Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Misdərə (Meşkinşəhr)
Misdərə (fars. مسدرق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (15 ailə).
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Keşləmə
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Mişkəmi
Mişkəmi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Hisgədərə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mişkəmi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 574 nəfərdir. Əvvəlki adı Vərsəhmonoba olmuşdur. Vərsəhmənoba talış, “önü-qabağı sahmanlı yer” deməkdir. Mişkəmi fars dilində işlənən rnişk (bahalı ətir) sözündən yaranmışdır. Yaşlı nəslin fikrincə, İranda bir əttar (ətir hazırlayan) tez-tez bu yerlərə gələr, burada ətriyyat, müşkənbər satmaqla məşğul olarmış. Bu şəxs Miişkəmi adı ilə tanınaraq əhalinin hörmətini qazanır, onun pənah gətirdiyi Vərsehmanoba isə tədricən Mişkəmi adlanmağa başlamışdır. Digər bir məlumata görə Mişkəmi kəndinin adının mənası "mıj" muncuqluq sahə və "kəmi" kənarı kimi komponentlərindən ibarətdir və talış dilindən tərcümədə muncuqlu sahənin kənarı və ya böyrü mənasını verir. Mıj kəmi sözlükləri tədricən bitişik tələffüz olunmuş və müəyyən (j-ş əvəzləməsi) dəyişikliyə uğrayaraq Mışkəmi və Mişkəmi formasında işlənir.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mişelye Haymberq
Mişelye Haymberq (d. 2 iyun 2000) — İsveçrəli suya tullanan. Mişelye Haymberq İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Mişelye Haymberq birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 218.55 xal toplayaraq 16-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Mişleş (Zaqatala)
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir. 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi