Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müləmmə
Müləmmə — hər misrası, yaxud beyti başqa-başqa dillərdə yazılmış şeir formasıdır. C.Ruminin "Mahəst nəmidanəm Xurşid ruhət ya nə" müləmməsi fars və türk dillərində yazılmış misralardan ibarətdir.
Müsəmmən
Müsəmmən (ərəbcə: səkkizlik) — klassik şeir forması. Hər bəndin səkkiz misradan ibarət olduğu şeir forması. Qafiyə quruluşu: aaaaaaab, cccccccb və s.
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd Çərkəzov
Məhəmməd Çərkəzov — sovet türkmənlərinin teatr və kino aktyoru, Türkmənistan Xalq Artisti, SSRİ xalq artisti (1980), Üçüncü dərəcə Stalin mükafatının qalibi (1951), CPSU-nun üzvü (1943-cü ildən), Türkmənistan SSR Kinematoqrafçılar İttifaqının üzvü. Məhəmməd Çərkəzov 1911-ci il yanvarın 1-də SSRİ paytaxtı Aşqabadda anadan olmuşdur. Aşqabadda Türkmənistan İncəsənət Kollecini (indi D. Ovezov adına Türkmənistan Dövlət Musiqili Kollecini) bitirmişdir. 1932-ci ildən Türkmənistan Dram Teatrının aktyoru olub. Sonra IV Stalin adı, 1963-cü ildən Mollanepes adına, indi Mollanepes Tələbə Teatrında aktyor olub. Türkmən SSR Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. 1943-cü ildən bəri CPSU-nun üzvü olub. Məhəmməd Çərkəzov 23 iyul 1993-cü ildə Aşqabadda vəfat edib. Həyat yoldaşı — Saçli Dursunova: Tibb elmləri namizədi, müharibə veteranı, medallarla təltif edilmişdir. Oğlu — Batyr (1954-cü il təvəllüdlü): Türkmənistan Dövlət Tibb İnstitutunu Aşqabadda bitirmişdir.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd İbrahimov
Məhəmməd İbrahimov (22 iyul 1974, Mahaçqala) — 1994–1997-ci illərdə Azərbaycanı, 1998–2004-cü illlərdə isə KYRM-nı təmsil edən sərbəst güləşçi, 3 dəfə Avropa Çempionatlarının qalibi. Məhəmməd İbrahimov 1994-cü ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu. 1995-ci ildə İsveçrədə Avropa Çempionatının qalibi olan Məhəmməd İbrahimov həmin il Birləşmiş Ştatlarda Dünya Çempionatını beşinci pillədə başa vurdu. 1996-cı ildə isə Məhəmməd İbrahimov Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazandı və növbəti dəfə Avropa çempionu oldu. Məhəmməd İbrahimov Azərbaycanı 1996-cı ildə Atlanta XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. −82 Kq. turnirində çıxış edən Məhəmməd İbrahimov olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının finalçısı, Dünya Çempionatının qalibi Qazaxıstan nümayəndəsi Elmədi Cəbrayılov ilə üz-üzə gəldi. Nəticədə Məhəmməd İbrahimov təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupda Məhəmməd İbrahimov əvvəl Belarus nümayəndəsi Alesandr Savonu 5:0, sonra isə Rumıniya nümayəndəsi Nicolae Gitanı 5:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Avfandil Qoqolişvili oldu.
Məhəmməd İdrisi
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi. Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
Məhəmməd İracoğlu
Məmməd İrac oğlu Əliyev- filologiya üzrə elmlər doktoru, professor. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri. Əliyev Məmməd İrac oğlu 1948-ci il dekabr ayınnın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aspiranturasında təhsil almışdır. Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat institutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin müdiridir. Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi. Dünya nəsrində Orxan Pamuk zirvəsi Aşıq Alı. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri. Koroğlu eposu.
Məhəmməd İsaxov
İsaxov Məhəmməd İsmayıl oğlu — yaxın keçmişimizin ictimai xadimi və xalq müəllimi kimi tanınmış bir şəxsiyyət. Pedoqoji elmlər namizədi. O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən rus məktəbində alıb. Bu məktəbdə təhsil aldıqdan sonra Bakıya gəlmiş Nobel qardaşlarının mədənində fəhlə , telefonçu və kiçik kontor işçisi olmuşdur. Sonra inqilabçılar sırasına daxil olaraq Sovet hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır. Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə fakültəsində təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət Darülfünunun təbiət fakültəsində təhsil alır. Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq müəllimlərinin sırasına daxil olur və ömrünün sonuna qədər şərəfli xalq müəllimləri sırasında bir dönməz əsgər kimi dayanır. Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik edir və bütün biliyini bu yolda sərf edir. Ömrünün son 13 ili ərzində Məhəmməd Sadıxov əvvəlcə Qiyabi Pedaqoji İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır.
Məhəmməd İsmayılzadə
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmməd Şahtaxtinski
Məhəmmədəmin Həbibul­la oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri dok­toru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Məhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb. Məhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib. Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991). Məhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb.
Məhəmməd Şeybani
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1510-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Məhəmməd Şirvani
Şirvani - sufi alimi, mürşid. Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi. Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır: Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi.
Məhəmməd Şəbiyev
Məhəmməd Əbdüh
Məhəmməd Əbdüh tam adıyla Məhəmməd Əbdüh bin Həsən Xeyrullâh ət-Türkmânî əl-Misrî (1849[…] – 11 iyul 1905[…], İsgəndəriyyə, Misir xidivliyi, Osmanlı imperiyası) — XIX-XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim. Misirdə ictimai-siyasi həyatın dirçəlməsində böyük rol oynamış mütəfəkkir Məhəmməd Əbdüh 1849-cu ildə əkinçi ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında yazıb-oxumağı öyrənən Əbdüh valideynlərin təkidilə iki il hafizlik məktəbində oxuduqdan sonra təhsilini Tanta şəhərindəki Əhməd məscidi məktəbində davam etdirmişdir. Onu oxutmaqda israrlı olan atasının istəyilə təhsilini davam etdirmək üçün yenidən kənddən ayrılan Əbdüh məktəbə deyil, qohumlarının yanına getmişdir. Qohumu Şeyx Dərvişin fikirlərilə tanışlıqdan sonra elmə, təsəvvüfə maraq oyandığından o, 1865-ci ildə Abduh təhsilini yarımçıq qoyduğu Tantadakı məktəbə qayıtmış, oranı müvəffəqiyyətlə bitirərək 1866-cı ildə əl-Əzhər Universitetinə qəbul olunmuşdur. Tələbəlik illərində günün əksər hissəsini ibadətə həsr edərək zahid həyat tərzi keçirmişdir. Lakin 1871-ci ildə tanınmış islahatçı mütəfəkkir Cəmaləddin Əfqanilə tanış olduqdan sonra onun həyatında mühüm dəyişikliklər baş vermişdir. Bundan sonra o, Əfqaninin təhrikilə Avropa fəlsəfəsini və dünyəvi elmləri öyrənmişdir. Əbdüh də müəllimi Əfqani kimi müsəlman ölkələrində islahatların aparılmasının tərəfdarı olmuş, tərəqqinin, təkamülün əsasını elmdə görmüşdür. Lakin o, bir sıra cəhətlərinə görə, Əfqanindən fərqlənmişdir.
Məhəmməd Əfəndi
Məhəmməd Əfəndi — İlahiyyat alimi, təsərrüfatçı. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin oğludur. Məhəmməd Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir. Azəri türk əsilli Məhəmməd Əfəndi 1871 ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə Oktyabr inqilabından xeyli əvvəl yüksək tipli türk İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Orada oxumuş və təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir. Məhəmməd Əfəndi İlahiyyat elmi üzrə Türkiyənin ən məşhur alimlərindən olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Türkiyəyə gedərkən dərhal Amasyadan çoxlu torpaq sahəsi alır.