Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. == Tarixi == Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Nalçik Cümə Məscidi
Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджытqaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi. == Yerləşməsi == Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir. == Tikilməsi == Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib. Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.
Nalçik şəhər dairəsi
Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir. == Coğrafiya == Nalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır. Havanın orta temperaturu iyulda + 25 ° ...
Nalçik-Orconikidze əməliyyatı (1942)
Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsi ilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Dövlahtu (Gavork-i Nalin dehistanı)
Dövlahtu (fars. دوله تو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 678 nəfər yaşayır (103 ailə).
Məzrayə (Gavork-i Nalin dehistanı)
Məzrayə (fars. مزرعه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (89 ailə).
Zivə (Gavork-i Nalin dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (14 ailə).
Şivaşan (Gavork-i Nalin dehistanı)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (4 ailə).
Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. İki oğlu, bir qızı var. === Təhsili === 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi). 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi). 1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
Yalçın Cavadov
Yalçın Aydın oğlu Cavadov (19 may 1985; Şamaxı rayonu, Azərbaycan SSR — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Yalçın Dadaşzadə
Yalçın İsmayıl oğlu Dadaşzadə (10 iyun 1993; Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yalçın Nəsirov
Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu – 24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur. == Həyatı == 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Yalçın Osmanov
Yalçın Rzayev
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. == Həyatı == Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rzazadə
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. == Həyatı == Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rəhimov
Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. == İrsi və xatirəsi == 2023-cü ilin mayında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən "Burla Xatun" küçəsinin adı dəyişdirilərək şəhid Yalçın Rəhimovun adı verilib.
Yalçın Əfəndiyev
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əlizadə
Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor. == Həyatı == Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır. Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib. "Yasamal" qəbiristanlığında dəfn olunub. Ailəlidir, iki övladı, dörd nəvəsi var. == Fəaliyyəti == "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir. Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
Yalçın Ayhan
Yalçın Ayhan (1 may 1982, Şişli, İstanbul ili) — türk keçmiş futbolçusudur. == Klub karyerası == === İlk illər === Beşiktaş öz infrastrukturundan çıxdı. 1998-ci ildə "İstanbulspor" a transfer olunub. 2001-ci ildə bu komandada peşəkar olub. 2001–2005-ci illər arasında bu komandada çıxış edən Yalçın 54 matçda meydana çıxıb və 5 qol vurub. === Dardanelspor === Yalçın 2002–2003-cü illər arası transfer dövründə Çanaqqala Dardanel ilə icarə müqaviləsi imzalayıb. Burada 16 matç keçirən Yalçın 4 böyüklərin diqqətini çəkib. === Qalatasaray === İcarə müqaviləsi başa çatan Yalçın 500 min avroya 3 illiyə "Qalatasaray"a transfer olunub. O, ilk oyununu dekabrın 3-də Ümit Karanın yerinə Ankaraspor matçında "6" nömrə ilə keçirib. Yalçın "Qalatasaray"la 5 oyun keçirib və bundan sonra komandada Riqobert Sonq, Stjepan Tomas kimi adların olması səbəbindən oynamaq şansı tapa bilməyib.
Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Yalçın (soyad)
Yalçın — soyad. Semih Yalçın — müəllim və siyasətçi; Yalçın Ayhan — türk keçmiş futbolçusu Güvən Yalçın — Türkiyə futbolçusu. Şənay Aybükə Yalçın — musiqi müəlliməsi.
Şəhid Rəhimov Yalçın Elçin oğlu
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Nançan
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. == Tarixi == Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Alçın Şirinzadə
Alçın Şirinzadə (azərb. Şirinzadə Alçın Əlsəftər oğlu:‎) — 2007–2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor == Həyatı == Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə — Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974–1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975–1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984–1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990–1992-ci illərdə "Xəzərdənizneftqaz" İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992–1994-cü illərdə "Azneft" neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi "Neft Daşları" NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır.2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Yalçın Əfəndiyev (kinorejissor)
Yalçın Heydər (Əliheydər) oğlu Əfəndiyev (24 iyul 1937, Bakı – 10 dekabr 2019, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib.
Yalçın Əfəndiyev (professor)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. == Həyatı == Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. == Həyatı == Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Edip Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (3 sentyabr 1994, Çorum – 9 iyun 2017, Qozluq, Batman ili) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. == Həyatı və öldürülməsi == 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Studio City[d], Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Anuçin adası
Anuçin (rus. Остров Анучина, yap. 勇留島) — Kuril adalarına daxil olan Cənubi Kuril sırasına daxildir. İnzibati cəhətdən Rusiyaın Cənubi Kuril şəhər dairəsinə daxildir. Yaponiya adaya iddia edir. İnzibati cəhətdən Hokkaydo qubernatorluğu Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adarı qrupuna daxil edirlər. Adanın sahəsi 5 km² təşkil edir. Maksimal hündürlük 33 metrdir. Tanfilev adasından Tanfilev boğazı ilə ayrılır.
Balsin (Miyanə)
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Calvin Klein
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Dmitri Anuçin
Dmitrii Nikolayeviç Anuçin (27 avqust (8 sentyabr) 1843, Sankt-Peterburq – 4 iyun 1923, Moskva) — rus coğrafiyaşünası, etnoqrafı, akademik. Rusiyada antropologiya elminin əsasını qoyan. == Həyatı == D. N. Anuçin 1843-cü ildə Peterburqda anadan olmuşdur. Atası Kutuzovun ordusunda əsgər kimi xidmət etməsinə baxmayaraq onda elm sahəsinə xüsusi maraq olmuşdur. Coğrafiya, etnoqrafiya və arxeologiya sahəsində geniş biliyə malik olan Anuçin Rusiyada antropologiyanın banilərindən biri olmuşdur. 1854-cü ildə gimnaziyaya daxil olmuşdur. Daha sonra Peterburq universitetinə daxil olmasına baxmayaraq, xəstəlik təhsilini yarımçıq qoymağa məcbur edir. Müalicədən qayıtdıqdan sonra Moskva universitetinə daxil olur. 1867-ci ildə universiteti bitirir və Moskva zoologiya bağına işə düzəlir. Dağılmaqda olan bağ Anuçinin fəaliyyəti nəticəsində Orta Asiya, Sibir, Afrikanın nadir heyvanları ilə əvvəlki görkəminə qaytarıldı.
Gülçin Abdullayeva
Gülçin Gülhüseyn qızı Abdullayeva (20 yanvar 1947) — riyaziyyat üzrə fəlsəfə doktoru, Dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri Laboratoriya rəhbəri. == Həyatı == Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1970-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, aspiranturanı bitirdikdən sonra 1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 129 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 57 Respublikada çıxmış elmi əsərlərinin sayı: 63 Konfrans məruzələri və tezislər sayı: 38 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5 Kadr hazırlığı: 6-müdafiə edib və 4-dissertant hazırlaşdırılır === Əsas elmi nailiyyətləri === 2004-2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkişafı Təşkilatının qrantını alıb.
J Balvin
J Balvin (José Álvaro Osorio Balvin; 7 may 1985, Santa-Pola, Valensiya icması[d] və ya Medellin) — Kolombiyalı reggaeton sənətçisidir."Latınların dünya ikonu" və ya "Reggaeton şahzadəsi" adlandırılır. Həmçinin bir çox Hit mahnıya sahib global uğurlar qazanmış sənətçidir.
Jan Kalvin
Jan Kalvin (10 iyul 1509, Nyayon[d], Fransa krallığı – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == === Gəncliyi === 10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür. === Protestanizmə qoşulması === Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır.
Kalvin Fillips
Kalvin Mark Fillips (2 dekabr 1995, Lids) – İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Sitinin" futbolçusu. == Karyerası == === Lids Yunayted === "Lids Yunayteddə" ilk matçına 6 aprel 2015-ci ildə keçirilən "Vulverhempton"-"Lids Yunayted" matçında çıxıb. Matç "Vulverhemptonun" 4–3 hesablı qələbəsi ilə başa çatıb. "Lids Yunayteddə" ilk qolunu 11 aprel 2015-ci ildə keçirilən "Lids Yunayted"-"Sardiff Siti" matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Fillips 65-ci dəqiqədə əvəzlənib. Matç "Sardiff Sitinin" 1–2 hesablı qələbəsi ilə başa çatıb. 4 iyul 2022-ci ildə "Lids Yunayteddən" ayrıldı. === Mançester Siti === 4 iyul 2022-ci ildə "Mançester Siti" ilə rəsmi müqavilə imzaladı. "Mançester Sitidə" ilk matçına 21 iyul 2022-ci ildə keçirilən "Mançester Siti" — "Amerika" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Mançester Sitinin" 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Laləcin
Laləcin (yerli xalqın tələffüzü ilə Ləlin) — İranın Həmədan ostanının şimalındakı Bahar şəhristanının Laləcin bəxşində yerləşən şəhər, həmin bəxşin inzibati mərkəzi. Həmədandan 20 km., Bahardan 9 km. məsafədə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən nüfusu 14,724 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Laləcin Yaxın Şərqdə keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin əhalisinin böyük əksəriyyəti bu sənətlə məşğuldur.
Lapçın
Lapçın — uzunboğaz ayaqqabı növü. Naxçıvan bölgəsinin dağlıq hissəsində və Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağ kəndlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmışdır. Üzlüyü tumac və keçədən, altı dəridən tikilirdi. Lapçınin ücü şiş və bir qədər yuxarı qatlanmış olur. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır. Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.