Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonistika
Bonistika (fr. bonistique) — pul nişanları və bonları öyrənən elm. == Tarixi == Cəmiyyətin iqtisadi və siyasi vəziyyətini əks etdirən tarixi sənədlər, istifadədən çıxan pul nişanları və bonları öyrənən köməkçi tarixi fənn olan bonistika XX əsrin əvvəllərində yaranmışdır və numizmatika ilə sıx bağlıdır. Belə hesab edilir ki, kağız pul nişanlarının kolleksiyasına ilk dəfə Çində kağız pulların meydana gəlməsindən sonra başlanılıb. Lakin dünyada kağız pulların sistematik kolleksiyası 1940-cı illərdən başlayıb. 1970-cü illər kolleksiya sahəsində dönüş nöqtəsi sayılır. Məhz bu illərdə bonistika kolleksiyanın müstəqil qolu seçilmişdi. Eyni zamanda ABŞ, Almaniya, Fransa kimi bəzi inkişaf etmiş ölkələrdə kağız pulların milli kataloqunun nəşrinə başlanılmışdır. 1961-ci ildə kağız pul nişanları kolleksiyaçılarının beynəlxalq assosiasiyası - Bank Note International Society (IBNS) yaradılmışdır. Hal-hazırda assosiasiya bütün dünyada bir neçə min üzvə malikdir.
Monastir
Monastir (vilayət) — Tunisin 24 vilayətindən biri. Monastir (şəhər) — Makedoniyada şəhər.
Monastir (vilayət)
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Monastir vilayətinin ərazisi 1 024 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Monastir vilayəti
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Monastir vilayətinin ərazisi 1 024 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Monastır
Monastır (yun. μοναστήριον yun. μόνος sözündən – "tək, tənha") — vahid nizamnaməsi, habelə özünə məxsus ibadət, yaşayış, təsərrüfat binalarının vahid kompleksi olan rahiblərin və ya rahibələrin dini icması. Monastırlar buddizmdə, xristianlıqda mövcuddur: Pravoslav və Katolik kilsələri, monofizit hərəkatları; Protestant xristianlıq monastizm institutların quruluşunu rədd edir və monastırları tanımır. == Xristian monastırları == === Tarixi === III əsrdən bəri, xristianlığın sürətlə yayılması səbəbindən xristianlar arasında həyatın şiddəti zəifləməyə başladı, asketçilər dağlardan, çöllərdən uzaq, dünyadan yaşamağa başladılar. Bu cür asketiklər hermit və səhraçılar adlanırdı və monastır həyatının əsas prinsiplərini qoydular. Monastizmin doğulduğu yer, IV–V əsrlər səhra ataları ləqəbi ilə tanınan Misirdir. Onlardan biri, Böyük Paxomi, ilk birləşmiş monastır (kinoviya) qurmuşdur. Böyük Antoni (anaxoret monastizmin banisi) ardıcıllarının ayrı-ayrı evlərini bağladı, camaatı bir divar ilə hasarladı və rahiblər və günün rejimini vahid iş və dua növbəsinə əsaslanaraq nizam qaydaları hazırladı. Monastırı üçün Paxomi ilk monastır nizamnaməsini (318-ci il) yazdı.
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir. == Memarlıq və tarix == Resava olaraq da tanınan Manasiya monastırı Despotovats şəhərindən iki kilometr şimal-qərbdə, mənzərəli dərədə inşa edilmişdir.
Monastır (Tunis)
Monastır (المـنسـتير: Ərəb dili al-munastîr, Latın dili monasterium) — Tunisdə bir şəhər və turizm mərkəzidir. Eyni zamanda ənənəvi bir balıqçılıq mərkəzidir. 2004-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 41,400-dir. Monastır vilayətinin mərkəzidir.
Monastır (dəqiqləşdirmə)
Monastır — rahibələrin dini icması. Monastır (Şimali Makedoniya) — Şimali Makedoniyada şəhər. Monastır (Tunis) — Tunisdə şəhər.
Monastır məktəbi
Monastır məktəbi (lat. Scholae monasticae) — VI–VIII əsrlərdə xristianlığın yaranması ilə Bizansda və Qərbi Avropada yaranmış məktəblər. Qafqazda ilk monastır məktəbləri V–VI əsrlərdə Gürcüstan və Ermənistanda meydana gəlmişdir. Qədim Rusiyada monastır məktəbləri, əsasən, ibtidai məktəblər idi. Müasir katolik monastırlarının bəzilərində monastır məktəbləri indi də fəaliyyət göstərir.
Monastır məscidi
Mustafa Çavuş Məscidi, əvvəllər Müqəddəs Menodora, Metrodora və Nimfodora şəhidləri Monastırı (Yunanca: Μονῆ τῶν Άγίων Μηνοδώρας, Μητροδώρας καὶ Νυμφοδώρας), Kyra Martha Monastırı (Μονῆ τἠς Κυράς Μάρθας) olaraq da tanınır, İstanbulun Fateh regionunda Topqapı istiqamətində olan Osmanlılar tərəfindən məscidə çevrilmiş çevrilmiş Ortodoks kilsəsidir.
Studenitsa (monastır)
Studenitsa monastırı (serb. Манастир Студеница) ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir. Monastır 1190-cı ildə orta əsr Serb dövlətinin qurucusu Stefan Nemanya tərəfindən tikdirilmişdir. Studenitsa monastırı ən çox Bizans üslubundakı 13 və 14-cü əsrlərə aid freska kolleksiyası ilə tanınır. Studenitsa monastırı 1979-cu ildə "istisna əhəmiyyətli mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Müqəddəs Məryəmə həsr olunmuş Studenitsa monastırı bütün serb məbədlərinin ana-kilsəsidir. Tikili olduqca uzun müddət ərzində tikilmişdir. İşlərin birinci mərhələsi 1196-cı ilin yazında, Stefan Nemanya taxtdan imtina edərək monastırda əhd götürdükdən sonra başa çatdı.
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança).Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir."Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur."Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur.
Arılıqbinə monastır kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Axtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Ağtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Beşkilsə monastır kompleksi
Beşkilsə monastır kopleksi (erm: Խծկոնք Khtzkonk) – Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığının 25 km Cənub-Qərbində, qaya çıxıntısı üzərində inşa edilmiş möhtəşəm monastır kompleksi. == Tarixi == Kompleksə ümumilikdə hamısı qübbəli və incə şəkildə yonulmuş daşlardan inşa edilmiş beş kilsə daxil olmuşdur: Yəhya peyğəmbər kilsəsi (ermənicə Surb Karapet), Müqəddəs Məryəm ana kilsəsi (ermənicə Surb Astvatsatzin), Müqəddəs Stefanos, Müqəddəs Qriqor və Müqəddəs Sarkis kilsələri. Günümüzə onlardan yalnız Müqəddəs Sarkis kilsəsi çatmış, qalanları isə tədricən müxtəlif təbii amillərin təsiri ilə dağılmışdır. Kilsələrin kompleksə daxil olan binalardan hər hansı birinin inşa tarixini müəyyən etməyə kömək edəcək bir kitabəsi olmamışdır. Monastır XIII əsrdə monqol istilasından sonra tərk edilmişdir. 1878-ci ildə Qars bölgəsinin Çar Rusiyasının işğalı altına düşməsi ilə Beşkilsə kompleksi Erməni Qriqoryan Kilsəsinin himayəsinə verilmişdir. Bu dövrdə kompleksdə müəyyən bərpa işləri aparılmış, monastır yenidən istifadə olunmağa başlamışdır. Həmçinin Müqəddəs Sarkis kilsəsi yaxınlığında uzaqdan gələn qonaqların qalması üçün bir neçə otaqdan ibarət qonaq evi də inşa edilmişdir. Ermənilərin Osmanlı imperiyasına xəyanəti nəticəsində Qars və ətraf bölgələrdən köçürülmələri qərarı çıxarılana qədər monastır ermənilər tərəfindən istifadə edilmişdir. Köçürülmədən sonra isə bölgə hər kəs üçün qapalı elan olunmuş, kompleksin yerləşdiyi Diqor vadisinə gediş üçün isə xüsusi icazə tələb edilmişdir.
Keşikçidağ monastır kompleksi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Monastır (Şimali Makedoniya)
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола ( qulas as), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Monastır məktəbi (Bojenitsa)
Monastır məktəbi (bolq. Килийно училище) — Bolqarıstanın qərbindəki Botevqrad icmasının Bojenitsa kəndində yerləşən diqqətəlayiq yer. Botevqrad icmasının ən qədim məktəb binasıdır. == Tarixi == Kilsə kitablarının kənarlarındakı qeydlərə görə, Bojenitsa şəhərində məktəbin tikintisindən çox əvvəl də müəllimlər var idi. Məktəbdə müntəzəm təhsil və onun ilk binası Bolqarıstan Milli Dirçəlişi dövrünə, 1806-cı ilə təsadüf edir. Məktəbin ilk müəllimi Stoyan Knezovski idi, hansı ki sonradan keşiş təyin olunmuşdur. 1835-ci ildə Müqəddəs Paraskeva kilsəsinin yaxınlığında yeni məktəb tikildi. Müəllimlərin çoxu Bojenitsa və ya ətraf kəndlərdə yaşayırdılar. Müəllimlərin əmək haqqları aşağı idi və onlar şagirdlərindən müəyyən miqdarda ərzaq alırdılar. Məktəbdə 80-100 uşaq oxuyurdu, bəziləri bura ətraf kəndlərdən gəlirdilər.
Monastır məktəbi (Bolqarıstan)
Monastır məktəbi (bolq. килийно училище) — Osmanlı hakimiyyəti dövründə Bolqarıstan ərazisində geniş yayılmış dini yönümlü ibtidai məktəb növü. XV-XVIII əsrlərdə bütün Bolqar məktəbləri monastır tipli idilər. İlk illərdə kilsələr və monastırlarda yaransalar da, sonradan özəl monastır məktəbləri peydə olmağa başladı. Məktəblərdə şagirdləri orta əsr bolqar ədəbi ənənəsinə əsaslanaraq maarifləndirirdilər. Monastır məktəblərinin müəllimləri daha çox rahiblər və keşişlər olurdu, az hallarda isə savadlı sənətkarlar və ya tacirlər idi. Müəllim hər tələbə ilə fərdi şəkildə məşğul olurdu. Dərslər yunan, kilsə slavyan və ya hər iki dildə keçirilirdi. Təhsil prosesinin məqsədi şagirdlərə oxumaq, yazmaq, kilsə nəğmələri və saymağı öyrətmək idi. Bəzən dərslər müəyyən sənətkarlıq sənətinin öyrədilməsi ilə eyni anda aparılırdı.
Qırmızı monastır (Kəlbəcər)
Qırmızı monastır və ya Müqəddəs Qriqor monastırı – Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır. Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Qırmızı monastır ərazisi epiqrafik yazılarla zəngindir. Monastır ərazisindəki kitabələrdən on səkkizi müxtəlif dövrlərdə erməni tədqiqatçılar tərəfindən oxunmuş və nəşr edilmişdir.Kitabələr kilsə və narteksin divarlarına toxunmuş xüsusi daş lövhələrdə, həmçinin portal timpanlarında və xaçdaşlarda qeydə alınmışdır. Həmin kitabələr abidənin ina tarixi ilə bağlı məlumat verməklə yanaşı, həm də özündə Yuxarı Xaçın knyazlarının qarşılıqlı münasibətləri, ərazinin sosial-iqtisadi və siyasi mühiti haqqında dəyərli informasiyaları saxlayır.Abidənin inşa kitabəsi 16 sətirdən ibarət olmaqla, ensiz uzun daş üzərində yazılmış və əsas kilsə binasının şimal divarına hörülmüşdür. Kitabədə deyilir: “673-cü ilin yayında (miladi 1224) mən, Vaxtanqın oğlu, Həsənin qardaşı bu kilsəni tikdirdim və Çakedə saldırdığım bağla birlikdə oğlum Qriqorun xidmətinə verdim ki, ruhumu xilas edim.” Kilsənin cənub divarına hörülmüş ikinci inşaat kitabəsində isə kilsənin başqa bir tarixdə və başqa bir sifariş əsasında tikildiyi göstərilir. 13 sətirlik həmin kitabədə deyilir: “708-ci ilin yayında (miladi 1259) mən, ter Qriqor, Amaras yepiskopu, müqəddəs qardaşlığa qoşuldum və kilsəni inşa etmiş vardapetə (orta əsrlərdə memarlar üçün fəxri titul) ödəniş etdim. Monastırın rahibi ter Qriqores...” Ş.Mkrtçyan qeyd edir ki, kilsənin 35 il sonra yenidən “tikilməsi” onu göstərir ki, məbəd ciddi zədələnmiş və ya o dərəcədə dağılmışdır ki, onu bərpa etdirənlər “tikdirmək” ifadəsini istifadə etməyi üstün tutmuşlar. Tədqiqatçının fikrincə, bu kitabələrdə göstərilən tarixlərin düzgünlüyünə də şübhə ola bilməz: belə ki, birinci kitabəyə əsasən Sakar oğlu Qriqorisi kilsənin xidmətinə verir, ikinci kitabədə isə həmin Qriqoris artıq kilsə rahibi kimi xatırlanır.Mənbələrdə adı Sakar və ya Sakr kimi qeyd edilən şəxs, Zar kəndinin knyaz sülaləsinin rəhbəri olmuşdur. Monastır ərazisindəki xaçdaşlardan biri üzərində həkk edilmiş kitabədə isə həm abidənin adı (Müqəddəs Qriqor monastırı) qeyd edilir, həm də Sakarın monastıra bəxşişlərindən bəhz olunur.Ş. Mkrtıçyanın fikrincə kitabədə öz adını “vardapet” (ustad) titulu ilə əvəz etməsinə görə, kilsəni inşa edən memarın məşhur sənətkar olduğunu düşünmək olar.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). == Tarixi == Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Xudavəng monastır kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. == Tarixi == Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Yeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi — Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olmuş abidə. Məhz bununla əlaqədar olaraq bu ərazi qədim dövrlərdən "Kax", yəni dini mərkəz, din sarayı adlanır. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır. Kompleks 1980-ci ildən sonra baxımsızlıqdan sürətlə dağılmağa başlamışdır. Hazırda qəzalı vəziyyətdədir. == Tarixi == Məbədin tarixiylə bağlı kifayət qədər məlumat qorunmamışdır. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Belə ki, Albaniyanın Alban Arşakiləri sülaləsindən olan hökmdarı III Mömün Vaçaqanın hakimiyyətə gəldikdən sonra, sonradan Alban Həvvari Kilsəsinin katolikosu olan Müqəddəs Qriqoris in təhriki və təsiri ilə xristianlıq Qafqaz Albaniyasında rəsmi dövlət dini elan edilir. Albaniyada əsası hələ I əsrdən qoyulan xristian icması müstəqil şəkildə və geniş fəaliyyət göstərməyə başlayır. III Mömin Vaçaqanın əmri ilə ölkənin hər yerində kilsələr və monastırlar inşa edilir, dini təhsil verən məktəblər açılır.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.