MIRAGE

n 1. ilğım; miraj; 2. məc. xəyal, xülya

MIRACULOUSLY
MIRE
OBASTAN VİKİ
Dassault Mirage F1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Dassault Mirage III
Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir. Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), Peru və Venesuela daxildir. İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu. Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.
Dassault Mirage IV
Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur. Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir. Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.
Dassault Mirage V
Dassault Mirage 5, Dassault Aviation tərəfindən buraxılmış Fransa istehsalı bir hücum təyyarəsidir. Təyyarə Dassaultun ən populyar təyyarəsi olan Mirage III təyyarəsinin baza modeli əsasında hazırlanıb. Mirage 5 nüvə silahı daşıya bilir. Mirage V Mirage III-ün yaxşı hava şəraitində işləyə bilən ixracat yönümlü qırıcı-hücum modelidir. Radonun çıxarılması və digər elektron avadanlıqların azaldılması təyyarənin qiymətini endirsə də, yanacaq sərfiyyatını artırmışdır. Əbu Dabi, Belçika, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan, Peru, Venesuela və Zairə ixrac olunmuşdur. İsrail də bu təyyarədən sifariş vermiş, lakin Fransa bu sifarişi qəbul etmədikdən sonra İsrail, Pratt & Whitney J-79 motoru ilə təchiz edilmiş və "Kfir" adını verdiyi öz modelini hazırlamışdır.