Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mənbic
Mənbic (ərəb. منبج‎, kürd. Minbic) Suriyanın şimalında, Hələb mühafəzəsində şəhər. Mənbic mühafəzənin şimal-şərqində, Fərat çayından 30 kilometr qərbdə, dəniz səviyyəsindən 483 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Mənbicdən 74 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 30.812 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 78.255 nəfər idi. Şəhərin adı ilk dəfə Bambika kimi qədim yunan mənbələrində çəkilir. Böyük Plini bu şəhəri Atarqatis (Astarta) ilahəsinin sitayiş mərkəzi kimi qeyd edir. Orta əsrlərdə şəhər bizanslılar, ərəblər, əhli-səlib və türklər arasında əldən ələ keçirdi.
Mərahim Abdullayev
Mərahim Aslan oğlu Abdullayev (27 mart 2002; Keçili, Şəmkir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra İkinci Qarabağ müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərahim Fərzəlibəyov
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru. == Həyatı == Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib.
Məxaric funksiyası
Məxaric funksiyası (ing. Expenditure function) mikroiqtisadiyyatda istifadə olunan və müəyyən bir fayda əldə etmək üçün (fayda funksiyası və qiymətlər verilmiş halda) minimal pul məbləğini göstərən funksiyadır. Riyazi şəkildə, əgər L məhsulları üzrə üstün tutmanı təsvir edən u {\displaystyle u} fayda funksiyası mövcüddursa, onda xərc funksiyası budur: e ( p , u ∗ ) : R + L × R → R {\displaystyle e(p,u^{*}):{\textbf {R}}_{+}^{L}\times {\textbf {R}}\rightarrow {\textbf {R}}} O, göstərir ki, u ∗ {\displaystyle u^{*}} faydasını hansı pul məbləği ilə almaq mümkündür, əgər qiymətlər p {\displaystyle p} kimi təyin olunub. Bu funksiya aşağıdakı kimi təyin olunur: e ( p , u ∗ ) = min x ∈≥ ( u ∗ ) p ⋅ x {\displaystyle e(p,u^{*})=\min _{x\in \geq (u^{*})}p\cdot x} burada x {\displaystyle x} ≥ ( u ∗ ) = { x ∈ R + L : u ( x ) ≥ u ∗ } {\displaystyle \geq (u^{*})=\{x\in {\textbf {R}}_{+}^{L}:u(x)\geq u^{*}\}} faydası ən azı u ∗ {\displaystyle u^{*}} olan bütün seçimlərdir.
Məyanic nahiyəsi
Məyanic nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == Elxanilər dövləti Azərbaycan vilayətinin Sərab tüməninin nahiyəsi olmuşdur. 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Miyanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Miyanə şəhəridir. 101 kənd və 9 məzradan ibarət idi. İranın Şərqi Azərbaycan ostanının 20 şəhristanından biri Miyanə şəhristanı oldu.
Məzahir Abasov
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998). == Həyatı == Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur. Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır. Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir. == İkinci Dünya müharibəsində iştirakı == Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.
Məzahir Abbasov
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998). == Həyatı == Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur. Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır. Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir. == İkinci Dünya müharibəsində iştirakı == Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.
Məzahir Alıyev
Məzahir Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. == Həyatı == Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub. Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Məzahir Ağayev
Məzahir Bəybala oğlu Ağayev (30 aprel 1957, Kürdəmir – 13 aprel 1996) — aktyor. == Həyatı == Məzahir Ağayev 1957-ci il aprel ayının 30-unda Kürdəmir şəhərində anadan olmuşdur. 1 saylı məktəbi bitirmişdir.Mədəni - Maarif texnikomunda təhsil almışdır və bitirdikdən sonra İncəsənət inistutunda Mehdi Məmmədov və Şəfiqə Məmmədovadan və bir neçə görkəmli aktyorlardan və müəllimlərdən dərsalmışdır.Ali təhsilini bitirdikdən sonra təyinatla Mingəçevir Dram teatrında işləmişdir.Sumqayıtda dram teatrında çalışıb. Onunla bərabər Müdafiə Nazirliyində videoarxiv şöbəsində çalışıb (ölənədək). 1996-cı il aprel ayının 13-də ürək tutmasından vəfat etmişdir. Evli idi 2 oğlu 1 qızı vardır. == Fəaliyyəti == Onun çəkildiyi ən məşhur filmlərdən biri "Ağ atlı oğlan" filimidir ki, orada Məzahir Ağayev komandir rolunda oynayır. Filmdə 1992-1993-cü il Qarabağ müharibəsindən bəhs olunur.
Məzahir Cəlilov
Cəlilov Məzahir Həmdulla oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır. Bunlardan Vəkil Vadenbirn (L. Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M. İbrahimov "Közərən ocaqlar"), Papas (H. Cavid "İblis"), Şeyx Alı (S. Vurğun "Vaqif"), Sıldırım (N. Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M. S. Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B. Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C. Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B. Vahabzadə "Dar ağacı"), Ya O (Ç. Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N. Hikmət "Kəllə"), Məlüküldövlə (İ. Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M. Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar. Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Ömrün yolları (film, 1982) Günahsız Abdulla (film, 1984) Apardı sellər Saranı (film, 1996) Canavar balası Yurd yeri 2 Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Yaddaş (film, 2010) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Həkimlər Ultionis Tək olanda qorxma... (teleserial, 2013) == Mənbə == Məzahir Cəlilov == Haqqında == Tapdıq Əlibəyli, "Sənət ecazkarlığı", "Sözün dan yeri" (kitab), "Elm və təhsil" nəşriyyatı, 2014, səh.112–119.
Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Məzahir Fitrət
Məzahir Fitrət – şair. == Həyatı == Məzahir Fitrət (Mahmudov Məzahir Nəsir oğlu) 1940-cı ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1949-cu ailəsi ilə birlikdə Tovuza köçüblər. 1958-ci ildə Tovuz Şəhər Axşam orta məktəbini bitirib və həmin ilin dekabr ayında Bakıya gəlib, neft mədənində əmək fəailyyətinə başlayıb. 1963-cü ildə ADU-nun filologiya fakültəsinə daxil olub, ancaq bir sıra qeyri-obyektiv səbəblər ucundan dəfələrlə təhsili atıb. 23 yaşlarından sonra mətbuata ayaq açan Məzahir Fitrət ömür boyu çox seyrək və çox çətinliklə çap oluna bilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Məzahir Göyüşov
Məzahir Niyaz oğlu Göyüşov (7 mart 1992; Ələsgərli, Füzuli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Horadiz, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə əvvəlcə, Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışmışdır. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə "gizirlik kursu"nu bitirmiş və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət etmişdir. Məzahir Göyüşov döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Məzahir Həsənov
Məzahir Əbülfəz oğlu Həsənov — "Tərəqqi" medalı laureatı == Həyatı == Məzahir Həsənov 1962-ci il iyul 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olmuşdur. Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akademiyasını və İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirmişdir. Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, "Sankt-Peterburqun Azərbaycan diasporu" Regional İctimai təşkilatı sədrinin birinci muavinidir. == Mükafatları == "Rusiya DİN-in 200 illiyi" və "Sankt- Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif olunmuşdur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məzahir Pənahov
Məzahir Məhəmməd oğlu Pənahov (13 mart 1951, Qaraxanlı, Tovuz rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-1972-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973-1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. 1982-1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb. 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
Məzahir Rüstəmov
Məzahir Rüstəmov (2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Adı Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulmuşdur. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır.
Məzahir Rəfiyev
Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990-1995). == Həyatı == Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb. Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb. Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib. Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb. 1990-1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib. Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.
Məzahir Süleymanov
Məzahir Həbulla oğlu Süleymanov (28 yanvar 1944, Məmmədqasımlı, Zərdab rayonu) — Xalq Artisti == Həyatı == Məzahir Sülyemanov 28 yanvar 1944-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. M. A. Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir. == Fəaliyyəti == === Xarici klassiklər === M. Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynayıb. Fransız dramaturqu C. B. Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E. Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M. Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M. Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A. Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N. Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar. === Azərbaycan klassiklərindən === C. Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü. Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S. S. Axundovun "Tamahkar" tamaşasında İmran, H. Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H. Cavidin "Afət" tamaşasında Qaplan, A. Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə. Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və s. obrazlarını canlandırıb. Müasir dramaturgiyadan Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R. İbrahimbəyovun "Park" tamaşasında Dost, V. Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M. Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G. Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç. Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S. Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s.göstərmək olar. M. Sülyemanov G. Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç. Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N. Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli Əfəndi, Yudcin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A. Babayevin "Xilaskar" əsərində Filosof-deputat kimi rolları özünəməxsus sənətkarlıqla yaratmışdı. === Filmoqrafiya === Mənim ağ şəhərim (film, 1993) Ağ dünya (film, 1995) Yük (film, 1995) Fatehlərin divanı Bəsdir, ağlama!
Məzahir Süleymanzadə
Məzahir Süleymanzadə (22 dekabr 1952, Bakı – 11 may 2022, Bakı) — Fəxri bədən tərbiyəsi və idman xadimi. Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005) == Həyatı == 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. == Fəaliyyəti == Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnallarında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan «Səhər» qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir. == Mükafatları == 1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Məzahir İsayev
Məzahir Məhəmməd oğlu İsayev (12 avqust 1958, Bəzirxana, Kəlbəcər rayonu) — texnika elmləri doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri. == Həyatı == İsayev Məzahir Məhəmməd oğlu, 12 avqust 1958-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutun "Avtomatika və Telemexanika" ixtisasını bitirərək təyinatla Sumqayıt şəhərində "Neftqazavtomat" Elmi İstehsalat Birliyində mühəndis kimi işə başlamışdır. 1984-cü ildə həmin institutun qiyabi aspiranturasına daxil olmuş və 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, 2006-cı ildən dosentdir. 1995-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələlərində işləmişdir. 1995-ci ildə Bakı şəhərinə "Sənayeavtomatika" İstehsalat Birliyində Xüsusi Konstruktor Bürosuna aparıcı konstruktor vəzifəsinə işə qəbul edilərək 1999-cu ilə qədər həmin müəssisədə işləmişdir. 1999-cu ildən 2000-ci ilə dək Azərbaycan MEA-nın Kibernetika İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələlərində çalışmışdır. 2000-ci ildən 2001-ci ilə qədər Dövlət Əmlak Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir. 2002-ci ildən 2003-cü ilə kimi Azərbaycan MEA-nın Kibernetika İnstitutunda böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən 2009-cu ilə qədər MSK nəzdində "Seçkilər" İnformasiya mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir.
Məşahir xalçaları
Məşahir xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Məzahir İsmayılov
İsmayılov Məzahir Sədi oğlu — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü. == Həyatı == 9 oktyabr 1961-ci ildə Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulmuşdur. 1979-cu ildə Cicimli kənd orta məktəbini, 1980-ci ildə isə Sumqayıt şəhərində Texniki Peşə Məktəbini bitirmişdir. 1980-1982-ci illərdə SSRİ daxili qoşunlarında xidmət etmişdir. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölüyə polis serjantı kimi üzv yazılmışdır. Doğma torpaqlarımız uğrunda mərdliklə döyüşmüş, Laçın rayonunun Fərəcan, Suarası, Pircahan, Cicimli, Səfiyan, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirmişdir. Laçınla yanaşı Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətləri olmuşdur. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi.
Məzahir Əfəndiyev
Məzahir Cavid oğlu Əfəndiyev (1 fevral 1976, Ağdaş rayonu) — ictimai xadim. == Həyatı == Məzahir Əfəndiyev 1 fevral 1976-cı ildə Ağdaş rayonunda anadan olmuşdur. 1982-ci ildə Ağdaş rayonu M. Qorki adına 4 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə oxuyarkən Ümumittifaq Gənclər Təşkilatının (KOMSOMOL) məktəb dayağının sədri, tarix fənni üzrə zona olimpiadasında çempion adına layiq görülmüşdür. 1994-cü ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə qəbul olub əyani təhsil almışdır. 1996-cı ildə həmin institutdan köçürülmüş və təhsilini eyni ixtisas üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmişdir. 1999-cu ildə həmin institutu Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirmişdir. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasına Təhsilin təşkili və idarəolunması ixtisası üzrə qəbul olunmuş və 2001-ci ildə oranı qırmızı diplomla bitirmişdir. Eyni zamanda 2007-ci ildə Böyük Britaniyanın Kembric Universitetində idarəetmə kurslarında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın İdarə Olunması ixtisası üzrə doktorantdır və akademiyada Regionlarda Davamlı İnkişafın təmin olunması üzrə magistrlarına dərs deyir.
Bəhruz Pənahi
Bəhruz Pənahi (d. 23 iyul 1953, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bəhruz Pənahi 23 iyul 1953-cü ildə Bakıda anadan olub.
Menhir
Menhir (bret. men — daş və hir — uzun) — şaquli ölçüləri üfüqi ölçüləri nəzərəçarpacaq dərəcədə aşan bir adam tərəfindən qoyulmuş kobud bir daş və ya daş bloku şəklində ən sadə formada meqalit. == Təsviri == Menhirlər həm tək, həm də qrup şəklində qurulmuşdu: oval və düzbucaqlı "çitlər" (kromlexlər), yarı oval, xətlər, o cümlədən bir çox kilometr və xiyabanlar. Menhirin ölçüsü əhəmiyyətli dərəcədə dəyişir, 4-5 metr və ya daha çox bir hündürlüyə çatır (ən böyükünün hündürlüyü 20 metr və çəkisi 300 ton). Forması ümumiyyətlə qeyri-bərabərdir, tez-tez yuxarıdan yuxarı, bəzən düzbucaqlı şəklindədir. Ən sadə və ən qədim əşyalarda təsvirlər olmur, lakin zaman keçdikcə oyma naxışlar, bass-rölyeflər, habelə daş balta, şum, çoban çubuğu və boyunduruğu deyilən şərti olaraq (onlar müəyyənləşdirilmədiyi üçün) əşyaların təsvirləri görünməyə başlayır. Menhirlərin bəzi parçaları dəfn otaqları tikmək üçün istifadə olunur və köhnələrin üstünə yeni rəsmlər ilə örtülmüşdür. Menşirin yeni quruluşlar tikmək üçün qəsdən dağıldığı və ya doğaçlama materialı kimi istifadə edildiyi bilinmir. == Tarixi və məqsədi == Menhirlər — əslində bu günümüzə qədər qalan ilk orijinal süni quruluşdur. XIX-cu əsrə qədər arxeoloqlar onların mənşəyi haqqında kifayət qədər məlumata malik deyildilər.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Mənasız mutasiya
Mənasız mutasiya — Genetikada nöqtə mənasız mutasiya, transkripsiyada olan m-RNT-da və kəsilmiş, natamam və ümumiyyətlə funksional olmayan bir protein məhsulunda vaxtından əvvəl dayanma kodonu və ya nöqtə cəfəng kodonu ilə nəticələnən bir DNT ardıcıllığındakı bir nöqtə mutasiyadır. Məsələn, bir nöqtə mənasız mutasiyasının təsiri nöqtə cəfəng mutasiyasının orijinal dayanma kodonuna yaxınlığından və zülalın funksional alt domenlərinə təsir dərəcəsindən asılıdır. Mənasız nöqtə mutasiyası, bir nukleotidin dəyişdirilərək başqa bir amin turşusunun əvəzlənməsinə səbəb olduğu bir nokta mutasiyasından fərqli bir missens mutasiyasından fərqlidir. Mənasız mutasiya da davamlı mutasiyadan fərqlənir ki, davamlı mutasiya dayanma kodunu silir və mənasız mutasiya onu yaradır. Talassemiya və kistik fibroz kimi bəzi genetik xəstəliklər cəfəng nöqtə mutasiyalarının nəticəsidir. == Sadə bir nümunə == DNT: 5' — ATQ AST SAS SQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ QST SQS QST TSQ AST — 5' mRNA: 5' — AUQ ASU SAS ASQ QSQ SQA AQS UQA — 3' Protein: Met Thr His Arg Ala Arg Ser Stop DNT ardıcıllığının dördüncü üçlüyünə (SQA) bir nöqtə cəfəng mutasiya gətirildiyini, bunun sayəsində sitozinin timinlə əvəz edildiyini, DNT ardıcıllığında TQA və tamamlayıcı zəncirdə AST meydana gəldiyini düşünək. AST UQA kimi köçürüldüyündən və daha sonra tərcümə olunduğundan, nəticədə transkript və protein məhsulu aşağıdakılar olacaqdır: DNT: 5' — ATQ AST SAS TQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ AST SQS QST TSQ AST — 5' mRNA:5' — AUQ ASU SAS UQA QCQ SQU AGC UGA — 3' Protein: Met Thr His Stop M-RNT kodonlarının qalan hissəsi aminoproteinlərə çevrilmir, çünki tərcümə zamanı dayandırma kodonuna vaxtından əvvəl çatılır. Bu, çox vaxt normal mutant olmayan bir zülalın funksionallığından məhrum olan kəsilmiş (yəni qısaldılmış) bir protein məhsulu. == Nöqtə mənasız mutasiya vasitəçiliyi ilə m-RNT çürüməsi == Erkən bitirmə kodonlarının kəsilmiş polipeptid məhsulları istehsal etmək üçün gözlənilən meylinə baxmayaraq, əslində kəsilmiş zülalların əmələ gəlməsi şəraitdə baş vermir. İnsanlar və maya göbəliyi kimi aşağı növlər də daxil olmaqla bir çox orqanizm, mənasız nöqtə mutasiyaları olan m-RNT-lərı qeyri-funksional polipeptidlərə çevrilmədən əvvəl məhv edən mənasız vasitəçiliyi olan bir m-RNT parçalanma yolu istifadə edirlər.