan qanlı Rumıniya inqilabından dərhal sonra həyata keçirilmiş olan hərbi məhkəmə tərəfindən ölüm cəzası verilmiş və həyat yoldaşı ilə birgə güllələnərək öldürülmüşdür. == İstinadlar == == Mənbə == John Sweeney. The Life and Evil Times of Nicolae Ceauşescu.
Helena adası
Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir. Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir.
Müqəddəs Simon və Elena kilsəsi
Müqəddəs Simon və Elena kilsəsi (belar. Касцёл святых Сымона і Алены, pol. Kościół św. Szymona i św. Heleny), həmçinin Qırmızı kilsə (belar. Чырвоны касцёл) — Belarusiyanın paytaxtı Minskdəki İstiqlal Meydanında yerləşən Roma-Katolik kilsəsidir. Neo-Roman üslubunda tikilmiş kilsə Polşa memarları Tomas Pajzderski və Vadadlsav Markoni tərəfindən hazırlanmışdır. Tikilinin əsası 1905-ci ildə qoyulmuş və 1910-cu ildə tamamlanmışdır. Divarları üçün kərpic Çenstoxovadan, dam üçün plitələr isə Vlotslavekdən gətirilmişdi. Kilsənin inşası görkəmli Belarus-Polşa torpaq sahibi, iş adamı və vətəndaş fəalı Edvard Voynioyoviç (1847–1928) tərəfindən maliyyələşdirilmişdi.
Helena
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Müqqədəs Lourens adası
Müqqədəs Lourens adası (ing. St. Lawrence Island, esk. Sivuqaq) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatı yaxınlığında yerləşən ada. Adada əsasən Sibir yupikləri yaşayır.
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Qeddes adası
Qeddes adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Vanderbilt boğazı akvatoriyasında, La-Ronser adası ilə Vilçek Torpağı adası arasında yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 1 km-dir. Yayda buzdan azad olur. Qeddes adası şotland alimi ser Patrik Geddesin şərəfinə adlandırılmışdır. Sinqlerin ekspedisiyası adanı ilk dəfə görərkən səhvənbirinci dəfə kəşf etdiklərini zənn edərək onu amerika geoloqu Ferdinand qaydenin şərəfinə adlandırmışlar.