Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maldivlər
Maldivlər — Şri-Lankadan cənub-qərnbdə, Hind okeanı suları ilə əhatələnən Maldiv arxipelaqı və ya Maldiv adaları adlı dövlətin ərazisində yaşsyan xalq nəzərdə tutulur. Arxipelaq 19 atoldan ibarətdir ki, burada da, 1196 ada vardır. Bu adaların cəmi 200-də insan yaşayır. Əhalisinin sayı 180 000 nəfərdir. Üstəlik bu millətin nümayyəndələrindən 5 000 Hindistanda məskunlaşmışdır. Ölkənin ən böyük şəhəri olan Maledə 30 000 insan yaşayır. Maldivlər özlərino divexi adlandırırlar. Bu isə tərcümədə Adalılar anlamını verir. == Dil və din == Malfivlərin dili Hind-Avropa dil ailəsinin hindari dilləri qrupuna daxildir. Ən yaxın dil Sinhal dili və digər hindari dilləridir.
Yaldili
Yəldili kəndi — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kəndin tarixinə və ad toponiminə aid xalq arasında 2 tarixcə və ehtimal mövcuddur. 1-ci tarixcə və ehtimala istinadən demək olar istinadən demək olar ki,Yəldili kəndinin əhalisinin böyük bir əksəriyyəti Yevlax rayonu Bəydilli kənd sakinləri ilə tarixən bir kökdəndir və bu kökdən qopub gəlmə bir qoldur. Yəldili toponimi ilə əlaqədar iki ehtimal mövcuddur. Yaşlı əhalinin söyləməsinə görə ,təxminən 200-220 ildən əvvəl Bəydilli sakinlərindən bir qol ayrılaraq kür çayının sol sahilində indiki yerində məskunlaşmlar. Şirvan Ərəş sultanlığından köçüb gələn bu əhalini yerli əhali Qarbağ düzündə Yadelli və onların məskunlaşdığı kənd Yadelli kəndi və tədricən Yaldili və ən nəhayət Yəldili kəndi adlandırılmışdır. Xalq arasında söylənilənlərə istinadən demək olar ki Yəldili kəndi 18-ci əsrin sonlarında xanlıqlar dövründə bu ərazilərdə məskunlaşmışdır. 2- ci tarixcə və ehtimala görə Yəldili kəndi öz toponimi Bəydilli tayfasınıın bir qolu və bir nəsli olan Eldili nəslindən götürmüşdür. Açıq sait olan "e" səsinə "y" səsinin artırılması və sonralar "e" səsinin "ə" səsinə formmalaşma dəyişməsi nəticəsində Yəldili kəndi formasında işlənmişdir. Eldili və Yedlili həmdə soyad olub qədim türk dilində "el kimi əziz" mənasını verir.
Maldiv
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Daniel Maldini
Daniel Maldini (11 oktyabr 2001, Milan) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Spetsiya" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Müqavilə ilə "Milan" klubuna məxsusdur. Keçmiş futbolçu Paolo Maldininin oğlu, keçmiş futbolçu və məşqçi Çezare Maldininin nəvəsidir. Qardaşı Kristian Maldinidə futbolçudur. == Karyerası == === Gənclik Karyerası === Maldini 2010-cu ildə "Milan"ın Gənclər Akademiyasına qoşulur. Növbəti illərdə o, "Milan"ın 10 yaşadək uşaq komandasından başlayaraq "Milan"ın U19 komandasına qədər müxtəlif yaş qrupları komandalarında oynayır. 2016–17 mövsümündə onun komandası, finalda "Latsio" klubunu 5–2 hesabı ilə məğlub edərək 16 yaşadək futbolçuların milli çempionatının (Campionato Nazionale Under-16) qalibi olur. === Peşəkar karyerası === Daniel 2 fevral 2020-ci il tarixində baş tutmuş "Milan" — "Hellas Verona" oyununda ispaniyalı Samu Kastiyexonu əvəzləyərək "Milan"ın heyətində debüt edir. Futbolçunun avrokuboklarda debütu isə, 15 sentyabr 2021-ci il trixində "Liverpul" klubuna qarşı oyunda baş verir.
Paolo Maldini
Paolo Maldini (26 iyun 1968[…], Milan) — keçmiş İtaliya futbolçusu və İtaliya milli futbol komandasının müdafiəçisi. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Hal-hazırda üç nömrəli forması Milanda müzeydədir. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Uşaqlıqdan futbola maraq göstərən Maldini Milan seçmələrinə girib qazanmışdı.Profesyanaı futbol karyerasına 1984-cü ildə Milanda başlayıb. Bütün futbol karyeri boyunca Mİlanda oynayıb. Milanda başladı,Milanda parladı və Milanda bitirdi. İtaliyada ən yaxşı müdafiəçi olmuşdur. 3 nömrəli müdafiəçi dəfələrlə Milana Çempionluq verib. Beləki o, Milanda iki dəfə EUROPAPOKAL DER LANDESMEİSTER SİEGER ,üç dəfə Çempionlar liqi ,yeddi dəfə İtalyan liqi ,bir dəfə ITALİENİSCHER POKALSİEGER , beş dəfə ITALİENİSCHER SUPERPOKALSİEGER, bir dəfə Fifa, bir dəfə COPPA ITALİA, dörd dəfə UEFA medallarını qazanıb.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Yaldili bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çezare Maldini
Çezare Maldini (it. Cesare Maldini ;5 fevral 1932, Triest – 3 aprel 2016, Milan) — İtaliyalı futbolçu və futbol məşqçisi . O, 1950–1960-cı illərdə İtaliya millisində və "Milan" klubunda müdafiəçi kimi çıxış edib. Futbolçu Paolo Maldininin atası, futbolçular Kristian və Daniel Maldininin babası . Maldini doğma Triest şəhərində futbol oynamağa başlayıb. O, 18 yaşında yerli "Triestina" klubunun gənclər komandasının heyətinə qoşulur. 1953-cü ildə bu klubun əsas komandasında debüt edir və çempionatın sonuna qədər bir oyunda meydana çıxır. Növbəti mövsümdə o, A Seriyasında 34 oyunun 31-də oynayaraq "Triestina"nın əsas heyət oyunçusuna çevrilir. Mərkəz müdafiəçisi mövqeyində oynayan Maldini mövqeni düzgün seçməyi və təkbətək mübarizələrdə inamlı oynamağı bacaran oyunçu kimi özünü təsdiqləyir. Bundan əlavə, lazım gəlsə müdafiənin cinahında, hətta yarımmüdafiədə də oynaya bilirdi.
Maldiv Respublikası
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Maldiv adaları
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Maldiv arxipelaqı
Maldiv arxipelaqı (mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ) — Hindustan yarımadasından cənub-qərbdə yerləşən ardalar qrupu. Bu adalar qrupunda Maldiv adaları adlı dövlət yerləşir. Ölkənin paytaxtı Male şəhəridir. Arxipelaqın sahəsi 298 km² təşkil edir. 2006-cı ilə olan məlumata görə arrxipelaqda ümumilikdə 298 968 nəfər sakin yaşayır. Atxipelaqın ən böyük şəhəri təbii ki, oaytaxt olan Male şəhəridir. Burada mövcud olan 1196 mərcan adasından yalnız 200 adada yaşayış vardır. Yerdə qalan adalar yaşamsızdır. == Adının etimalogiyası == «Atol» sözü yerli söz olun «Atolu» kimi səslənir.
Maldiv coğrafiyası
Maldiv adaları (ދިވެހިރާއްޖެ, Dhivehi Raa’je), rəsmi adı Maldiv Respublikası (ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ) — Hind okeanının ekvatorial sularında, Şri-Lanka adasından təxminən 700 km cənub-qərbdə yerləşir. Hindistan yarımadası Maldiv adalarının 340 km-dədir. Ölkənin ümumi uzunluğu 750 km, eni isə 120 km-dir. Ölkə 1196 mərcan adalarından ibarətdir. 26 atooldan ibarət iki adalar qrupu formalaşmış. Maldiv adalarının ən böyük adası Qan adasıdır. Əksər adaları məskunlaşmayıb. Ölkə adalarının cəmi 200-də məskunlaşma var. Əhalisi təxminən 395 min nəfərdir. Ən yüksək sıxlıq Male şəhərindədir.
Maldiv dili
Maldiv dili (mald. ދިވެހި Divehi)- Hind-ari dillərindəndir və əsasən Maldiv adalarında 350.000 nəfər tərəfindən danışılır. Milli dildir. Həmçinin, Hindistanın Lakşadvip birlik torpaqlarının, Minikoy adasında təxminən 10.000 nəfərin ilk dilidir ki maldiv dilinin mahl dialektində danışırlar.
Maldiv silsiləsi
Maldiv silsiləsi — Hind okeanının şimalında yerləşən sualtı silsilə. Maldiv silsiləsi Hindustan yarımadasından başlayaraq Ərəb-Hind silsiləsinə doğru irəliləyir. Maldiv silsiləsi 2900 km uzunluğa, 3000 km enə malikdir. Hündürlüyü bəzən 2–5 km arasında dəyişir. Səthə çıxan hissələrdə atollar əmələ gətirir. Buna misal kimi Maldiv adaları, Lakkadiv adaları və Çaqos adasını höstərmək olar.
Maldiv adaları himni
"Öz ölkəmizi salamlayırıq" (mald. ޤައުމީ ސަލާމް) — Maldiv dövlət himni. Himn 1972-ci ildə təsdiq edilmişdir. Sözləri 1948-ci ildə Mühəmməd Jamel Didi yazıb, musiqini 1972-ci ildə Şri-Lankalı bəstəkar Vannaakuvattavaduqe Don Amaradeva bəstələyib.
Maldiv adaları şəhərləri
Aşağı əhali üzrə Maldiv şəhərlərinin siyahısı təqdim edilmişdir. Siyahı 1995, 2000 və 2006-cı illərdə keçirilmiş əhalinin rəsmi siyahıya alınmaları əsasında təşkil edilmişdir.
Maldiv adalarında nəqliyyat
Maldiv adalarında nəqliyyat — İlk növbədə ölkədə dəniz və aviasiya nəqliyyatı yaranmışdır. Bu da ölkənin coğrafiyası ilə bağlıdır. Maldiv respublikası bir neçə mərcan adasında yerləşmişdir və 300 km²-dən az sahəyə malikdir. Ölkənin əhalisinin sayı 400000 nəfərdən azdır. Respublikada bu səbəblərdən dəmiryol nəqliyyatı fəaliyyət göstərmir. Həmçinin faktiki olaraq ictimai nəqliyyat yoxdur. == Avtomobil nəqliyyatı == 2013-cü ildə avtomobil yollarının ümumi uzunluğu 88 kilometr təşkil edirdi. Onlardan 60 kilometri Male və Vilinqile adalarında yerləşmiş, ölkənin paytaxtı olan Male şəhərinin payına düşürdü. İki başqa region da, yəni Addu və Laamu atolları da avtomobil yollarına malikdir. Yolların əsas örtüyü — sıxlaşdırılmış mərcanlardır.
Maldiv Milli Kitabxanası
Maldiv Respublikası Milli Kitabxanası ― (Qaumee Kuthubuhaanaa) 1945-ci ildə yaradılmışdır. O, müasir ədəbiyyatı saxlayaraq ölkənin İctimai və Milli Kitabxanası kimi fəaliyyət göstərir. O, ölkə daxilində çap olunmuş bütün oxu materiallarının və sənədlərinin müxtəlif kolleksiyasını təqdim edir. Milli Kitabxana hökumət tərəfindən maliyyələşdirilir və İncəsənət Mədəniyyəti və İrs Nazirliyinin tabeliyində fəaliyyət göstərir. == Tarix == Maldiv Respublikası Milli Kitabxanası 12 iyul 1945-ci ildə Maldiv adalarının "Dövlət Kitabxanası" (Dhaulathuge Kuthubukhaanaa) adı ilə o vaxtkı Təhsil Departamentinin rəhbəri Ameer Mohamed Amin Didi tərəfindən yaradılmışdır. 1948-ci ildə Kitabxana Maldiv adalarının ən məşhur dövlət xadimlərindən biri Ameer Abdul Majeed Didinin ('Abdul Majeed Rannabandeyri Kilegefaanu) adını daşıyan Majeedhee Library (Majeedhee Kuthubukhaanaa) adlandırıldı. Kitabxana Daxili İşlər Nazirliyinin (Vuzaarathudhdhaahiliyyaa) nəzdində fəaliyyət göstərirdi. Kitabxana həmçinin Gan adasında, Seenu Atollunda ingilislər tərəfindən qalan kitab kolleksiyasını da aldı. Kitabxananın xidməti vəzifələrini Seyid Əbdül Lətif yerinə yetirirdi. 1978-ci ildə hökumət bir kitabxanaçı postu yaratdı və Habeeba Hussayn Habeeb-i kitabxanaçı təyin etdi.
Azərbaycan–Maldiv adaları münasibətləri
Azərbaycan–Maldiv adaları münasibətləri — Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 20-də qurulmuşdur.
Hindistan–Maldiv adaları münasibətləri
Hindistan–Maldiv adaları münasibətləri — Hindistan və Maldiv adaları arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında mübnasibətlər xoş niyyətlidir. İqtisadi, siyası və hərbi baxımdamn strateji əhəmiyyət daşıyır. Hindistan Hind okeanı regionunda strateji maraqları çərçivəsində Maldiv adalarında sülh və sabitliyin qarantı kimi çıxış edir. iki ölkə arasında ilk diplomatik əlaqələr 1966-cı ildə. == Tarixi == Maldiv adaları Hindistanın Laşşadvip adaları regionundan cənubda, Şri-Lankadan isə 700 km cənub-qərbdə yerləşir. 1966-cı ildən Maldiv adaları ilə Hindistan hərbi, iqtisadi, siyasi və mədəni baxımdan isti münasibətlər qurmuşlar. Hindistan bu ölkəyə daim dəstək göstərir. Üstəlik Hindistan Şri-Lankanın iqtisadi baxımından Maldivlərə ola biləcək təziqini neytrallaşdırır. Belə ki, Şri-Lanka Maldiv adalarının əsas iqtisadi tərəfdaşıdır.
Maldiv adalarının dövlət quruluşu
Maldiv adalarının dövlət quruluşu - 2008-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Maldiv Respublikası məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 26 iyulda qeyd olunur. Ölkə Konstitusiyası 7 avqust 2008-ci ildən qüvvədədir. == İnzibati bölgüsü == Maldiv Respublikası Paytaxt Male və 20 adalar qrupundan ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mərkəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür. == Dövlət başçısı == Dövlət və hökumət başçısı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə namizəd şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq edilməli və ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi səlahiyyət müddəti qeyri-məhduddur. Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçularının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezident rəhbərlik edir. Dövlət başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək 14 nazirin hər birini təyin və yaxud azad edə bilər və buna görə Parlament qarşısında heç bir məsuliyyət daşımır.
Qətər–Maldiv adaları münasibətləri
Qətər–Maldiv adaları münasibətləri — Qətər Dövləti ilə Maldiv adaları arasındakı mövcud ikitərəfli əlaqələr. 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Maldiv adaları da Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Baldırlı (Urmiya)
Baldırlı (fars. بالدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.Bu kənd Urmiya şəhərindən 15 kilometr şərqdə və Urmiya gölündən 3 kilometr qərbdə yerləşib. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (111 ailə). İranın sonuncu verdiyi məlumatlıarda kənd əhalisi 513 nəfərdir. Kənd monoetnik azərbaycanlı olan kənddir. Kənddə əsasən alma və üzüm yetişdirilir.