Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məzhər (qəzet)
Məzhər (az-əbcəd. مزهر‎) — XX əsrin əvvəllərində Tiflisdə Kamal Ünsizadənin redaktorluğu ilə Azərbaycan dilində çap olunan liberal ruhlu ictimai-siyasi qəzet. Kamal Ünsizadə gərgin mübarizələrdən sonra 1907-ci ilin 31 martında "Məzhər" adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin məramnaməsi geniş, əhatəli idi. 16 şöbədən ibarət olacaq bu qəzetdə daxili və xarici xəbərlərdən, sənət və ədəbiyyatın, elm və maarifin müxtəlif sahələrindən bəhs ediləcəkdi. Lakin o, öz məramnaməsini, ətrafında toplanan ziyalıların arzularını həyata keçirə bilmədi. Tiflis şəhərində 1908-ci il 25 martda nəşrə başlamış "Məzhər" qəzeti 1917-ci ilə qədər çox səliqəsiz, məzmunsuz və qeyri-müntəzəm çıxan bir qəzet idi. Nəşrə başlarkən həftəlik qəzet olması nəzərdə tutulmuş, lakin uzun fasilələrlə çap olunmuşdur. 1-ci nömrəsi 1908-ci il martın 25-də, sonuncusu 1917-ci il dekabrın 29-da çıxmışdır. Naşiri və redaktoru Kamal Ünsizadə idi.
Məşhur Məmmədov
Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü. Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir. 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant; 1991–1995: Masallı rayon Xarrad kooperativi; 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru; 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru; 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini; 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü; Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri; Rusiya Azərbaycan İşgüzar şurasının üzvü; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü; Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib Ailəlidir, 4 övladı və 5 nəvəsi var.
Məşhur azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur avşarlar (kitab)
Məşhur aşiqlər siyahısı
Altı nömrəli məşhur
Altı nömrəli məşhur (ing. Celebrity Number Six qısaldılmış formada CS6) — Finlandiya tekstil mağazasından alınmış parça üzərində çap olunmuş, uzun müddət kimə məxsus olduğu bilinməyən qadın şəklinə verilən addır. 2020-ci ildə TontsaH adlı reddit istifadəçisi r/TipOfMyTongue subredditində post paylaşaraq, parça üzərində təsvir olunmuş 8 siluetin kimlərə məxsus olduğunu tapmaq üçün kömək istədi. Onlardan 7-si 2000-ci illərin ortalarında məşhurluq yaşayan aktyor və modellər olsa da, müəllif tərəfindən 6 rəqəmi ilə nömrələnmiş şəklin kimə aid olduğu müəyyən etmək çətin oldu və uyğun adlı (r/CelebrityNumberSix) subreddit yaradıldı. Subredditin üzvləri dörd il ərzində yüzlərlə nəticəsiz axtarışlar apardılar, o cümlədən parçanın tədarükçüsü ilə əlaqə saxlamağa cəhd göstərdilər. 2024-cü ildə StefanMorse adlı istifadəçi PimEyes aləti vasitəsilə şəkildəki şəxsin ispan model Leticia Sardan olduğunu ehtimal etdi. Sentyabrın 8-də IndigoRoom adlı istifadəçi fotoqraf Leandre Escorsell tərəfindən 2006-cı ildə çəkilmiş orijinal şəkli yerləşdirdi (IndigoRoom Escorsell ilə əlaqə saxlamışdı, çünki onun Sardanın şəkillərini çəkdiyi bilinirdi). Ertəsi gün, 2009-cu ildən modellikdən təqaüdə çıxan Sarda, əlində həmin fotonu tutduğu şəkli yayımladı. Bundan sonra o, şəklin nüsxələrini satdı və yenidən modellik etməyə başladı.
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.
Mizhar
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Mənsur xan Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Məzhəb
Məzhəb (ərəb. مذهب‎) — Məzəbin lüğəti mənası "getmək, yol almaq" olub, "zəhəb" kökündə törəmiş bir sözdür və gedilən yer, yol mənasına gəlir. Zamanla terminləşən "məzhəb" sözü, fərqli sistemlərdə müxtəlif mənalarda istifadə edilmişdir. Kəlam elmində məzhəb bir alimin dini əqidə ilə bağlı məsələlərini izah edərkən seçdiyi yolu və ya bu şəkildə meydana gəlmiş bir kəlam məktəbini ifadə edir. Fiqhdə isə məzhəb, dinin əməli sahəsinə aid mövzularda fəqihin seçmiş olduğu yol və ya bu yol ilə ortaya çıxmış bir fiqh məktəbidir. Kəlam və məzhəblər tarixinə görə, "İslam məzhəbləri" məfhumu ümumilikdə, islam tarixində ortaya çıxan düşüncə, inanc və siyasi xarakteli zümrələşmələri ifadə edir. Bu elmin mütəxəssisləri məzhəbin tərifini " İslam dinin etiqadi və siyasi sahədəki düşüncə məktəbləri" şəklində vermişlər. Bu mənada məzhəb, "müəyyən bir şəxsin və ya o şəxsə tabe olan topluluğun, öz sosial-mədəni mirasına bağlı qalaraq Qurani-Kərimi və Məhəmməd peyğəmbərin (s) sünnəsini anlama şəkilləri" olaraq qəbul edirlər. İslam dinin tarixi ərəfəsində birdə "əshabul-məqalat" adlı dini və siyasi qruplaşmalar olmuşdur. Bunun səbəbi isə bəzi alimlərin cəmiyyətdəki məsələlərlə bağlı "məqalə" (fikir, söz) adı yazılar yazmış və ya bəzi fikirlər sözlərlə ifadə etmələri olmuşdur.
Məzmun
Məzmun: Mövzu sözünün sinonimi; Məzmun (kitab) Məzmun (kompüter) — veb saytlardakı materiallar.
Məşhər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər xilafəti – 26 mart 922, Bağdad, İraq, Abbasilər xilafəti) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Kəlhur eli
Kəlhurlar və ya Kəlhorlar — İran və İraqda yaşayan kürd tayfası. Ravlinson onların yəhudimənşəli olmaqlarını bildirmişdir.
Melo adzhur
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır. Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib. Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Məhəmmədrza Kəlhur
Mirzə Rza Məhəmmədrəhim bəy oğlu Kəlhur (1829, Gilan Qərb, Kirmanşah ostanı – 19 avqust 1892, Tehran) — XIX əsr İran xəttatı. Nasirəddin şah Qacar dövrünün görkəmli şəxsiyyətlərindən biri olan xəttat Mirzə Rza Kəlhur (1829-1892) Azərbaycanda nəstəlik xəttinin tanınmış və məşhur ustadlarındandır. Xəttatların coxu onun xəttini Mir İmad Qəzvininin xəttindən ustun tuturdular. Məlum olduğu kimi Mir İmad Qəzvini bu xətt növünün böyük ustadı hesab olunur. Məhəmmədhəsən xan Etimadussəltənə 1889-cu ildə yazdığı “Əl-Məasir vəlasar” əsərində öz müasiri haqqında belə yazır: “Mir İmad Qəzvinidən sonra nəstəliq xətti ilə yazmaqda ona bərabər olan yoxdur. Bu incəsənətin böyük ustadları onun xəttini Mirin xətti ilə muqayisə edirlər. Dərviş təbiətli, xosxasiyyət, zarafatcıl bir adamdır. Xarici görkəmi və fitri istedadı ilə bütün xəttatlardan secilir. Digər xəttatlardan üstün, şöhrətli olmasına baxmayaraq, hələ də, yuksək dairələrdən ozunə vəzifə və yardım almır, oz əllərinin zəhməti ilə dolanır”. ().
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məngur eli
Məngur eli — Kürd əşirəti. Osmanlı (İraq) ərazisindən köçən Məngurlar Sərdəşti, Piran eli isə Xana şəhəri və kəndlərini ələ keçirmişlər.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə) — şair 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir. Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Menhir
Menhir (bret. men — daş və hir — uzun) — şaquli ölçüləri üfüqi ölçüləri nəzərəçarpacaq dərəcədə aşan bir adam tərəfindən qoyulmuş kobud bir daş və ya daş bloku şəklində ən sadə formada meqalit. Menhirlər həm tək, həm də qrup şəklində qurulmuşdu: oval və düzbucaqlı "çitlər" (kromlexlər), yarı oval, xətlər, o cümlədən bir çox kilometr və xiyabanlar. Menhirin ölçüsü əhəmiyyətli dərəcədə dəyişir, 4-5 metr və ya daha çox bir hündürlüyə çatır (ən böyükünün hündürlüyü 20 metr və çəkisi 300 ton). Forması ümumiyyətlə qeyri-bərabərdir, tez-tez yuxarıdan yuxarı, bəzən düzbucaqlı şəklindədir. Ən sadə və ən qədim əşyalarda təsvirlər olmur, lakin zaman keçdikcə oyma naxışlar, bass-rölyeflər, habelə daş balta, şum, çoban çubuğu və boyunduruğu deyilən şərti olaraq (onlar müəyyənləşdirilmədiyi üçün) əşyaların təsvirləri görünməyə başlayır. Menhirlərin bəzi parçaları dəfn otaqları tikmək üçün istifadə olunur və köhnələrin üstünə yeni rəsmlər ilə örtülmüşdür. Menşirin yeni quruluşlar tikmək üçün qəsdən dağıldığı və ya doğaçlama materialı kimi istifadə edildiyi bilinmir. Menhirlər — əslində bu günümüzə qədər qalan ilk orijinal süni quruluşdur. XIX-cu əsrə qədər arxeoloqlar onların mənşəyi haqqında kifayət qədər məlumata malik deyildilər.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi. Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.