Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
Middlesex County, Connecticut
Midlseks dairəsi — ABŞ-nin Konnektikut ştatında yerləşən bir dairədir. Dairənin əhalisi 2010-cu ilin statistikasına görə 165.676 nəfər təşkil edir.
Middletown (Connecticut)
Midltaun — ABŞ-nin Konnektikut ştatında yerləşən Middlesex dairəsindəki şəhər. Şəhərin əhalisi 2010-cu ilin statistikasına görə 47.468 nəfər təşkil edir.
Passiflora middletoniana
Marakuya (lat. Passiflora edulis) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Passiflora diaden Vell. Passiflora edulis f. edulis Passiflora edulis var. pomifera (M. Roem.) Mast. Passiflora edulis var. rubricaulis (Jacq.) Mast. Passiflora gratissima A. St.-Hil. Passiflora incarnata L. Passiflora iodocarpa Barb.
Middl yarımadası
Middl yarımadası (ing. Middle Peninsula)— Virciniya ştatı ərazisində Çesapik körfəzi sahillərində yerləşən üç yarımadan biridir. York və Rappaxannok çayları arasında yerləşir. Yarımadanın ərazisində altı rayon vardır: Esseks, Qloster, Kinq-Vilyam, Kinq-end-Kuin, Matyus və Midlsek. Yarımada özünün sakit kənd həyatı ilə fərqlənir. Əhali kənd təsərrüfatı və balıq ovu ilə məşqul olur. Yarımadada iri şəhərlər yoxdur. Burada kiçik şəhərçiklər vardır: Vest-Point və Deltavill. Уэст-Пойнт kağız istehsalı, Erbanna isə turizm sahəsi ilə seçilir. Yarımadada Pamanki və Mattaponay hindularının məskənləri vardır.
Mindel buzlaşması, Mindel
Mindel buzlaşması (alm. Mindel-Kaltzeit‎ və ya alm. Mindel-Glazial‎) — Dördüncü dövrdə Alp dağlarında ən böyük buzlaşmalardan biri. Dunay çayının sağ qolu olan Mindel çayının adı ilə bağlıdır. Buzlaq örtüyü bütün Şimali Avropanı əhatə etməklə Karpat dağlarınadək irəliləmişdir. Mindel buzlaşması Rus düzənliyində Lixvin, şimal-qərbi Avropa-Elster, Şimali Amerikada isə Kanzas buzlaşma dövrlərinə uyğun gəlir. Mindel buzlaşması Penk və Brükner tərəfindən 100-cü ildə müəyyən edilmişdir.
Mikale döyüşü
Mikale döyüşü — e.ə. 479-cu ildə baş Priena şəhəri yaxınlığındakı Mikale burnunda baş verən Yunan-İran müharibələrinin döyüşlərindən biri. Mikale döyüşündə, fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı kralı II Leotxid və afinalı Ksantippin rəhbərliyi altında düşmən ordusu tamamilə məhv edildi. == Ədəbiyyat == Баррон Дж. П. Освобождение Греции // Кембриджская история древнего мира. — М., 2011. — Т. IV: Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н.
Mikele Alboreto
Mikele Alboreto (23 dekabr 1956, Milan – 25 aprel 2001 Brandenburq, Almaniya) — italyan yarış pilotu. 1985-ci il Formula-1 mövsümünü çempion Alen Prostun ardından ikinci olaraq bitirmişdir. 1997-ci ildə isə "La-Manş 24 saat yarışları"nın çempionu olmuşdur. 1981-1994-cü illər arasında Formula-1-də, 1981-1983 və 1996-2000-ci illərdə isə "La-Manş 24 saat yarışları"nda iştirak edən Alboreto, 25 aprel 2001-ci ildə Almaniyada sınaq sürüşündə qəzaya düşərək dünyasını dəyişmişdir. == Yarış karyerası == === Formula-1-dən öncə === Alboreto, Formula-1-ə qatılmadan öncə 2 dəfə İtaliya Formula-3-də, 1 dəfə isə Avropa Formula-2, Avropa Formula-3 və İngiltərə Formula-3-də yarışmışdır. 1979-ci ildə İtaliya Formula-3 ikincisi, 1980-ci ildə isə Avropa Formula-3 çempionu, İtaliya Formula-3 üçüncüsü olmuşdur. === Formula-1 === ==== 1981-1983-cü illər: “Tirrell” ==== Formula-1 karyerasına 1981-ci il mövsümündə “Tirrell” komandası ilə başlayan Alboreto, həmin mövsümdə 11 yarışda iştirak etmişdir. İştirak etdiyi yarışların yalnız beşində finiş xəttinə çata bilən italyan pilot mövsümü xalsız başa vurmuşdur. 1982-ci il mövsümündə 16 yarışın hamısında iştirak etmiş və bunların 12-sində finiş xəttini keçə bilmişdir. “Caesars Palace Qran- prisi"ndə karyerasının ilk yarış birinciliyini əldə etmiş, “San Marino Qran-prisi"ndə isə 3-cü olub podiuma çıxmışdır.
Mindel buzlaşması
Mindel buzlaşması (alm. Mindel-Kaltzeit‎ və ya alm. Mindel-Glazial‎) — Dördüncü dövrdə Alp dağlarında ən böyük buzlaşmalardan biri. Dunay çayının sağ qolu olan Mindel çayının adı ilə bağlıdır. Buzlaq örtüyü bütün Şimali Avropanı əhatə etməklə Karpat dağlarınadək irəliləmişdir. Mindel buzlaşması Rus düzənliyində Lixvin, şimal-qərbi Avropa-Elster, Şimali Amerikada isə Kanzas buzlaşma dövrlərinə uyğun gəlir. Mindel buzlaşması Penk və Brükner tərəfindən 100-cü ildə müəyyən edilmişdir.
San-Mikele
San-Mikele ( it. San Michele ) - Venesiyadakı (İtaliya) arxangel Mixail adası. == Tarix == Uzun müddət, adadakı qalada monastır, sonra isə türmə yerləşirdi. Lakin, I Napoleonun əmri ilə ada, 1807-ci ildə venesiyalılar üçün müstəsna dəfn yerinə çevrildi. Qəbirstanlığın üç hissəsi var: katoliklər, pravoslavlar və protestantlar üçün hissələr. Adanın əsas görməli yeri, 1469-cu ildə Mauro Koduççinin layihəsinə əsasən tikilmiş San-Mikele in İzola kilsəsidir. Kilsə Venesiyada intibah memarlığının ilk nümunələrindəndir.
Midel-şpanqout
Midel-şpanqout — gəmiqayırmaya ya gəmiçiliyə aid bir termin. Gəmi lahiyəsində əsas nöqtələrdən biri olub, iki paralelin tən ortasından keçən peripendikulyar kəsik.
Con Everett Mille
Con Everett Mille (8 iyun 1829[…], Sauthempton, Hempşir qraflığı[d] – 13 avqust 1896[…], London) — Prerafaelit Qardaşlığının yaradıcılarından biri olan ingilis rəssamı və illustratoru. == Həyatı == === Erkən illəri === Mille 1829-cu ildə İngiltərənin Sauthempton şəhərində Cersidə yaşayan məşhur bir ailədə anadan olub. Valideynləri Con Vilyam Mille və Emili Meri Mille idi. Erkən uşaqlığının çox hissəsi Cersidə keçirmişdir və həyatı boyu buraya bağlılığını qoruyub saxlamışdır. Anasının "avtoritar şəxsiyyəti" onun erkən həyatına çox güclü təsir etmişdir. O, incəsənətə və musiqiyə böyük maraq göstərirdi və oğlunun bədii yaradıcılığını həvəsləndirdi, Kral İncəsənət Akademiyasında əlaqələrin inkişafına kömək etmək üçün ailənin Londona köçürülməsini təşviq etdi. Daha sonra “Mən hər şeyi anama borcluyam” dedi.Onun bədii istedadı ona hələ görünməmiş on bir yaşında Royal Academy Schools-da bir yer qazandı. Orada olarkən o, 1847-ci ilin sentyabrında Bedford Meydanı yaxınlığındakı Gower küçəsindəki ailə evində Pre-Rafaelit Qardaşlığını ("PRB" kimi tanınır) qurduğu William Holman Hunt və Dante Gabriel Rossetti ilə tanış oldu.
Jan-Fransua Mille
Jan-Fransua Mille (fr. Jean-François Millet, 4 oktyabr 1814 — 20 yanvar 1875) — fransız rəssamı, Barbizon məktəbinin əsasını qoyanlardan biridir. == Bioqrafiya == Mille La-Manş körfəzinin sahilində Şerburq-Oktevil yaxınlığında yerləşən balaca Qrüşi kəndində varlı kəndli ailəsində anadan olub. Onun rəssamlıq qabiliyyəti ailəsi tərəfindən tanrı vergisi kimi qarşılanmışdı. Valideynləri onu pulla təmin etdilər və rəssamlıq dərsi almağa icazə verdilər. 1837-ci ildə o Parisə gəldi və iki il rəssam Pol Delaroşun (1797—1856) emalatxanasında rəssamlıqla məşğul oldu. 1840-cı ildən gənc rəssam işlərini Salonda nümayiş etdirməyə başladı. 1849-cu ildə rəssam Barbizona köçdü və ömrünün sonuna qədər orada yaşadı. Kəndli həyatı və təbiət mövzusu Mille üçün əsas təsvir vasitəsinə çevrildi. Özü barədə Mille deyirdi — «Mən kəndçiyəm və kəndçidən artıq heç nə deyiləm».
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Maddə
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq , fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Maddədən cisimlər əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranmışlar.Onları xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardı. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur. == Maddələrin xassəsi == Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər.
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. == Ümumi məlumat == Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Butan (maddə)
Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır. Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir. == İzomerləri == Butanın 2 izomeri var: == Fiziki xassələri == Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır. 100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Bəsit maddə
Bəsit maddə — eyni element atomlarından təşkil olunur. dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar (kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa malik olduğundan müxtəlif xassəlidir. Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər: metallar və qeyri-metallar. Metallar:adi şəraitdə bərk (civədən başqa) halda olur, elektrik cərəyanını və istiliyi yaxşı keçirir, plastik xassəlidir - döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn, Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların adları elementlərin adı ilə eynidir.Qeyri-metallar:adi şəraitdə qaz, maye və bərk halda olur, istiliyi pis keçirir, elektriki isə əsasən, keçirmirlər, Adi şəraitdə bərk halda olan qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə asanlıqla qırılır. O, H, N, P, Cl, Br, J və s.
Dekan (maddə)
Dekan (C10H22) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Maddə 22
«Maddə 22» (ing. Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur. == Maraqlı faktlar == Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır.
Maddə miqdarı
Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən, n {\displaystyle n} (en) latın və ya ν {\displaystyle \nu } (nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda ν {\displaystyle \nu } yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir ( [ ν ] = m o l ) {\displaystyle ([\nu ]=\mathrm {mol} )} . Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların N {\displaystyle N} sayının N A {\displaystyle N_{A}} Avoqadro sabitinə nisbətinə bərabərdir: ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{A}}}} Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. ν {\displaystyle \nu } maddə miqdarını maddənin m ( m = m 0 N ) {\displaystyle m\ \left(m=m_{0}N\right)} kütləsinin M ( M = m 0 N A ) {\displaystyle M\ \left(M=m_{0}N_{A}\right)} molyar kütləsinə nisbəti kimi də tapmaq olar: ν = m M {\displaystyle \nu ={\frac {m}{M}}} Burada m 0 {\displaystyle m_{0}} kəmiyyəti molekulun kütləsidir.
Mürəkkəb maddə
Mürəkkəb maddə — Bir neçə növ element atomlarından təşkil olunan kimyəvi birləşmə. Mürəkkəb maddələr bəsit maddələrdən fərqli olaraq böyük qruplara bölünürlər və müxtəlif növ atomlardan əmələ gəlmiş olurlar. Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə — siri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq. Borudan çıxan qazın oksigen olduğunu, "Həyat bilgisi" kursundan bildiyiniz kimi, közərmiş çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan çıxan qazı kiçik sınaq şüşəsinə yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik "pax" səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır. Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o, mürəkkəb maddədir.
Psixotrop maddə
Psixotrop maddə və ya psixoaktiv maddə mərkəzi sinir sisteminə təsir edərək onun quruluşunu molekulyar səviyyədə dəyişir. İnsanlarda psixotrop maddələr psixikada düşüncə, qavrama, emosional vəziyyətlərdə dəyişiklik yaradır. Psixotrop maddə asılılıq yaratma xüsusiyyətinə malik ola bilər. Ən çox dünyada yayılmış psixotrop maddə kofeindir. Psixotrop maddənin yuxarı dozası toksik və ölümcül ola bilər.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir.Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir.Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.Narkotik bitkilərin çoxuna Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində təsadüf olunur. Ağ maddə: onurğa beyninin xarici səthində olan boylama ön-yan və dal-yan şırımlar vasitəsilə üç hissəyə: ön, yan və dal ciyələrə – lat. funiculi anterior, lateralis et posterior bölünmüşdür.Bunlar onurğa beynini beyinlə birləşdirən qalxan (hissi ya afferent) və enən (hərəki ya efferent) liflərdən və onurğa beyninin seqmentlərini bir-birilə birləşdirən qısa assosiatik liflərdən ibarət olub, müxtəlif vəzifə daşıyır və onurğa beyninin aparıcı yollarını təşkil edir.Ön ciyələr bir-birilə ön bitişmə – lat.
25 maddə proqramı
"25 maddə" nasional-sosialist proqramı (alm. 25 Punkte-Programm N.S.D.A.P.‎) — 1920-ci il aprelin 1-dən NSDAP-ın rəsmi proqramı. == Tarixi == 5 yanvar 1919-cu ildə Anton Drekslerin Müstəqil fəhlə komitəsi və Karl Harrerin Siyasi fəhlə ittifaqının birliyi tərəfindən Alman Fəhlə Partiyası (“Deutsche Arbeiterpartei”; DAP) yaradıldı. Adolf Hitler 1919-cu ilin sentyabrında ona qoşuldu. 24 fevral 1920-ci ildə Münhendəki Hofbräuhausda keçirilən iclasda Hitler Adolf Hitlerin özü, Qotfrid Feder və Anton Dreksler (Herman Esserin iştirakı ilə) tərəfindən tərtib edilmiş “25 maddə” proqramını elan etdi. Sonra partiyanın adının dəyişdirilməsi qərara alındı ​​- ona "nasional sosialist" sözü əlavə edildi. 1920-ci il aprelin 1-də “25 maddə” NSDAP-ın rəsmi proqramına çevrildi və 1926-cı ildə onun müddəaları “sarsılmaz” elan edildi.
Zəhərli kimyəvi maddə
Zəhərli kimyəvi maddələr — kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri zəhərli kimyəvi maddələrdəndir. == Zəhərli kimyəvi maddələrin maksimum yolverilən səviyyəsi == Ərzaq məhsullarında zəhərli maddələrin (məs., pestisidlərin) maksismum yol verilən səviyyəsi.
Təbii neyroaktiv maddə
Təbii neyroaktiv maddə (TNM) — digər neyronların və ya əzələ hüceyrələrinin fəaliyyətinə təsir edən neyronlar tərəfindən istehsal olunan kimyəvi maddə. Təbii neyroaktiv maddələrə neyrotransmitterlər, neyrohormonlar və neyromodulyatorlar daxildir.Neyrotransmitterlər sinapslar vasitəsilə yalnız qonşu neyronlar arasında işləyir. Neyrohormonlar qana salınır və məsafədə hərəkət edir. Bəzi təbii neyroaktiv maddələr həm ötürücü, həm də hormon rolunu oynayır.