Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MaNga
MaNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib. Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Manay Alibekov
Manay Alibekov (1860, Terek vilayəti və ya Yaxsay, Xasavyurd rayonu – 1920) — qumuq şairi. Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın peşəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yazdığı əsərləri ona böyük uğur qazandırmışdır. "Yaxsaydakı qumuq qızlarının arzuları", "Hakimlərin işləri", "Starşina", "Mollalar" və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maariflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çobanzadə onu "köy ve köylü şairi" adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir. Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zəngin etnoqrafik materialları var. Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap etdirmişdir.
Sangatsu Manga
Sangatsu Manga – Finlandiya əsas manqa nəşriyyatı. 2003-cü ildə qurulmuşdur. Tammi nəşriyyatı tərəfindən satın alınmışdır. Hazırda isə digər manqa nəşriyyatı olan Punainen jättiläinen ilə birlikdə fəaliyyət göstərir. Nəşriyyat Finlandiyada manqa satan ("Dragon Ball") ilk nəşriyyat olmuş və Finlandiyada manqa nəşrinin əsasını qoymuşdur.
Shōnen manga
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.
Aq-Manay bərzəği
Aq-Manay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I–III əsrlərdə məskunlaşma mövcud idi.
Manga Time Kirara Carat
Manga Time Kirara Carat (まんがタイムきららCarat, Manga Taimu Kirara Kyaratto) — Houbunsha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya aylıq seynen manqası jurnalı. Jurnalda əsasən yonkomalar nəşr olunur. İlk sayı 18 yanvar 2003-cü ildə işıq üzü görmüşdür. A Channel (davam edir) Dōjin Work GA Geijutsuka Art Design Class (GA 芸術科アートデザインクラス) H・R Harumaki! Harumination (はるみねーしょん) Hidamari Sketch (ひだまりスケッチ) (davam edir) Himekurasu Ichiroo! K-On! Kamisama no Iutoori! Kill Me Baby (キルミーベイベー) (davam edir) Kuu Kuu Boku Boku Mayuka no Darling! New Game! (davam edir) Niko ga Santa OK Fantasista!
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var. Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; ) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur. Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi. Akira — Internet Movie Database saytında.
Andreu Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görüb O, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Endrü Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görüb O, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Manqo (meyvə)
Manqo (müğənni)
Manqo, əsl adı Cuzeppe Manqo (6 noyabr 1954 – 7 dekabr 2014) — məşhur İtaliya müğənnisi. Manqo pop, rok, folk, etnik musiqini birləşdirən üslubu və geniş vokal diapazonu ilə tanınırdı.
Monster (manqa)
Monster (yaponca: モンスタ, Hepbörn: Monsutā, bəzən "Naoki Urasavanın qulyabanısı" kimi tanınır) — Naoki Urasava tərəfindən yaradılan, 2004-cü ildə çıxan anime serialı. Monster (manqa) Anime News Network Ensiklopediyasında Monster — Internet Movie Database saytında.
Manqo (bitki)
Manqo (lat. Mangifera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi. İlk vaxtlar cinsə aid növlər Hindistanın Assam ştatında və Myanma dövlətinin rütubətli tropik meşələrində yayılmışdı. Hazırda isə bir çox ölkələrdə – ABŞ, Meksika, ÇXR-də, Cənubi Amerika ölkələrində, Mərkəzi Amerika ölkələrində Karib adalarında, Afrikanın tropik qurşaqlarında (məsələn Keniyada və Kot-d'İvuarda), bir çox Asiya ölkələrində (Tayland, Filippin), eləcə də Avstraliyada yetişdirilir Hindlilər onu "Prajayapati" – Bütün Dünyanın Tanrısının çoxsaylı təcəssümlərindən biri hesab edirdilər. Birma əfsanəsində deyilir ki, bir dəfə Buddaya böyük manqo meyvəsi gətirmişdilər. Onun ən sevimli tələbələrindən biri Ananda, müəllimi üçün onu kəsmişdi. Manqonu yeyəndən sonra, Budda onun çəyirdəyini Verdi və onun basdırılması lazım olan yeri ona göstərdi. Ananda müəlliminin istəyini yerinə yetirdi və bu zaman Budda öz əllərini yuyaraq, basdırılan yeri suladı. Dərhal çoxlu sayda gül və meyvələrlə dolu gözəl bir ağac yetişdi. Budda hər səhər ağacın yanına gəlirdi, manqo meyvəsini deşir və onun şirəsini içirdi, hansıkı onun əhval-ruhiyyəsini yüksəldir və müdriklik verirdi.
Türkiyədə manqa
Türkiyədə manqa getdikcə populyarlaşan komiks növlərindən biridir. 2010-cu illərdən etibarən "Fullmetal Alchemist", "My Hero Academia", "Naruto", "One Piece", "Attack on Titan" və s. kimi populyar manqa seriyaları müxtəlif nəşriyyatlar tərəfindən türk dilinə tərcümə olunaraq nəşr olunur. Peşəkar tərcümələrlə yanaşı skanleyt tərcümə ilə məşğul olan bir çox qrup mövcuddur. Türkiyənin "maNga" rok qrupu adını yapon komikslərindən götürmüşdür. Türkiyədə nəşr olunmuş ilk manqa 1999-cu ilin sentyabrında "İthaki" nəşriyyatı tərəfindən tərcümə olunmuş "Gon" manqası olmuşdur. 2003-cü ildə ATV kanalında yayımlanan "Beyblade" anime serialının populyarlığı səbəbilə 2004-cü ilin iyunundan etibarən "Super-J" tərəfindən 5 cildlik manqası nəşr olunmuşdur. Qərb dillərinə tərcümə olunmuş ilk manqa olan "Barefoot Gen" manqası 2007-ci ilin avqustunda "Tudem" tərəfindən türk dilinə tərcümə olunmuşdur. 2008-ci ildə manqanın tarixindən bəhs edən "Manqa: Yapon komiksinin tarixi" kitabı türk dilinə tərcümə olunaraq nəşr olunmuşdur. 2010-cu illərdən etibarən "One Piece", "Attack on Titan", "Naruto", "Bleach", "Death Note", "Fullmetal Alchemist" kimi populyar manqa seriyaları ilə yanaşı, "Goblin Slayer", "Komi Can't Communicate", "Bungo Stray Dogs" kimi nisbətən daha az tanınan manqa seriyaları da türk dilində nəşr olunur.
Bangi
Banqi (fr. Bangui, sanqo Kötä gbätä tî Bangî) — Mərkəzi Afrika Respublikasının paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 622 771 nəfərdir. Şəhərin əsası 1889-cu ildə fransız hərbi məntəqəsi kimi Ubangi-Şari koloniyasında qoyulmuş, daha sonra adı Kubangi-Şari olaraq dəyişdirilmiş və fransız Ekvatorial Qvineyasının bir hissəsinə çevrilmişdir. rəsmi adı tərcümədə "kandarlar" ("astanalar") mənasını verir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. Kənd 1999-cu ildə yaradılmışdır. Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Manas
Manas — qırğız dastanı. Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎, IPA. ) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Beynəlxalq Manqa Mükafatı
Beynəlxalq Manqa Mükafatı (国際漫画賞) — 2007-ci ilin mayın 22-də Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyadan kənar olan manqakalar üçün təsisis olunmuş mükafat. O zaman Yaponiyanın Xarici İşlər Naziri Taro Aso idi. O, bu mükafatı ilk dəfə Akihabarada 2006-cı ildə verdiyi çıxışında təklif edib. Və həmin ilin aprelin 28-də üzə çıxan A New Look at Cultural Diplomacy: A Call to Japan's Cultural Practioners adlı hesabatında bu təklifini təkrar edib. Beynəlxalq Manqa Mükafatı Yaponiyanın ictimai diplomatiyada pop mədəniyyətin aktiv işlətməsinin hissəsidir. O, qeyri-yapon manqakalar üçün "ən mötəbər" mükafat sayılır. Taro Aso ona "manqanın Nobel mükafatı" deyib və ondan bəri onu bəzən belə adlandırırlar. Mükafatı alanlar adətən 10 gün müddətinə Yaponiyaya gəlirlər. Orda onların mükafat vermə mərasiminə qatılmaqdan əlavə, yapon manqakalarla fikir bölüşmək, nəşriyyat şirkətləri və diqqətəlayiq yerləri ziyarət etmək imkanı var. Mükafatın sponsorluğu Japan Foundation təşkilatından gəlir.
La-Manqa dili
La-Manqa dili və ya La-Manqa-del-Mar-Меnor (isp. La Manga del Mar Menor) — İspaniyanın cənub-şərqində yerləşən dil. Dil 22 km uzunluğa, 100–1200 m enə malikdir. Avropanın ən böyük laqunu olan Mar-Menoru Aralıq dənizindən ayırır. Ərazisin bir hissəsi bataqlıqlarla örtülüdür. Ərazisi dayvinq həvəskarları arasında məşhurdur. La-Manqanın şimal sahili Kosta-Kalida kurort zonasıdır. Dil laqunu soyuq havadan qoruyur Əsas gəlir mənbəyi turizm və turistlərə xidmət sahələrindən əldə edilir. İyundan sentyabra qədər əhalisi 200 minə qədər artır. Turistlərin bir hissəsi digər ölkələrdən gəlir.
La Manqa kuboku
La Manqa kuboku — Qış kuboklarına aid olan futbol turniridir. Turnirin oyunları İspaniyanın La Manqa del Mar Menor (Mursiya) ərazisində keçirilir. Əsasən iştirakçıları yay mövsümündə liqaları başlayan ölkələr: İsveç, Finlandiya, Danimarka, Norveç, Rusiya, Ukrayna və ABŞ, Kanadadır. İlk turnir 1999-cu ildə keçrilmişdir və turnirin qalibi yarışın ən uğurlu komandası olan Rusenborq FK olmuşdur.
Sent Manqo Kafedralı
Qlazqo kafedralı (ing. Glasgow Cathedral), bəzən Hay Kirk of Qlazqo (ing. High Kirk of Glasgow), Sent Kentigerns (ing. St Kentigern's) və ya Sent Manqo Kafedralı (ing. St Mungo's Cathedral) – Şotlandiyanın Qlazqo şəhərinin şərq hissəsində yerləşir. 1136-ci ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş, və növbəti iki əsrlərdə təmir olunmuşdu.
Vinland Saga (manqa)
Vinland Saqa (Yapon: ヴィンランド・サガ, Hepbörn: Vinrando Saga) Makoto Yukimura tərəfindən yazılmış və illüstrasiya edilmiş Yapon tarixi manqa seriyasıdır. Seriya Kodansha tərəfindən nəşr olunur və gənc yetkin kişilərə yönəlmiş aylıq manqa jurnalına keçməzdən əvvəl ilk dəfə gənclərə yönəlmiş Weekly Shonen Magazine-də seriyalaşdırılıb. 2021-ci ilin iyul ayından etibarən seriya iyirmi beş cildli cilddə tərtib edilmişdir. Vinland Saga həmçinin Kodansha USA tərəfindən ingilis dilində nəşr üçün lisenziya alıb.
Anime və manqa janrları
Anime və manqa, filmlər kimi müxtəlif janrlara bölünürlər: Kodomo, tam adı kodomomuke manqa (子供向け漫画) və kodomomuke anime (子供向けアニメ) — 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Kodomoda kobudluq və qəddarlıq olmur. Nümunələr: "Maya arı", "Qrendayzer", "Speed Racer". Şonen — 12-dən 16-18 yaşına qədər oğlanlar üçün anime. Xususiyyətləri: şoco ilə müqayisədə daha dinamik süjet. Dostluğa, həyata və ya döyüş idman növlərindəki rəqabətə əsaslanır, xeyli gülməli səhnələrdən ibarət olurlar (məsələn, Dragon Ball Z, Rurouni Kenshin). Qızlar oğlanların cəsurluğunu daha aydın göstərmək üçün qəsdən daha gözəl və seksual çəkilirlər (Tenchi Muyo!, Love Hina,Rosario+Vampire). Janraltıları: sentay, spokon (idman və idmançılar haqqda); harem (bir oğlan və çoxlu qız). Daha yaşlı oğlanlar üçün ayrıca seynen janrı var. Şoco — 12-dən 16-18 yaşına qədər qızlar üçün anime.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Mangus
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
İmany
Nadya Mladjao - (ing. Nadia Mladjao) İmani adı ilə daha çox tanınan fransız müğənnisi. Onun səhnə adı Suahili dilində iman deməkdi. Debüt albomu 2011-ci ildə buraxdığı The Shape of a Broken Heart olmuşdur. Bu albom Fransada və Yunanıstanda platin statusunu aldı həmçinin Polşada 3 dəfə platin statusu aldı. Nadya 1979-cu ildə Martiqedə anadan olub. Yeniyetmə yaşlarıda idmanla məşqul olub, yüksəkliyə tullanma idmanıyla. ABŞda 7 il keçirəndən sonra Fransaya qayıdıb və müğənnilik karyerasına başlayıb. Adı: The Shape of a Broken Heart; Buraxılış ili: 2011 Leybl: Think Zik!
Manic
Manic — ABŞ müğənnisi Holzinin üçüncü studiya albomu. 17 yanvar 2020-ci ildə Capitol Records tərəfindən buraxılıb.
Achillea magna var. magna
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.