MÜBTƏLA

sif. [ ər. ]
1. Aludə, düçar, giriftar, tutulmuş.
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli.
[Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Ə.Haqverdiyev.

□ Mübtəla etmək (eləmək) – düçar etmək, giriftar etmək.
Tökür sirişk əvəzində gözüm üzə al-qan; Olubdu çünki könül zarü mübtəlası gülün. X.Natəvan.
[Əbdül:] Allah heç kəsi qumara mübtəla eləməsin. Ə.Haqverdiyev.

Mübtəla olmaq – düçar olmaq, giriftar olmaq, tutulmaq.
Əziz balalar! Biz anadan təvəllüd tapıb da bu mərtəbəyə yeriş etməkdə böyük zəhmətlərə, ağır məşəqqətlərə mübtəla olduq! N.Nərimanov.
[Qurbanqulu:] Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq. T.Ş.Simurq.

Mübtəla qılmaq – bax mübtəla etmək (eləmək).
Az eyləmə inayətini əhli-dərddən; Yəni ki çox bəlalərə qıl mübtəla məni. Füzuli.
Səbəb nə oldu məni hicrə mübtəla qıldın? X.Natəvan.

2. Bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi.
Oğul da deyirdi: – Mən xəstəyəm, tiryəkiyəm, tərk edə bilməyirəm, mübtəlayəm. S.Hüseyn.
Əkbər elm adamı, kitab mübtəlası da deyildi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜBTƏLA 1. MÜBTƏLA Atasının ürək xəstəliyinə mübtəla olduğunu eşidən Rövşənək xanım ərinin işdən qayıtmağını gözləyə bilməyib
  • MÜBTƏLA aludə — giriftar — düçar
MÜBTƏDASIZ
MÜBTƏLALIQ

Digər lüğətlərdə

ветви́стый двуру́чка маневри́рование рейнве́йн совмести́тель тлить тота́льность возыме́ть ёрш инспири́рование обмусо́ливание пота́лкивать призе́мный управле́ние чароде́йский castellet chirographer confabulation dimetric duetto elongation raring unaimed unsugared заманчивый