Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi.
== Həyatı ==
Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur.
=== Oyunçu karyerası ===
15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.
1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.