Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Fəzlullah Nəimi

Nəimi türbəsi
Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 445. ISBN 5-8066-1468-9.
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Nəimi Əmiralıyev

Əkbər Nəimi
Əkbər Nəimi — İran İslam Respublikasında fəaliyyət göstərən azərbaycanlı milli-mədəni fəal. Azərbaycan türkcəsi uğrundakı mübarizəsinə görə uzunmüddətli həbs edilmişdir. == Həyatı və fəaliyyəti == Əkbər Nəimi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub və mexanika mühəndisliyi fakültəsində təhsilini başa vurmuşdur. 2012-ci ildən bəri milli hava yolları şirkətinin təmir bölməsində çalışır. Lakin 2017-ci ilin yanvarında həbs edilyi gündən bəri işə qayıda bilməmişdir. O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.. Azərbaycan ،Türkcəsi dilində təhsili sahəsində fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatlarının hər ikisi də məhkəmə qurumları tərəfindən bağlanmışdır. == Həbsləri == 2014-cü ilin fevral ayının 21-də İranın kəşfiyyat nazirliyinin işçiləri Nəimini həbs etmişdirlər. Həbsin səbəbi onun şəxsi toplantı təşkil edərək UNESCO tərəfindən yaradılmış Beynəlxalq Ana Dili Gününü qeyd etməsi olmuşdur. Bu səbəblə həbs edilən Nəimi milli təhlükəsizliyə qarşı hərəkət etmə, İslam Respublikasına qarşı təbliğat aparmada ittiham edilmişdir.
Nəimi (film, 2005)
== Məzmun == Film Fəzlullah Nəiminin həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Filmdə bədii obrazlardan istifadə edilib.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Nəzm
Nəzm — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olan bədii əsər deməkdir ("nəzm" - نظم - söz olaraq sıra, tərtib, nizam, sıralanmış və ya şeir anlamına gəlir). Nəzm əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəzm nümunələri xalq yaradıcılığı və ədəbiyyat olmaqla olduqca geniş bir arealı əhatə edir. Lap qədimdən nitq yarandığı dövürlərdən ov, əmək nəğmələri, oxşamalar, bayatılar və s. şəkildə şifahi xalq ədəbiyyatı yaranmağa başlamışdır. Sonralar nəzmin bu qolu xalq ozanları, aşıqları sayəsində daha da zənginləşmiş və öz qayda qanunları yaranmışdır. Yazılı ədəbiyyat nümunələri yarandıqdan sonra bu iş daha da təkmilləşmiş müxtəlif xalqların söz adamlarının başqa-başqa dillərdə bədii söz sənətinə verdiyi töhfələr nəticəsində ümumi nizam qnunauyğunluqlarını gözləyən bayatı, rübai, məsnəvi, qəzəl, qoşma, gəraylı və s. növlər yaranmışdır. == Bayatı == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir.
NİİM
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == Yaradılması == 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur. 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Naim Ağayev
Naim Süleyman oğlu Ağayev (29 avqust 1998, Saratov vilayəti – 30 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. == Hərbi xidməti == Naim 2016-ci ildə hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir. Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır. Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Naim Fraşeri
Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846 – 20 oktyabr 1900, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir. == Həyatı == Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür.
Naim Fraşıri

Naim Süleymanov
Naim Süleymanoğlu və ya Naim Süleymanov (23 yanvar 1967, Ptiçar[d] – 18 noyabr 2017, İstanbul) — Türkiyəli ağır atletdir. Naim Süleymanoğlu 1996, 1992 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. == Həyatı və karyerası == Naim Süleymanov 23 yanvar 1967-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olmuşdur. İdmançı karyerasına cəmi 7 yaşında başlayan Naim, 15 yaşı olarkən Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iki qızıl medal qazanıb. Üstündən cəmi 1 il sonra, bu dəfə dünya rekordu qıraraq birinci olub. Bununla da Naim, dünya rekordu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. === Bolqarıstan === Qərbdə "Əfsanəvi türk" ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983–86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaratmışdı. === Türkiyə === Artıq Türkiyə dövləti də bir yol tapıb Naimi öz ata yurduna qaytarmağa çalışırdı. Ancaq Bolqarıstan əvəzolunmaz idmançını buraxmamaqda israr edirdi.
Naim Süleymanoğlu

Nəcm Surəsi
53-cü surə
İbn Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. == Həyatı == «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Əbülqasım Nəcm
Əbülqasım Nəcm (1892 - 19 oktyabr 1983) — İran xarici işlər naziri, diplomat. == Həyatı == Əbülqasım Nəcm 1892-ci ildə anadan olmuşdu. Atası Mirzə Mahmud Şirazidir. Orta təhsilini bitirəndən sonra Tehran Universitetinə qəbul olmuşdu. Universiteti tamamlayandan sonra Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Nəcmülmülk ləqəbini daşıyırdı. Əbülqasım Nəcm İranın Almaniyada, Əfqanıstanda və Fransada səfiri olmuşdu. Əbülqasım Nəcm Mirzə İbrahim xan Həkiminin baş nazirliyi dönəmində İranın Peşə, Sənət və Ticarət naziri olmuşdu. Əbülqasım Nəcm 1957-ci ildən 1958-ci ilədək Xorasan əyalətinin ostandarı vəzifəsini icra etmişdi. Əbülqasım Nəcm 19 oktyabr 1983-cü ildə vəfat edib.
Naim Talu
Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. == Həyatı == Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib.
Naim Fətəliyev
Naim Sadıq oğlu Fətəliyev — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1985–1990), Azərbaycan SSR Ali Soveti sədrinin müavini (1990–1991), "Azərineft" Dövlət konserninin vitse-prezidenti (1992). == Həyatı == Naim Sadıq oğlu Fətəliyev 1935-ci ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Naim Fətəliyev əmək fəaliyyətinə 1954-cü ildə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda operator köməkçisi kimi başlamış, sonra bu müəssisədə operator, qurğu rəisi işləmişdir. 1965–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və qaz sənayesi şöbəsinin təlimatçısı, Partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur. 1976–1977-ci illərdə Naim Fətəliyev Neft, Kimya və Qaz Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri olmuş, 1977–1985-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin dekabr ayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1992-ci ilin yanvar ayından "Azərineft" Dövlət konserninin vitse-prezidenti olmuşdur. Naim Fətəliyev 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir.
Nim (rayon)
Nim (fr. Nîmes) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Nim. Rayon əhalisi 2006-cı ildə 505 853 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 161 nəf / km². Rayon ərazisi — 3133 km².
Nəm hava
Nəm hava — quru hava ilə su buxarının qarışığı. Nəm havada su buxarı qızışmış, quru doymuş və yaxud da nəm buxar halında olur. Nəm havaya ideal qazlar qarışığı kimi baxmaq olar. Dalton qanununa görə nəm havanın təzyiqi quru hava ilə su buxarının parsial təzyiqləri cəminə bərabərdir: P n . h = P q . h + P s . b {\displaystyle P_{n.h}=P_{q.h}+P_{s.b}} burada P q . h {\displaystyle P_{q.h}} , P s . b {\displaystyle P_{s.b}} –quru havanın və su buxarının parsial təzyiqləridir. Nəm havada olan su buxarının parsial təzyiqləri, nəm havanın temperaturuna uyğun olan P d {\displaystyle P_{d}} doyma təzyiqindən yüksək ola bilməz, yəni P s .
Nəm milçəkləri
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır. Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar. Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır. Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir.
Mahmud Nədim Paşa
Mahmud Nədim Paşa (d. 1818 - ö. 14 may 1883) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə - ümumlikdə 1 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Rusyönümlü siyasəti səbəbilə "Nədimov" ləqəbi qazanmışdır. == Həyatı == 1818-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Bağdad hakimlərindən Gürcü Mehmed Nəcib Paşadır. Təhsilini tamamladıqdan sonra 1831-ci ildə sədarət məktubdarı olaraq xidmətə alındı. Qısa müddətliyinə sərdar Bursalı Səid Paşaya divan katibi oldu. Bir il Bağdadda atasının yanında qaldıqdan sonra 1841-ci ilin fevralında bu dəfə sədarət məktubdarının müavini təyin edildi. Bu vəzifədə ikən dövrün mühüm dövlət adamlarından Mustafa Rəşid Paşanın diqqətini çəkdi və onun ilk sədarətində ikinci dərəcəli sədarət məktubdarı təyin olundu (mart 1847).
Mahmud Nədim Xəndək
Mahmud Nədim Xəndək (türk. Mahmut Nedim Hendek) (d. 1880, Qafqaz dağları - ö. 1920, Xəndək, Sakarya) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirdikdən sonra 5-ci ordunun əmrinə verildi. 1914-cü ildə Hərbi Akademiyanı bitirdi. Birinci Dünya müharibəsində Şərq cəbhəsində mübarizə aparmışdı. “Müharibə” medalı və Məcidiyyə ordeni ilə təltif edilmişdi. 1919-cu ildə 24-cü bölmə komandirliyinə təyin edildi. 9 Avqust 1927-də Nazirlər Kabinetinin qərarı ilə "İstiqlaliyyət" medalı ilə mükafatlandırıldı.
Neom
Neom (NEOM; نيوم Niyom), Səudiyyə Ərəbistanının Tobruk regionunda tikilməsi planlanlaşdırılan bir şəhərdir. Proyect, ilk olaraq 24 oktyabr 2017-ci ildə Prens Məhəmməd ibn Salman tərəfindən elan olunmuşdur. Neomun ölkənin şimal-qərbində Qırmızı dənizin yaxınlığında və Səudiyyə Ərəbistanının Misir və İordaniya ilə bölüşdüyü sərhədlərdə yerləşməsi planlaşdırılır. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin təxmini dəyərinin 500 milyard dollar olduğu düşünülür. Layihəni tamamilə bərpa olunan enerji mənbələri ilə dəstəkləmək planlaşdırılır. Şəhərin 26.500 km² ərazini əhatə etməsi və Qırmızı dəniz sahilləri boyunca 460 km uzanması planlaşdırılır. "Xəyalpərəstlər şəhəri" adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq. Şəhərin adı ingilis dilindəki "new" (yeni) və ərəb dilindəki "gələcək" sözünün ilk hərflərindən götürülüb. Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək.
Neil Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Reim müharibəsi
Re'im müharibəsi, 7 oktyabr 2023 tarixində Reim şəhərinin alınması məqsədilə başlayan müharibədir. Hamas 1 gün Re'in şəhərini işğal etmişdi. Lakin 8 oktyabr tarixində, Re'im şəhəri İsrail tərəfindən yenidən ələ keçirildi. Re'im şəhəri İsrail tərəfindən azad edilmiş olsada, Nimrod Aloninin Hamasa əsir düşdüyü kimi iddialarda vardır.
Kərim Kərimov (alim)
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri. Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır. == Həyatı == Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ata və ana babası qədim Şamaxı şəhərindəndir. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z. Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir.
Məmməd Əliyev (alim, həkim)
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Kərim Kərimov (sənətşünas alim)
Kərim Cabbar oğlu Kərimov (20 sentyabr 1921, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası – 25 iyun 1995, Bakı) ― sənətşünas alim, professor (1975), sənətşünalıq doktoru (1971), AMEA-nın müxbir üzvü (1980). == Həyatı == Kərim Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsi iştirakçısı kimi 1939–1946-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 1946–1951-ci illərdə Bakı Dövlət Universitetinin Sənətşünaslıq bölməsində ali təhsil alıb. == Əmək fəaliyyəti == 1951-ci ildə AMEA Memarlıq və İncəsənət İnstitutuna gələn gənc mütəxəssis Kərim Kərimov ömrünün sonuna kimi həmin institututda müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1971–1995-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, 1973–1993-cü illərdə elmi işlər üzrə direktor müavini, 1993–1995-ci illərdə isə direktor vəzifəsində işləyib. Habelə 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Kərim Kərimov 1982–1992-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra edib. Kərim Kərimov 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilib. O, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və b. şura və komissiyaların üzvü olub.