Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (osm. محمود ثانى‎ — Mahmud-i sânî) (20 iyul 1785, Konstantinopol – 1 iyul 1839, Konstantinopol) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud Məlikov
Mahmud Məmmədov
Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası – 1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954). == Həyatı == Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir. Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır. Texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Mahmud Məmmədquliyev
Mahmud Əhməd oğlu Məmmədquliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur. 1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur. 1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. 2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. İngilis və rus dillərini bilir.
Mahmud Namazov
Mahmud Nəbiyev
Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Mahmud Pakniyyət
Mahmud Pakniyyət (fars. محمود پاک‌نیت‎‎; 31 dekabr 1952, Kazeroun, Fars ostanı) — İran aktyoru. Kazerunda anadan olmuşdur. Dini filmlərdə rol almışdır.
Mahmud Pənahiyan
General Doktor Mahmud Pənahiyan Təbrizi (fars. ژنرال دکتر محمود پناهیان تبریزی‎; Təbriz – 1981) — Cənubi Azərbaycan hökumətinin üzvü, general-mayor == Həyatı == Mahmud Pənahiyan, Pənahəli xan Cavanşirin törəmələrindən idi. == Fəaliyyəti == Azərbaycan Demokrat Firqəsinin hərbi naziri idi. Firqə dağılandan sonra Bakıya getdi. Sonra İraq dövlətinin dəvəti ilə Bağdada getdi və Pəhləvi rejiminin müxalifləri ilə əməkdaşlıq etdi. Orada Bağdad radiosunun və "İran xalqlarının Milli Cəbhəsi" adlı qrupu təsis etdi. 1981 Əlcəzair Müqaviləsindən sonra yenə Bakıya qayıtdı.
Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi. == Həyatı == Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. == Yaradıcılığı == Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır. Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.
Mahmud Qalası
Mahmud qalası — Masallı rayonu Mahmudavar kəndində yerləşmişdir. Qala orta əsr abidəsi hesab olunur. Qalanın sahəsi təxminən 4-5 hektar, hündürlüyü isə 6-7 metr olmuşdur. == Tarixi == Mahmudavar kəndi ərazisində orta əsrə aid şəhər tipli qala olmuşdur. Qalanı Mahmud adlı bir feodal inşa etmişdir. Mahmud çox nüfuzlu bir şəxsiyyət olmuşdur. Kəndin adı burada mövcud olan çay, istil və qalanın bu günədək Mahmudla bağlı səslənməsi fikrimizi sübuta yetirir. Mahmud qalası haqqında mətbuatda ilk dəfə 1965-ci ildə tədqiqatçı-tarixçi Əbdülrza Əhmədov məlumat vermişdir. Onun fikrincə "İndi xarabalıqları görünən Mahmud qalası orta əsrdə tikilmişdir. Ümumi sahəsi 3-4 hektar olan bu qala torpaq divardan və qala ətrafı xəndəkdən ibarətdir.
Mahmud Qaşqarlı
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.
Mahmud Quliyev
Mahmud Nayfalı oğlu Quliyev (22 iyul 1952, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 7 yanvar 2019) — Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı (2000–2016). == Həyatı == Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub. 1959–1969-cu illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində orta təhsil alıb. 1969–1973-cü illərdə D. Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb. 1 avqust 1973-cü il tarixdən 21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, 21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib. 3 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb. 19 mart 1988-ci il tarixdən 6 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər "Dövlətqaçqınkom"un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş və 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad edilmişdir. 2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvü idi. 7 yanvar 2019-cu ildə səhər saatlarında vəfat edib.
Mahmud Quluzadə
Quluzadə Mahmud Məmməd oğlu – dosent, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1992–1994-cü illər) == Həyatı == Quluzadə Mahmud Məmməd oğlu 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələkli kəndində anadan olub. 1967-ci ildə ADU-nun "İqtisadiyyat" fakültəsini bitirib. Həmin ildən 1992-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitunun dosenti işləyib. 1972-ci ildə namizədlik dissertasiyasının müdafiə edib. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1992–1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir.
Mahmud Qurbanov
Mahmud Qurbanov — Azərbaycanlı sabiq futbolçu; Kəpəz, Neftçi-2, Səbailin sabiq baş məşqçisi. Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi (2013–2017); 2009-cu ildə Bakı klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. 36 yaşlı yarımmüdafiəçi 10-cu dəfə ölkə çempionluğunu qazanaraq, öz şəxsi rekordunu yeniləyib. Milli çempionatın qalibi ardıcıl üçüncü mövsümdür son turda bəlli olur. Özü də hər dəfə böyük hesablı qələbə ilə. Belə ki, "Xəzər-Lənkəran" səfərdə Qəbələni 3:0, İnter Bakı ilə Bakı isə müvafiq olaraq Qəbələ və Muğan Salyan klubunu evdə 4:0 hesabı ilə yenib. Bütün bu görüşlərdə iştirak edən Mahmud ardıcıl 3-cü dəfə çempion olur. İndiyədək 6 müxtəlif klubla çempionluq qazanan Qurbanov bunların 3-ü ilə "qızıl dubl"a imza atıb. Yəni "professor" ləqəbli futbolçu ölkə kubokuna əksər vaxt çempion olduğu zaman sahib çıxır. Yalnız Mahmudun ilk kuboku istisna olub ki, həmin vaxt (1993/1994) onun heyətində yer aldığı Gəncənin Kəpəz klubu qızıl yox, bürünc medal əldə edib.
Mahmud Qəznəvi
Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı. Hakimiyyət illəri:(998)-1030) == Atasının dövründə == 2 oktyabr 971-ci ildə, Səbuk Təkinin və Zabulistanlı bir türk əsilzadənin oğlu olaraq doğulmuşdu. 994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı. == Hakimiyyəti == Qardaşı İsmail Qəznəvini digər qardaşı Nurəddin və əmisi Buğracoq ilə birlikdə devirərək hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı. Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu.
Mahmud Rüstəmov
Mahmud Əli oğlu Rüstəmov (30 noyabr 1938, Arıqıran, Gədəbəy rayonu) — Azərbaycan alimi, kimya elmləri doktoru, professor. == Həyatı == Mahmud Rüstəmov 1938-ci il noyabrın 30-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA-nın) Kimya-Texnologiya fakültəsinə qəbul olmuş və oranı 1962-ci ildə bitirmişdir. 1962–1965-ci illərdə Sintetik Kauçuk və Superfosfat zavodlarında mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1965–1968-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasında oxumuşdur. 1968–1971-ci illərdə indiki Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildən Azərbaycan Texniki Universitetin "Kimya" kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1991-ci ildən həmin kafedranın professorudur. Həmçinin 1990-cı ildən "Kimya" kafedrasının nəzdində "Alitsiklik və mezogen birləşmələr" Elmi-tədqiqat laboratoriyasını təşkil etmiş və ona rəhbərlik edir. 1971-ci ildə "Hem-metiləvəzli tsikliheksan(en)-3-karbon turşularının xloranhidridləri ilə doymamış birləşmələrin kondensləşməsi reaksiyalarının tədqiqi və alınmış birləşmələrin çevrilmələri" mövzusunda namizədlik, 1988-ci ildə isə Daşkənd Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında (İES) "Tsikloheksan(en) karbon turşuları və onların törəmələri əsasında poliəvəzli politsiklik birləşmələrin sintezi və stereokimyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Rəhimov
Mahmud Cəfərqulu oğlu Rəhimov (23 dekabr 1905, Bakı – 10 iyul 1989, Bakı) — Azərbaycan-sovet dövlət və dəniz nəqliyyatı xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1956), Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi. == Həyatı == Mahmud Cəfərqulu oğlu Rəhimov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1920-ci ildə başlamış, uzun müddət ticarət şəbəkəsində çalışmışdır. 1925-ci ildə məktəbi bitirmiş, 1929-cu ilin axırınadək Bakı ticarət limanında əvvəlcə müxbir-mütərcim, sonra isə məxfi dəftərxananın rəisi vəzifəsində işləmişdir. Mahmud Rəhimov buradan Leninqrad şəhərinə su nəqliyyatının orta komanda heyəti kursuna oxumağa göndərilmişdir. O, diplom alaraq Xalq Su Nəqliyyatı Komissarlığının bölgüsünə əsasən Bakıya gəlmiş və 1931-ci ilədək Xəzər gəmiçiliyinin ekspedisiya şöbəsində işləmişdir. Xəzər dənizçiliyi ayrılarkən o, "Xəzərtanker"in ("Kasptanker") istismar şöbəsi rəisinin müavini, sonra isə bu şöbənin rəisi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsinin ilk illərində Mahmud Rəhimov "Xəzərtanker" Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsində çalışmış, 1942–1952-ci illərdə isə bu idarənin rəisi olmuşdur. Müharibədə Sovet Ordusunun neft məhsulları ilə təmin edilməsi sahəsində aktiv fəaliyyət göstərmişdir. 1952-ci ildə o, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1956-cı ildən isə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin ("Kaspar") rəisi olmuşdur.
Mahmud Sarıkərimli
Mahmud Savalan
Mahmud Tağıyev
Mahmud Əzizağa oğlu Tağıyev (11 iyun 1923, Bakı – 21 noyabr 2001, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. == Yaradıcılığı == Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir.
Mahmud Teymur
Mahmud Teymur (ərəb. محمود تيمور‎) (16 iyun 1894, Qahirə – 25 avqust 1973, Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur. == Həyatı == Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.