Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Elm" nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
"Qeyrət" nəşriyyatı
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksəkixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Azərbaycan nəşriyyatı
Azərbaycan Nəşriyyatı və ya qısaca "Azərnəşr" — Azərbaycanda nəşriyyat; Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC. Azərbaycan Dövlət Nəşriyyatı — Azərnəşr 1923-cü ildən bu günədək fasiləsiz fəaliyyət göstərir.
Elm nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Köhlən nəşriyyatı
Kəpəz Nəşriyyatı
Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) — Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov. Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb. == Nəşriyyat haqqında == Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.
Mücrü nəşriyyatı
Nurlan nəşriyyatı
"Nurlan" nəşriyyatı — Azərbaycanda nəşriyyat evi, 1992-ci ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur. Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küçəsi,8-ci döngə 4. Tel.: (+99412)497-16-32, Faks: (+99412)497-16-32.
Pedaqogika nəşriyyatı
"Pedaqogika" nəşriyyatı 3 yanvar 2000-ci ildə yaradılmışdır. Təsisçisi fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlıdır. Əsas fəaliyyəti dərsliklərin və dərs vəsaitlərinin nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii və məlumat ədəbiyyatının buraxılışı ilə də məşğul olur. Ünvan: Bakı şəhəri, S. Rəhimov küçəsi, 108. Tel.: (012)596–22-07, 596–22-08. Faks: 596–17-03. E-mail: [email protected].
Qanun Nəşriyyatı
Qanun nəşriyyatı – 1995-ci il 6 oktyabr tarixindən fəaliyyət göstərir, hal-hazırda Tbilisi prospekti 76 ünvanında yerləşir. Nəşriyyat ilk illərdə, əsasən, hüquq ədəbiyyatı nəşr edirdi. Sonralar isə bədii və tərcümə ədəbiyyatının nəşrinə üstünlük vermişdir. “Qanun” nəşriyyatı bütün sahələrdə: bədii ədəbiyyat, fəlsəfə, tarix, iqtisadiyyat, tibb, coğrafiya, elmi-fantastika, uşaq ədəbiyyatı, din, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir. “Qanun” nəşriyyatının gənclərlə bağlı başladığı “birinci kitab” və “ən yeni ədəbiyyat” seriyası cəmiyyətdə populyarlıq qazanmışdır. “Qanun” nəşriyyatı bir çox Nobel mükafatı laureatının: Gabriel Garcia Marquez, Orhan Pamuk, Herta Müller, J.M.G. Le Clezio, Jose Saramago, Albert Camus və s. ilə yanaşı, Bernhard Schlink, George Orwell, Marc Levy, Paulo Coelho, Dan Brown, Richard Branson, David Eagleman, Yuval Noah Harari, Eckhart Tolle, Salman Rushdie, J.R.R.Tolkien, Rhonda Berne, Stephen Hawking, Franz Kafka kimi dünyaca oxunan yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümə etmişdir. “Qanun” nəşriyyatı “Dünya klassikləri” seriyasında Fyodor Dostoyevski, Lev Tolstoy, Toni Morrison, Anton Çexov, Victor Hugo, Theodore Dreiser, Jane Austen, John Steinbeck, Jack London, İvan Turgenev, Thomas Mann, Aleksandr Puşkin, Charles Dickens, “Azərbaycan klassikləri” seriyasında isə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı və digərlərinin əsərləri çap olunmuşdur. Kitab satışı, əsasən, nəşriyyatın özündə yerləşən “Qanun” mağazada həyata keçirilir. Həmçinin nəşriyyat məşhur kitab mağazaları ilə – “Əli və Nino” kitab şəbəkələri, “Baku Book Center”, “Kitabevim.az”, “Kitabxana Kollektoru” və s.
Təhsil nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı — nəşriyyat əvvəl "Kommunist" – indiki "Xalq qəzeti"nin, "AzərTAc"ın binasında yerləşirdi.
Ötükən nəşriyyatı
Ötükən nəşriyyatı — 1964-cü ildə Türkiyənin Şahzadəbaşı adlanan yerində universitet tələbələri tərəfindən qurulan nəşriyyatdır. "Hər zaman oxunacaq kitablar" şüarı ilə çalışmaqdadır. Nəşr etdikləri ilk kitab Nəcib Fazil Qısakürəyin "Rəis bəy" adlı əsəri olmuşdur. Sonrasında yazıçının bütün bütün əsərləri bu nəşriyyatdan çıxmışdır. Nəşriyyat ilk başlarda Yılmaz Öztuna, Tarık Buğra, Erol Gürgör, Arif Nihat Asya, Cəmil Meriç, Mehmed Fuad Köprülü, Abdülhaq Şinasi Hisar kimi dövrün mühüm ziyalılarının əsərələrini yayımlamışdır. Ötükən nəşriyyatı A. Ş, yarım əsr xaricində fəaliyyətlərini Türkiyədəki ədəbiyyat ilə sənətdə, idman fəlsəfəsində ən çox qurulan yayım təşkilatlarından biri olaraq, qanuna qədər müxtəlif kateqoriyadakı dəyərli xatirələri həmişə oxucunun ən diqqət çəkən əsərləri ilə görüşdü. Onun yayımladığı həm müəllif hüquqları, həm də tərcümə əsərlərində həmişə türk mədəniyyətinə töhfə verəcək əsərlərin seçilməsinə diqqət yetirilmişdir. Ötüken nəşriyyat A. Ş.-nin nəşrlərinin əsas məqsədi Türk tarixinə, Türk mədəniyyətinə, Türk ədəbi toplanmasına, Türk millətinin həyatını və dünyagörüşünü inkişaf etdirəcək hər cür elmə, fikir və sənət əsərlərinə tələbatı artırmaq və bu mövzularda yazılmış əsərləri tanıtmaqdır. inkişaf etmək. Kitabın çapına qədər, Özünü Həyata keçirmə Yayımları A. Ş'nin də oxucuya çatdırılmasını təmin edərək 1973-cü ildə qurulan bir neçə nəşriyyat evi ilə birlikdə ANDA Distribution Inc, Türkiyənin ən ucqar nöqtələrinə keyfiyyətli kitablar çıxarmağı təmin etdi.
Azərbaycan Dövlət Nəşriyyatı
Azərbaycan Nəşriyyatı və ya qısaca "Azərnəşr" — Azərbaycanda nəşriyyat; Prezidentin İşlər İdarəsinin tabeliyində olan MMC. Azərbaycan Dövlət Nəşriyyatı — Azərnəşr 1923-cü ildən bu günədək fasiləsiz fəaliyyət göstərir.
Kembric Universiteti Nəşriyyatı
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Oksford Universiteti Nəşriyyatı
"Oxford University Press" (abbr. OUP, azərb. Oksford Universiteti Nəşriyyatı‎) — ən böyük və "Cambridge University Press"dən sonra ikinci ən qədim universitet nəşriyyatı.
Tatarıstan Kitab Nəşriyyatı
Tatarıstan Kitab Nəşriyyatı — Tatarıstanın ən böyük nəşriyyatlarından biri olan Sovet və Rusiya dövlət nəşriyyatı. Bədii və uşaq ədəbiyyatı, dərsliklər, akademik nəşrlər çap edir. Ədəbiyyatın çox hissəsi tatar dilində nəşr olunur. Tatar kitab nəşriyyatı, müasir Tatarıstan ərazisində Sovet hakimiyyəti qurulduqdan sonra Kazandakı bir sıra özəl nəşriyyatların milliləşdirilməsi nəticəsində yaradıldı. Əvvəlcə nəşriyyat Qalımjan İbrahimovun rəhbərliyi ilə Mərkəzi Tatar-Başqırd Komissarlığının və RSFSR Dövlət Nəşriyyatının Kazan şöbəsinin mətbəə şöbəsi kimi fəaliyyət göstərirdi. 1920-ci ildə Tatar ASSR-nin yaranması ilə şöbə Tatnarkompros-un tabeliyində olan müstəqil bir nəşriyyata (Tatgosizdat) çevrildi. İlk illərdə Tatqosizdat Mari Muxtar və Perm bölgələrinin nəşr evləri olan Çuvaşpechata rəhbərlik edirdi. 1927-ci ildə nəşriyyat Tatar nəşriyyatı (Tatizdat) olaraq yenidən təşkil edildi. 1933-cü ildə Kamil Yakuba adına kitab fabriki , birləşmiş təşkilata Tatar Dövlət Nəşriyyatı (Tatgosizdat), daha sonra (1954-1958-ci illərdə) — Tatknigoizdat adını verdi. 1958-ci ildə nəşriyyat indiki adını aldı və Tatar ASSR-in əsas nəşriyyatına çevrildi.
Xəzər Universiteti Nəşriyyatı
Xəzər Universitəsi Nəşriyyatı oxucuların və təhsil ocaqlarının tələbatını ödəyən keyfiyyətli elmi və bədii kitab və jurnal nəşri ilə məşğuldur. Fəaliyyətdə olduğu dövrdən Xəzər Universitetində Nəşriyyat (Kha­zar University Press) fəaliyyət göstərir. Xəzər Universiteti Nəşriyyatı - universitetin kitab, jurnal və digər çap məhsullarını, eləcə də kənardan müraciətləri dəyərləndirən və nəşrə hazırlayan bir qurumdur. Nəşriyyatın fəaliyyət dairəsinə dərslik, monoqrafiya, konfrans materialları, elmi-tədqiqat jurnalları, tərcümə layihələri (ingilis və başqa dillərdən Azərbaycan dilinə və həmçinin, Azərbaycan və rus dillərindən ingilis və başqa dillərə tərcümə olunmuş kitab və məqalələr), eləcə də bədii ədəbiyyat nəşri daxildir. Xəzər Universiteti Nəşriyyatı öz məhsulları və fəaliyyəti ilə beynəlxalq aləmdə də tanınır, onun nəşrləri və əməkdaşları bir sıra ölkələrdə sərgi, yarmarka, treninq və digər proqram və tədbirlərdə iştirak edirlər. Xəzər Universiteti Nəşriyyatı Azərbaycan ISBN agentliyi və Azərbaycan ISMN agentliyi - beynəlxalq kitab və musiqi əsərlərinin standartlaşdırılması Milli Agentliyi kimi də fəaliyyət göstərir. ISBN (International Standard Book Number) - ingilis dilindən tərcümədə "Beynəlxalq standart kitab nömrəsi" deməkdir. ISBN kitabları beynəlxalq miqyasda kod laşdırmaq üçün hər kitaba çap olunduğu bölgə və nəşriyyat ı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllif in adı və yalnız ona aid olan ISBN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISBN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.
Xəzər Universitəsi Nəşriyyatı

İllinoys Universiteti Nəşriyyatı
İllinoys Universiteti Nəşriyyatı (ing. University of Illinois Press; UIP) — 1918-ci ildə qurulmuş və Urbana-Şampeyn İllinoys Universitetinin bir hissəsi olan böyük bir Amerika universiteti nəşriyyatı.
Şərq-Qərb nəşriyyatı
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Elm və təhsil nəşriyyatı
"Elm və təhsil" nəşriyyatı — 2006-cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti dərslik, kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küçəsi, 8-ci döngə 4. Tel.: (+99412)497–16–32, Faks: (+99412)497–16–32.
Taxoqraf
Taxoqraf - nəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədilə həmin nəqliyyat vasitələrində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı.
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nəşriyyat
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Nəqliyyatçı QVK
Nəqliyyatçı VK — 2005-ci ildə yaradılmış Azərbaycanın qadın voleybol klubudur. 2 dəfə Azərbaycan Superliqasında bürünc mükafat qazanmışdır. Klub 2008-ci ildə fəaliyyətini dayandırmışdır.
Nəqliyyatçı VK
Nəqliyyatçı VK — 2005-ci ildə yaradılmış Azərbaycanın qadın voleybol klubudur. 2 dəfə Azərbaycan Superliqasında bürünc mükafat qazanmışdır. Klub 2008-ci ildə fəaliyyətini dayandırmışdır.
Ətriyyatçı (roman)
Ətriyyatçı: bir qatilin tarixçəsi — alman yazıçısı Patrik Züskindin 1985-ci ildə nəşr edilmiş romanı. Romanın motivləri əsasında eyniadlı film (Əttar: bir qatilin tarixçəsi) çəkilmişdir. Ətriyyatçı (Bir qatilin tarixçəsi).
Elm (nəşriyyat)
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Köhlən (nəşriyyat)
Laruss (nəşriyyat)
Laruss (fr. Les Éditions Larousse) — 1852-ci ildə Pyer Laruss və Ogüst Byan tərəfindən təsis edilmiş Fransa nəşriyyatı. Nəşriyyat istinad ədəbiyyatının (lüğətlərin, ensiklopediyaların) nəşri üzrə ixtisaslaşmışdır. == Tarixi == Bundan əlavə, nəşriyyat "Vie et langage" elmi-populyar jurnalı, həmçinin "Langue française" və "Langages" jurnallarını kimi dilçilik üzrə jurnallar nəşr etdirir. Nəşriyyatın proqramına "Langue et langage" seriyasında çap olunmuş dilçilik üzrə əsərlər də daxildir. "Laruss" nəşriyyatı 2004-cü ildən "Aşett" nəşriyyat konserninin bir hissəsidir. Nəşriyyat 13 may 2008-ci il tarixindən etibarən internetdə pulsuz lüğətlər və ensiklopediyalar təklif etməyə başlamışdır. Bu, "Vikipediya"nın prinsiplərinə uyğun olaraq istifadəçilər tərəfindən əlavə oluna bilər. == Əlavə ədəbiyyat == Энциклопедический словарь Ларусс (Petit Larousse) — многократно переиздаваемая книга. Большая энциклопедия Ларусс (Grand Larousse Encyclopédique) — издана в 1960—1964 годах.