Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Nasibilik
Əli ədavətçiliyi və ya Nasibilik — Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir: Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu. İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi.
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Yamblik
Yámblix (q.yun. Ἰάμβλιχος; 245/280 — 325/330) — antik dövrün neoplatonçu filosofu, Porfiriusun öyrəncisi, Apameyada yerləşən neoplatonçuluğun Suriya məktəbinin yaradıcısı. Onun əsli Suriyanın Xalkida şəhərindən idi, Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs deyirdi. Bir sıra kitabların müəllifi idi. Yamblix Plotinin davamçısı olaraq onun Vahid-Əql-Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Plotində olduğu kimi, Birinci Vahid hər bir varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Yamblix burada Vahid-Əql və Vahid-çoxluq arasında keçid mərhələsini qurmuşdur. Bu bölgünü ona görə etmişdir ki, bir tərəfdən hər şeyin başlanğıcı olan Tanrı sonsuz olaraq uzaqlarda təsəvvür edilir.
Laiklik
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. == Türkiyədə == Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Katiblik
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Natiqlik sənəti
Natiqlik və ya bəlağətli nitq sənəti — inandırmaq məqsədilə kütlə qarşısında çıxış etmə sənəti. Natiqlik ritorika, aktyorluq texnikası (təqdimat) və manipulyasiya üsullarının harmonik vəhdətidir. Natiqin məqsədi öz nöqteyi-nəzərini müdafiə edərək, öz mövqeyini rəqibə və ya auditoriyaya təqdim etməkdir. Hazırlanmış nitq və natiqlik üsullarından istifadə edərək bu məqsədinə nail olur. Natiqlik sənəti və onun xassələrini ritorika elmi öyrənir. Kütləvi nitqdə arqument tezisi sübut etməyə yönəlmiş faktlar, tədqiqat məlumatları, hadisələr, praktik nümunələrdir. Antik ritorikada Aristotel arqumentin üç növünü ayırd edirdi: etos, patos, loqos. Etos – öz nitqi ilə insanları müəyyən hərəkətlərə sövq etməyə, bəyanatın mövzusuna baxış və münasibəti dəyişməyə çağırmağa hazırlaşan şəxsin etik, mənəvi mövqeyidir; etos ən birbaşa danışıq və ya yazılı söz üçün vətəndaş məsuliyyəti hissi ilə əlaqələndirilir. Loqos – insanlar üçün mühüm düşüncədir, dialektik səviyyədə onların fəal əks etdirilməsi və mənimsənilməsi mövzusuna çevrilməli olan ideyadır. Pafos – vəziyyətə, ifadənin məqsədinə uyğun gələn və ifadənin mənasının başa düşülməsinə və mənimsənilməsinə ən çox kömək edən obrazlı nitq formasıdır.
Mustafa Naili Paşa
Mustafa Naili Paşa (d. 1798 - ö. 28 dekabr 1871) — Sultan Əbdülməcidin səltənətində 2 dəfə - ümumlikdə 1 il 3 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Əslən alban olub, 1798-ci ildə Kastoriya sancaqbəyliyinə bağlı Polyan kəndində doğulmuşdur. Atası İsmayıl bəy bu bölgənin yerli bəylərindən, dayısı Tahir Paşa isə Misir vilayəti hakimlərindən idi. Çox gənc yaşda Krit vilayətinə gedərək burada 30 ilə yaxın xidmət göstərmiş, bu səbəblə “Kritli” ləqəbiylə anılmışdır. Kiçik yaşlarında atası ilə birlikdə dayısı Tahir Paşanın yanına getmiş, dayısının, ardından isə atasının vəfatıyla vətənə qayıtmışdır. 1809-cu ildə yenidən getdiyi Misirdə digər dayısı Həsən Paşayla birlikdə Misir hakimi Kavalalı Mehmed Paşanın xidmətinə girmişdir. Vəhhabi üsyanı səbəbilə dayısı Həsən Paşa ilə birlikdə Hicaza yollandı və 5 ilə yaxın müddət burda hərbi təcrübə keçdi. 1821-ci ildə baş verən Krit üsyanı səbbəilə vəzifələndirilən Həsən Paşayla birlikdə bu dəfə də Kandiyəyə yollanan Mustafa Paşa Kavalalı Hüseyn bəylə birlikdə vilayətin idarəsini ələ aldı.
Pertev Naili Boratav
Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907, Zlatoqrad – 16 mart 1998, Paris) — Türk etnoqrafı və folklor tədqiqatçısı. Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu. Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir. Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var. Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır. 1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi.
Şükrü Naili Gökbərk
Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki – 26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir. 1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi. Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.
Nahla El Fatiha Naili
Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي‎, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı. Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı. Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi. Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü. Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi.