Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Miofaq
Miofaq — ətyeyən orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Mirafət Cavadov
Mirafət Salman oğlu Cavadov (1964 Ağsu - 1992 Gədəbəy) == Həyatı == Mirafət Cavadov 1964-cü ildə Ağsu rayonunun Nuran kəndində anadan olub. == Təhsili == Mirafət təhsilini Nuran kənd orta məktəbində almışdır. == Hərbi xidməti == 1992-ci ildə könüllü olaraq Qarabağ bölgəsinə müharibəyə gedib. Mirafət Başkənd, Mutudərə və Saraylı kəndlərinin alınmasında xüsusi ilə fərqlənmişdir. O, 1992-ci ildə Gədəbəy rayonu ərazisində Hörükdaş əməliyyatı zamanı şəhid olmuşdur.
Mirfaiq Sücəddinov
Mirfaiq Miri oğlu Sücəddinov (14 iyun 1947, Kirovabad) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən). == Həyatı == Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. 1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir. 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur. 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib. Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Pirnəq (Nir)
Pirnəq (fars. پيرنق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 231 nəfər yaşayır (52 ailə).
Virsəq (Nir)
Virsəq (fars. ويرسق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 991 nəfər yaşayır (209 ailə).
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Abbas Mirzə
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canışını, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Ağalar Mirzə
Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). == Həyatı == Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur. Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur.
Baysunqur Mirzə
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur. == Həyatının erkən dönəmi == Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.
Bəhmən Mirzə
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Diya Mirzə
Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981, Heydәrabad) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisası və modeldir. == Bioqrafiyası == Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır. Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir. Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır. O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Hirəq (Marağa)
Hirəq (fars. هرق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın şahı Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Morfem
Morfem (yun. morphe - forma) — sözün leksik və ya qrammatik mənası olan hissəsi (kök, şəkilçi, yaxud önşəkilçi). Termin elmə Boduen de Kurtene tərəfindən daxil edilmişdir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.
Morfey
Morfey (q.yun. Μορφεύς - “formalaşdıran”, “[yuxuları] formalaşdıran”) — yunan mifologiyasında yaxşı yuxular tanrısı. Atası yuxu tanrısı Hipnosdur. Bir versiyaya görə, anası Afroditanın üç lütfündən biri olan Zevsin və Evrinomun qızı Aglaia idi, adı hərfi mənada "aydın" deməkdir. Başqasına görə - Nyukta, gecə ilahəsinin qızıdır. Morfey istənilən formada ola bilər və yuxuda insanlara görünə bilər. O, təsvir etdiyi şəxsin səsini və danışıq tərzini tam dəqiqliklə təqlid edə bilir. Yunanlar onu demək olar ki, həmişə məbədlərində kiçik qanadları olan qamətli bir gənc kimi təsvir edirdilər, lakin bəzi sənət abidələrində o, əlində çiçək olan saqqallı qoca kimi görünür. Morfey padşahların və qəhrəmanların xəyallarını izləməyə borcludur. Morfeyin əsas emblemi xəyallar dünyasına açılan əkiz qapılardır.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.