Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mayo Doko
Mayo Doko (d. 3 may 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mayo duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. == Coğrafiya == Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Treze-de-Mayo
Treze-de-Mayo (port. Treze de Maio) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7097 nəfərdir. Ərazisi 161,081 кm²-dir. Əhalinin sıxlığı 44,1 nəfər/кm²-dir. Bələdiyyə 31 dekabr 1911-ci ildə yaradılmışdır.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Jak Mayol
Jak Mayol (fr. Jacques Mayol; 1 aprel 1927–22 dekabr 2001) — fransız dalğıcı, 23 noyabr 1976-cı ildə nəfəsini tutaraq 100 metr dərinliyə enmiş ilk şəxs. Fri-dayvinq üzrə çoxqat dünya çempionu. 2001-ci ildə 74 yaşında Elba adasındakı evində özünü asaraq intihar etmiş, vəsiyyətinə əsasən kremasiya olunaraq külü Toskana sahillərinə səpilmişdir. Lük Besson 1988-ci ildə çəkdiyi "Mavi ənginlik" filmində fri-dayvinqin pionerlərindən olan Jak Mayol və Entso Mayorkanın həyatındakı hadisələrdən bəhrələnmişdir.
Abbas Qasımov (mayor)
Abbas Rza oğlu Qasımov (17 mart 1986, Rəhimabad, Zəngibasar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993–2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.İkinci Qarabağ müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.
Anar Məmmədov (mayor)
Anar İbrahim oğlu Məmmədov — Dövlət Sərhəd Xidmətinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Məmmədov (mayor, 1986)
Anar Elşad oğlu Məmmədov (2 may 1986, Sabirabad – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldığdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Məlikov (mayor)
Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993-2004-cü illərdə Alpan kənd tam orta məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Məlikov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Borxa Mayoral
Boxa Mayoral Moya-Real Madrid-in hücumçusu. Boxa Mayoral 5 aprel 1997-ci ildə İspaniyanın Parla şəhərində doğulub.Karyerasına İspaniyanın Real Madrid B klubunda başlayıb . Karyerasını sonradan Real Madridin əsas heyətində davam etdirib . 2016-cı ildə isə icarə əsasında İngiltərənin Volsfruq kamandasında davam edib. 2017-ci il yay transfer pəncərəsində isə icarə müdddəti bitdiyindən Real Madridə yenidən qayıtdı . == Klub karyerası == === Real Madrid === 2007-ci ildə Panama klubundan Real Madridə transfer olundu . Burada o, Real Madridin B Klububda oynamağa başladı. 2014-cü ildə isə Real Madridin B klubunda oynamağa başladı . 2014–2015 mövsümündə Borxa La Liqanın bütün oyunlarına çıxdı . Bu oyunlarda o,rəqib qapılarına 17 qol vurdu .
Bulbophyllum mayombeense
Bulbophyllum mayombeense (lat. Bulbophyllum mayombeense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. == Fəaliyyəti == III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Elnur Quliyev (mayor)
Elnur Eldar oğlu Quliyev (25 iyul 1984; Füzuli rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. Onun əmisi — Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başladılar. 1991–2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002–2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub. Elnur Quliyev 2007–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib.
Elnur Əliyev (mayor)
Elnur Adil oğlu Əliyev (16 avqust 1976, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR – 3 aprel 2016, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib. == Həyatı == Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb. == Hərbi xidməti == Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid oldu.Aprelin 3-ü isə Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Elvin Səfərov (mayor)
Elvin Sərraf oğlu Səfərov (24 oktyabr 1992, Kərimbəyli, Füzuli rayonu) —Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Hərbi xidmətlərə görə" medalı verildi.Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Elvin Səfərov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Elşad Həsənov (mayor)
Elşad Paşa oğlu Həsənov (13 iyun 1981; Göyçə mahalı, Ermənistan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalında anadan olmuşdur. Aksana Həsənova ilə ailəli idi, 2 övladı var. == Hərbi xidməti == Elşad Həsənov 1999-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində kursant olaraq, 2002-ci ildən zabit olaraq xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Həsənov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilmiş və II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Elşad Həsənov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Həsənov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Emil Əliyev (mayor)
Emil Elman oğlu Əliyev (25 fevral 1986; Naxçıvan, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidməti'nin mayoru, Mil Mi-17 helikopterinin pilotu, Qaraheybət şəhidi. == Həyatı == Emil Əliyev 1986-cı il 25 fevral tarixində Naxçıvanda anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvanda, 1996-cı ildən isə Bakıda 36 saylı məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə Şəhid olmuşdur.
Erigeron mayoensis
Erigeron mayoensis (lat. Erigeron mayoensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Federiko Mayor Saraqosa
Federiko Mayor Saraqosa (isp. Federico Mayor Zaragoza, 27.1.1934, Barselona) –biokimyaçı, siyasətçi, yazıçı, şair. == Həyatı == 1968- 1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı illərdə İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri olmuşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur.
Fuad İsmayılov (mayor)
Fuad Murad oğlu İsmayılov (26 oktyabr 1986; Kəngərli rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad İsmayılov 1986-cı il oktyabrın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1993-2002-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Ailəli idi. Xəyal və Yusif adlı 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fuad İsmayılov 2009-cu ildən "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. 2012-ci ildə "baş leytenant", 2016-cı ildə "kapitan", 2020-ci ildə "mayor" rütbəsi alıb. Azərbaycan Ordusunun mayoru olan Fuad İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad İsmayılov oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.
Guarea mayombensis
Guarea mayombensis (lat. Guarea mayombensis) — meliekimilər fəsiləsinin guarea cinsinə aid bitki növü.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Lvova gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. Oranı qurtardıqdan sonra, diplomatiya təhsili almış, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, İran səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Keçən əsrin 70-ci illərin sonu 80-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəis təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. == Həyatı == Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Manyo
Manyö (fr. Magnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Maye
Sızağan və ya Maye — maddənin aqreqat vəziyyətlərdən biri. Onun digər aqreqat vəziyyətlərdə fərqi mexaniki təsir nəticəsində həcmini saxlayaraq formasını dəyişə bilməsidir. Maye maddənin qaz və bərk halı arasında orta haldadır. Mayeni təşkil edən molekulların nizamlı düzülüşü yoxdur, onlar yerlərini sərbəst dəyişir. Mayeləri sıxdıqda molekullar arasında itələmə qarşılıqlı təsirlər artır. Molekullar uzaqlaşdıqda isə bir-birini qarşılıqlı cəzb edir. Bu təsirlər sıvıların həcmini dəyişməyə qoymur. Mayelər formalarını dəyişə bilir, lakin həcmlərini dəyişmir.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Mayn
Mayn '(alm. Main‎, lat. Moenus) — Almaniya da çay, Reynin sağ qolu.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyırRegion Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Mayr
Ernst Mayr (en Ernst Walter Mayr; 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press. 1963.
Mays
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
NAYO
NAYO (Norveç dili: Norges Aserbaidsjanske Ungdomsforening, Azərbaycan dili: Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, İngilis dili: Norwegian Azerbaijanis Youth Organization) — Norveçdəki Azərbaycan cəmiyyətinə, Azərbaycana və Azərbaycanın mədəniyyətinə maraq göstərən gənclər üçün qeyri-siyasi, qeyri-gəlir, qeyri-dini təşkilatdır. Təşkilat bir qrup azərbaycanlı, norveçli və xarici tələbələrin təşəbbüsü ilə, Norveç Tələbə İttifaqının keçmiş vitse-prezidenti olan Ramil Əliyevin başçılığı ilə 2006-ci ildə yaradılmışdır. NAYO Azərbaycana aid prezentasiyalar, mədəni görüşlər, foto sərgilər, informasiya tədbirlər, şənliklər və konsertlər təşkil edir.
Şayo
Şayo (fr. Chaillot Fransızca tələffüz: [ʃajo]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Marsel Prust Şayoda dünyasını dəyişib. Zəfər tağı Şayoda yerləşir. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Amniotik maye
Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir.İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərin] == İnkişaf == Amniotik maye hamiləlik kisəsinin inkişafı ilə ortaya çıxır. Amniotik maye amniotik kisədə tapılır. Ana plazmasından istehsal olunur və osmotik və hidrostatik qüvvələrin təsiri altında membranlardan keçir. Fetal böyrəklər təxminən 16 həftə işləməyə başladıqda, fetal sidik maye istehsalını da artırır. Əvvəl, amniotik mayenin tamamilə fetal sidikdən ibarət olduğu düşünülürdü. Maye, dölün toxumaları və dərisindən sorulur. Hamiləliyin 22 ilə 25-ci həftəsindən sonra embrionun dərisinin keratinizasiyası baş verir. Bu proses təxminən 25-ci həftədə tamamlandıqda , maye hamiləliyin qalan hissəsi boyunca əsasən fetal bağırsaq tərəfindən əmilir. == Tərkibi == Əvvəlcə amniotik maye əsasən elektrolitlər olan sudur, lakin təxminən 12-14 həftəyə qədər mayenin tərkibində fetusun böyüməsini təmin edən zülallar, karbohidratlar, lipidlər, fosfolipidlər və sidik cövhəri də var.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Elton Meyo
Elton Meyo (1880–1949) — Əslən avstraliyalı Amerika sosioloqudur. Xotorn eksperimentləri onun adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Ə. S. Bayramov, Ə. Ə. Əlizadə, Sosial Psixologiya. Bakı.
Ernst Mayr
Ernst Mayr (en Ernst Walter Mayr; 5 iyul 1904[…] – 3 fevral 2005[…]) — məşhur amerikalı bioloq, XX əsrin ən böyük təkamülçülərindən biri. == Kitabları == Mayr, Ernst. Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist. Cambridge: Harvard University Press. 1999. ISBN 0674862503. Mayr, Ernst. Animal Species and Evolution. Cambridge: Belknap Press of Harvard University Press. 1963.
Frankfurt-Mayn
Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm.
Uayö
Uayö (fr. Oyeu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38287. Kommunanın 2012-ci il üçün əhalisi 915 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 516 ilə 771 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.