MAYONNAISE
MAYORALTY
OBASTAN VİKİ
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.
Mayor gölü
Mayor gölü — Çeçenistanın Naurski rayonunda, Tersko-Kumskaya ovalığında göl. Gölün səthinin sahəsi — 0.18 km², göl dəniz səviyyəsindən 92–94 m yüksəklikdə yerləşir. == Təsviri == Mayor gölü Mayor fermasından təxminən 500 m cənubda, Stavropol diyarı ilə sərhədə yaxın yerdə yerləşir. Qərb və şərq sahilləri çox girintilidir. Dibi düz və palçıqlıdır. Gölün mərkəzində bir neçə ada var. Kiçik qamış bataqlıqları da var. Cənub sahilində ağaclar, əsasən qovaq, alma ağacı, meşə armudu, tut, kollar var. Gölün ətrafı, il boyu otlaq kimi istifadə olunan yarı səhra mənzərəsi ilə əhatə olunmuşdur. Göl əsasən qrunt suları ilə qidalanır.
Elnur Quliyev (mayor)
Elnur Əliyev (mayor)
Elnur Adil oğlu Əliyev (16 avqust 1976, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR – 3 aprel 2016, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib. == Həyatı == Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb. == Hərbi xidməti == Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Elvin Səfərov (mayor)
Elşad Həsənov (mayor)
Elşən Orucov (mayor)
Emil Əliyev (mayor)
Federiko Mayor Saraqosa
Federiko Mayor Saraqosa (isp. Federico Mayor Zaragoza, 27.1.1934, Barselona) –biokimyaçı, siyasətçi, yazıçı, şair. == Həyatı == 1968- 1972-ci ilə qədər Qranada universitetinin rektoru. 1972-1976-cı illərdə İspaniyanın Dövlət katibi, Təhsil və Elm naziri olmuşdur. 1981-ci ildən Avropa parlamentinin üzvü, 1987-1999-cu illərdə YUNESKO-nun Baş katibi olmuşdur.
Fuad İsmayılov (mayor)
Murad Məmmədov (mayor)
Məhərrəm Seyidov (mayor)
Namiq Əhmədov (mayor)
Nazim Hüseynov (mayor)
Novruz Əsgərov (mayor)
Ramil Ağayev (mayor)
Rasim Məmmədov (mayor)
Rasim Əbdül oğlu Məmmədov (4 aprel 1977 və ya 20 may 1977, Naxçıvan rayonu – 4 aprel 2016, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına apardığı döyüşdə şəhid olub, ölümündən sonra "Vətən Uğrunda" və"Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib. Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi. Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi. Rasim Məmmədov Samirə xanım ilə ailəli idi, Asim (17.11.2007) adında oğlu və Aysu adında qızı yadigar qalıb. Leytenant Rasim Məmmədov 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı taqımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" taqımının komandiri vəzifələrində çalışdı. 2002-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi alan Rasim Məmmədov, həmin ildən 2005-ci ilə qədər N saylı nömrəli hərbi hissədə "tank" taqımının komandiri vəzifəsində çalışdı.
Rizvan Hümbətov (mayor)
Ruslan Cəfərov (mayor)
Rüfət Əsgərov (mayor)
Rəhim Hüseynov (mayor)
Rəhim Qədir oğlu Hüseynov (1 iyul 1984; Zərdab, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998–2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005–2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. İngilis, rus, erməni dillərini mükəmməl bilirdi. Ailəli idi. 3 övladı yadigar qaldı. Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır. Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.
Sadiq Həsənov (mayor)
General-mayor (Azərbaycan)
General-mayor — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-mayor rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. == Tarixi == SSRİ dövründə general-mayor rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun baş zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir. Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-mayor rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. == Təsnifatı == "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-mayor ali rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı III dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur. Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-mayor rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır: Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-mayor ali hərbi rütbəsi; Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-mayoru ali hərbi və ali xüsusi rütbələri; Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-mayoru ali hərbi və ali xüsusi rütbələri; Gömrük orqanlarında — gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi; Daxili işlər orqanlarında — polis general-mayoru ali xüsusi rütbəsi; Fövqəladə hallar orqanlarında — daxili xidmət general-mayoru ali xüsusi rütbəsi; Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-mayoru ali xüsusi rütbəsi. == Fərqlənmə nişanları == === Poqonlar === Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – bilinmir, Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. == Fəaliyyəti == III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. == Həyatı == Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Murad Hüseynov (General-mayor)
Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998-2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995-1998), polis general-mayoru. Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub. 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant Murad Hüseynov Bakıdakı 2-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində qaravul rəisi vəzifəsinə təyin olunub. 1972-ci ildən 1983-cü ilə qədər müəllim və baş müəllim vəzifələrində çalışıb. 1983-cü ilin ortalarında Murad Hüseynova Naxçıvan Muxtar Respublikasının yanğından mühafizə xidmətinin rəhbərliyi həvalə olunub. 1988-ci ilin yanvarında Bakıya dəvət olunan Murad Hüseynov Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Xidmətinin mərkəzi aparatında Əməliyyat-faktiki şöbənin rəis müavini vəzifəsində xidmətini davam etdirib.
Məhəmməd Həsənov (general-mayor)
Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatı və Vətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır. Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir. 2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.
Natiq Əliyev (general-mayor)
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. "Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.

Digər lüğətlərdə