Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miçiqan
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Miçiqan Universiteti
Miçiqan Universiteti (ing. University of Michigan) — ABŞ-nin ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən yaradılıb. Universitetin banilərindən olmuş Con Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə Miçiqan ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor şəhərinə köçürülməsinə nail olur. Burada universitetə 40 akrlıq (16 hektar) ərazi ayrılır. Enn Arbor şəhərində fəaliyyətə başlayan universitetdə ilk dərslər 1841-ci ildə keçirilir və burada çalışan iki professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun bitirir. 1871–1909-cu illərdə universitetə rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və tibb fakültələrini yaradır.
Miçiqan gölü
Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir. Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu. Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır.
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Vorren (Miçiqan)
Vorren (ing. Warren) — ABŞ-nin Miçiqan ştatının Makom dairəsində yerləşən şəhər.
Miçiqan Ştat Universiteti
Miçiqan Ştat Universiteti (ing. Michigan State University) — Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən ali təhsil müəssisəsi. Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.
Miçiqan Universitetinin İncəsənət Muzeyi
Miçiqan Universitetinin İncəsənət Muzeyi (ing. University of Michigan Museum of Art; qıs. UMMA) — Detroyt şəhərinin ətrafında yerləşən Miçiqan Universitetinin muzeyi. Ən böyük universitet sənət muzeylərindən biridir. 1909-cu ildə Amerika Vətəndaş Müharibəsi zamanı vəfat edən Universitet məzunlarına xatirə olaraq qurulmuşdur. Sənət kolleksiyası genişləndikcə tam hüquqlu bir muzey kompleksinə çevrildi. 2010-cu ildən etibarən Avropa, Amerika, Orta Şərq, Asiya və Afrika da daxil olmaqla təxminən 19.000 sənət əsərlərindən ibarət bir kolleksiyaya sahibdir. Sərgilər də burada keçirilir.
Miçiqanın Yuxarı yarımadası
Miçiqanın yarımadası (ing. Upper Peninsula of Michigan, U.P. [ˈmɪʃɨɡən]) — Miçiqan ştatının şimalında, Miçiqan gölü və Huron gölü ilə əhatələnir. Yarımadanın şərqində iki gölü Makinak boğazı birləşdirir. Miçiqanın Yuxarı yarımadası ştat ərazisinin ¼ hissəsini təşkil etsə də, ümumi əhalisinin 3 % təşkil edir. Əhalinin azlığına səbəb iqliminin sərt olması və qışda dünya ilə əlaqəsinin kəsilməsi ilə əlaqədardır. Əsas məşğuliyyat — meşəçilik, faydalı qazıntıların çıxarılması (dəmir, kömür) və turizm. Yarımadanın əlçatmazlığı təbiət həvaskarlarını özünə cəlb edir. Burada Ayl-Royal milli parkı vardır. Yarımadanın müəyyən yerlərində Balıq ovu, ovçuluq həyata keçirilir. Qışda isə turistləri dağ xizəyi və itlərlə qarüzərində xizək sürmə kimi daha çox cəlb edir.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Billi Milliqan
Uilyam Stenli Milliqan (14 fevral 1955 – 12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar. Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi. Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı. == Uşaqlıq illəri == Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib. Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu. Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
II Mirian
II Mirian — Farnavazianlar sülaləsindən səkkizinci İberiya çarı. İran ordusunun köməyi ilə hakimiyyəti geri almışdı. Yerinə oğlu II Artaksias keçdi.
I Mirian
I Mirian — I Saurmaqın kürəkəni idi. Dəryal keçidində dağlı xalqların işğalına qarşı mübarizə aparmışdı. Dianna tanrıçasına inanırdı.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Mizian Maolida
Mizian Maolida (14 fevral 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Maolida Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lyon klubu ilə 5 avqust 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Marianonu əvəz etmişdir. Liqa 1 görüşündə Lion Strasburqa 4-0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 23 noyabr 2017-ci ildə Apollon Limassol klubuna qarşı UEFA Avropa Liqası görüşündə vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də ilk qolunu üç gün sonra Nitsa klubuna qarşı oyunda vurmuş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. 13 avqust 2018-ci ildə Maolida Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. Maolida Fransada anadan olmuşdur. Valideynləri isə Komor adaları vətəndaşlarıdır.
Elvin Səfərov (miçman)
Elvin Ramiz oğlu Səfərov (10 dekabr 1989, Soru, Lerik rayonu – 31 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı miçmanı, dəniz pişiyi, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub. 1996–2007-ci llərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elvin Səfərov 2008–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qısa müddət ərzində Xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirmişdir. "Aprel" döyüşlərinin iştirakçısı olmuşdur. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və s. ölkələrdə kurslar keçmiş, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil etmiş, dəfələrlə yüksək nəticələr qazanmışdır. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk olaraq Tərtərin Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərə qatılmış, çox aktiv iştirak edərək düşmənin canlı və cansız hədəflərinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. Verilən tapşırıq əsasında miçman Elvin Səfərov Talış kəndin, Hadrutun, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmışdır.
Vüsal Məmmədov (miçman)
Ciciqar
Ciciqar (çin. 齊齊哈爾; manc. Cicigar), Çinin Heilongjiang bölgəsində yerləşən bir prefektura mərkəzi və şəhəridir. Ərazisi 42,205.82 km² olan şəhərin əhalisi 2010-cu ildə 5,367,003 nəfər olaraq Heilongjiang'ın ikinci ən böyük yaşayış məntəqəsidir.
Mincivan
Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Mincivan nahiyəsi
Mincivan nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi 1.Bozartuq azərb. kəndi (8 ailə) 2. Əbdülsəməd azərb. kəndi (dağıdılıb) 3. Keçlə məzrəə azərb. kəndi (dağıdılıb) 4. Kis kəndi və Qafalı məzrəəsi azərb. kəndi (dağıdılıb) 5. Xürrəmabad azərb. kəndi (dağıdılıb) 6.
Mincivan Dəmiryol Stansiyası
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.