Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübtəda
Mübtəda — (ərəb. ‎ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir. == Xüsusiyyətləri == Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.
Mübtəda budaq cümləsi
== Mübtəda budaq cümləsi == Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.
Müqtəda əs-Sədr
Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر‎; 4 avqust 1974, Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur. == Həyatı == Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist == Bioqrafiya == Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Müstəti
Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması. Müstəti olmağın şərtləri bunlardır: 1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa; 2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun. 3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin. 4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır. 5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır. 6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur. Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir. XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir. == Digər formaları == === Müstəzadi-müxəmməs === === Müstəzadi-müsəddəs tərci === === Müstəzadi-müəşşər === === Müstəzad təsnis === Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Seyid Mürtəza
Seyid Mürtəza (d:rəcəb 355 - v:?) əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir.
Müctəba Cəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. == Klub karyerası == === Erkən illər === Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. === Esteğlal === Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری‎; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır.
Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. == Həyatı == Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. == Mənbə == Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. == Həyatı == Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Mustafa
Mustafa — Azərbaycanda daha çox işlədilən kişi adı. Mustafa Kamal Atatürk — Türkiyə Respublikası qurucusu və ilk prezidenti, Osmanlı dövlət adamı. Mustafa Əbu əl-Yazid — "Əl-Qaida" terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri Mustafa Altıoxlar — ssenarist, oyunçu və fizyoterapist. Mustafa Dabo — Qəbələ FK oyunçusu Mustafa Miyasoğlu — Türk ədəbiyyatının məşhur simalarından biri Mustafa Məhərrəmov — Mustafa İrgat — Mustafa Kandıralı Mustafa Mustafayev Mustafa Mustafayev (mühəndis) Mustafa Mustafayev (professor) Mustafa xan Mustafa xan Xançobanlı — sonuncu Şirvan xanı. Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mustafa xan Şiftə — Urdu ədəbiyatının tanınmış şairi. Mustafa Vəkilov Mustafa ağa Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mustafa bəy Vəkilov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteyka
Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir. == Coğrafiya == Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir. Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay. == Mədəniyyət == Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır.
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. == Quruluşu == Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Şeyx Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. == Həyatı == Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Şəhid Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri (fars. مرتضی مطهری‎; 31 yanvar 1919-1 may 1979) — İranlı ilahiyyatçı, fəqih, kəlamçı, fəlsəfəçi, ayətullah, siyasətçi. İslam fəlsəfəsinin inkişafında müstəsna rolu olan fəlsəfəçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də İranın Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmməd Hüseyn dövrünün ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 1931-ci ildə, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. Məşhəddə təhsil aldıqdan sonra 1937-ci ildə İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M. Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, Ayətullah Təbatəbai Burucerdi, Ruhullah Xomeyni, Əllamə Təbatəbai Təbrizi, Seyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Xansari kimi alimlərdən dərs alır.
Müsnəd İmam Əhməd
Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu. == Müəllif == Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb. 15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır. Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.
Müsnəd Əbu Hənifə
Müsnəd Əbu Hənifə (ərəb. سنن النسائي‎) — məşhur müsəlman hüquqşünası və ilahiyyatçısı İmam Əbu Hənifədən nəql olunmuş hədisləri ehtiva edən 15-ə yaxın hədis toplusunun ümumi adı. İmam Şafiinin "Müsnədi" kimi Əbu Hənifənin "Müsnədi" də Əbu Hənifənin özü deyil, onun tələbələri və sonrakı ardıcılları tərtib etmişlər. Hədislərin bu kitablara daxil edilməsinin meyarı Əbu Hənifənin bu hədislərin isnadında (rəvayətçilər silsiləsində) olması, yəni şəxsən onun müəllimlərindən və şeyxlərindən bu hədisləri nəql edən şəxs olması idi. Əbu Hənifədən gələn Müsnədlərin müəllifləri 15 üləmadır: Əbu Abdullah ibn Məhəmməd ibn Yaqub ibn əl-Haris əl-Harisi əl-Buxari, Əbu Abdullah əl-Ustaz adı ilə məşhurdur. Əbul-Qasim Təlhə ibn Məhəmməd ibn Cəfər əş-Şəhid əl-Ədl. Əbülhüseyn Məhəmməd ibn Mütəhhir ibn Musa ibn İsa ibn Məhəmməd. Əbu Nuaym Əhməd ibn Abdullah ibn Əhməd əl-İsfahani. Əbu Bəkr Məhəmməd ibn Əbdül-Baqi ibn Məhəmməd əl-Ənsari. Əbu Əhməd Abdullah ibn Adi əl-Curcaniyyə Əl-Həsən ibn Ziyad əl-Lului.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. == Kitabın təsviri == Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. == Kitabın təsviri == Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. == Kitabın təsviri == Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
"Mustafa" mükafatı
"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat. == Məqsədlər == == Namizədliklər == == Kateqoriyalar == == Tələblər == İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək. İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
Aşıq Mustafa
Aşıq Mustafa (d. ?, İran-ö. 1871, İran) — Azərbaycanlı aşıq == Həyatı == Aşıq Mustafa Urmiya vilayətinin Sitanabad kəndində dünyaya gəlmişdi. Dogum tarixi dəqiq bilinmir. Uzun müddət çobanlıq edib. Röyasında bir gözələ aşıq olmus və bu gözəli tapmaq üçün diyar-diyar gəzərək ta Eçmiadzinə (Üçkilsəyə) qədər getmisdi. Bəzi informatorlara görə ona həmin qız buta verilibmiş. Təhsili olmadıgı halda çox gözəl qoşmalar yazmıs, saz çalıb məclis idarə etmisdi. Aşıq Mustafa "Əslı və Kərəm" ve "Koroglu" dastanlarını yeni variantlarını işləmişdi. Bunlarla bərabər özünə aid çox gözəl bayatılar, gəraylılar və qoşmalar söyləmişdi.
Emelda Musonda
Emelda Musonda (1 avqust 1985-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Musonda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Fazil Mustafa
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Fernando Muslera
Fernando Néstor Muslera Micol, (16 iyun 1986[…], Buenos-Ayres) — Uruqvaylı futbolçu. Türkiyənin Qalatasaray klubunun və Uruqvay milli komandasının qapıçısı. == Haqqında == Hal-hazırda Türkiyə Super Liqası klublarlından olan Qalatasarayda oynayır. Kiçik yaşlarda Uruqvayın Montevideo Wanderers komandasında futbola başlayan Muslera, daha sonra eyni komandada peşəkar oldu. İki il A komandada oynadıqdan sonra ölkəsinin ən iddialı komandası olan Nacionala icarəyə verildi. Burada keçirdiyi qısa müddətdə diqqət çəkərək Arsenal, Yuventus kimi böyük klublar transfer etmək istədilər, lakin Muslera növbəti 4 sezon oynayacağı Latsio klubunu seçdi. Musleranın karyerasındakı ən əhəmiyyətli dönüş nöqtəsiysə Cənubi Afrika Respublikasında təşkil edilən 2010 Dünya Kuboku oldu. Qrup matçlarında heç qol buraxmayan Uruqvaylı, Cənubi Koreya ilə oynanan ikinci dövr matçının ardından 1/4 finaldakı Qana oyununda bütün dünyanın diqqətini üzərinə çəkdi. 120-ci dəqiqədə turnirin ulduzlarından Asamoa Qyanın qaçırdığı penalti ilə penaltilərə keçilərkən, bu penaltilərdən üçünü qurtaran Muslera Uruqvayın 1/2 finala gəlişində böyük pay sahibi olan gənc qapıçı, ölkəsinin daha sonra oynadığı Hollandiya və Almaniya matçlarında qapısında gördüyü üç qola maneə ola bilmədi. Fernando Muslera bu yaz oynanan Kopa Amerikada göstərdiyi möhtəşəm performans ilə ölkəsi Uruqvayı yarım finala daşıyan aparıcı oyunçulardan biri oldu.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) — nasir, dramaturq, esseist, filosof. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Firuz Mustafa (Mustafayev Firuz Qədimalı oğlu) 18 fevral 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustafa 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinat üzrə Saatlı rayonunda müəllim işləmişdir. Firuz Mustafa 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978–80-ci illərdə Az. TV-də müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
III Mustafa
III. Mustafa (Divan ədəbiyyatındakı adıyla Cahangir; 28 yanvar 1717[…], Konstantinopol – 21 yanvar 1774, Konstantinopol), 26. Osmanlı padşahı və 105. İslam xəlifəsi. Atası Sultan III. Əhməd, anası Əminə Mihr-î-şâh Sultandır. Atasının 1730'da taxtdan çəkilməsindən sonra 27 il qəfəs həyatı yaşamışdır. Əmisinin oğlu III. Osmanın ölümü üzərinə 1757'də taxta keçmişdir. == Səltənəti == Başa keçdikdən sonra sədrəzəm Qoca Raqif Paşanı vəzifədə saxladı. Maliyyə vəziyyətini düzəltmək üçün sarayın xərclərini azaltdı və sui-istifadələrin üstünə getdi ancaq müvəffəqiyyətli ola bilmədi. Orduda artilleriya sinifini düzəltmək üçün Baron de Tott'a "Sürət topçuları" adında hərbi bir birlik qurdurdu. Rusların 1770'də Çeşmə'də Osmanlı donanmasını yandırmaları üzərinə yeni bir donanma hazırlanmasına çalışdı.
II Mustafa
II Mustafa (Osmanlı türkcəsi: مصطفى ثانى — Muṣṭafā-yi sānī; 5 iyun 1664, Ədirnə – dekabr 1703, Konstantinopol) — 22-ci Osmanlı sultanı və 101-ci İslam xəlifəsi. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultanı. == Həyatı == === İlk illəri === 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gəlmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Gülnuş Sultandır. Doğumu səbəbilə 7 gün davam edən şənliklər keçirildi. İlk dərsini isə 5 yaşı olanda atasının lələsi Vani Mehmed Əfəndidən aldı və onun tövsiyəsilə daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. Atasının 1672-ci ildə çıxdığı birinci Lehistan səfərində onunla birlikdə Babadağa qədər getdi. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Əhmədlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1687-ci ildə atasının taxtdan endirilməsi əsnasında onun tərəfindən namizəd göstərilsə də, dövlət xadimləri yaşca daha böyük olması səbəbilə əmisi Sultan Süleymanı taxta çıxardı.
IV Mustafa
IV Mustafa (Osmanlı türkçəsi: سلطان الرابع مصطفى Mustafa-i rabi; 8 sentyabr 1779, Konstantinopol – 17 noyabr 1808, Konstantinopol) — 29-cu Osmanlı padşahı, 93-cü İslam xəlifəsidir. == Həyatı == === İlk illəri === 8 sentyabr 1779-cu ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə bolqar əsilli Aişə Səniyəpərvər Sultandır. Şahzadəlik illərində sarayda klassik təhsil almış, qardaşı Şahzadə Mahmudla birlikdə atasının şəhərdəki təftişlərində iştirak etmişdir. Atasının vəfatının ardından (7 aprel 1789) taxta çıxan əmisi Sultan Səlim övladı olmadığı üçün qardaşı uşaqlarına nəvaziş göstərmişdir. Bu dönəmdə sarayda rahat bir həyat sürmüşdür. === Səltənət illəri === Sultan Səlim tərəfindən başladılan hərbi və bürokratik islahatlar yeniçəri və üləmaların müxalifətiylə yarımçıq qaldı və tərtiblənən bir saray çevrilişi ilə (Qabaqçı Mustafa üsyanı) taxtdan endirilərək Şimşirlik bölümünə həbs edilən Sultan Səlimin yerinə IV Mustafa taxta çıxarıldı (29 may 1807). Üsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa, şeyxülislam Mehmed Əfəndi, başqazılar və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və fərman hazırlandı (31 may 1807).
I Mustafa
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol – 20 yanvar 1639, Konstantinopol) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir. Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur. == Həyatı == === Uşaqlıq illəri === Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu.
Mustafa İslamoğlu
Mustafa İslamoğlu (d. 28 oktyabr 1960, Dəvəli, Kayseri)— Türk ilahiyyatçı, şair. Ədəbiyyat, İslam hüququ, İslam tarixi, təfsir kimi sahələrdə tanınmış alim. == Həyatı == Mustafa İslamoğlu 28 oktyabr 1960-cı ildə Türkiyənin Kaysеri vilayətinin Dəvəli şəhərində ziyalı ailəsində dünyaya gəlmiş, orta təhsilini də еlə orada almışdır. Orta təhsilini başa vurduqdan sonra Yüksək İslam İnsti-tutunda, daha sonra isə Misirin məşhur əl-Əhzər Univеrsitеtin-də iki iхtisas üzrə (İslam hüququ və təfsir) ali təhsilə yiyələn-mişdir. M.İslamoğlu tələbəlik illərindən fəlsəfi-tеoloji-əхlaqi mövzularda еlmi tədqiqat işləri ilə məşğul olmağa başlamış (1982-1989) və “Dеrgah” (1982-83) jurnallarında yayımlamışdır. Mustafa İslamoğlu filosof, mədəniyyətşünas, ilahiyyatçı, yazıçı və şairdir. Yazıçı-publisistin “Yeni Şafak”, “Anadolu’da Vakit”, “Akit”, “Selam”, “Aylık Dergi”, “Ribat”, “Meydan” kimi qə-zеt və jurnallarda çap еdilən aktual mövzulara həsr olunmuş məqalələri “Makalat”, “Şafak Yazıları”, “Dağarcık”, “Yokluğunda Düşülmüş Notlar”, “Savaş Kesmeyen Sözler”, “Sözün Gücü mü”, “Gücün Sözü mü”, “Yerliler ve Yersizler”, “Ayetlerin işığında” adlı əsərlərdə toplanıb, kitablar şəklində çap еdilmişdir. M.İslamoğlu fəlsəfi, tеoloji, sosioloji, kulturoloji, tariхi, ədəbi və s. mövzulara dair 30-dan artıq еlmi və еlmi-publisistik əsərin müəllifidir.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Tarixi == Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12,087 idi.