Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Namazalı yüzbaşı Merdinli
Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Merdinli-(1800-?), Cavanşir elinin Merdinli obasının yüzbaşısı Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Cavanşir-Dizaq mahalının Merdinli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. Namazalı yüzbaşı Gözəl xanımla ailə qurmuşdu. Abbas bəy, Lütfəli bəy, Süleyman bəy adlı oğlanları, Zəhrabanu xanım, Tutu xanım, Hürzad xanım adlı qızları vardı. Ənvər Çingizoğlu, Merdinli kəndi: tarixi, tayfaları, Bakı:Mütərcim, 2017, 244 səh.
Ramazanlı
Ramazanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Ramazanlı kəndi Qaçaqkənd inzibati ərazi vahidliyinin tərkibindədir . Kənd Akkuşa çayının sol sahilidə , Qaçaqkənd-Xəzərkənd yolu üzərində yerləşir.
Leyla Ramazanlı
Namazlıq xalçaları
Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü. Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu. Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər). "Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir. Kollektiv Namazlıq xalçaları adətən, böyük ailələr üçün toxunulurdu (6 – 7 nəfərlik).
Tamaşalı nekropolu
Tamaşalı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində eyni adlı yaşayış yerinin 1 km-liyində təpə üzərində yerləşir. Burаdа аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən еdilmişdir ki, nеkrоpоlda dаş qutu tipli və tоrpаq qəbirlər vаrdır. Nеkrоpоldаn аşkаr еdilmiş mаddi-mədəniyyət nümunələri kiçik ölçülü küpə tipli qаblаrа аiddir. Küpələr əldə nisbətən kоbud şəkildə fоrmаlаşdırılmışdır. Оnlаr I-VI əsrlərə аiddir. Tоrpаq qəbirlər X-XVI əsrlərə аiddir. Оnlаr qərb-şərq istiqаmətində qаzılmışdır. Bəzisinin üzərində sənduqə tipli sinə dаşlаrı vаr.
İlqar Ramazanlı
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Əlizamin Ramazanlı
Əlizamin Ümid oğlu Ramazanlı (9 may 2000; Bərdə rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi. Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. == Qılınma qaydası == 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Günorta namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === Zöhr namazı qılıram vacib qürbətən iləllah. === Təkbirətul-ehram: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə İxlas surəsi oxumaq. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Məlaikə namazı
Məlaikə namazı, Rəbbin Mələyi duası və ya Angelus (/ˈændʒələs/ ; Latın dilində "mələk" deməkdir) – Mücəssəmə və Müjdəni xatırladan bir katolik sədaqəti. Bir çox katolik dualarında olduğu kimi, Angelus adı da onun başlanğıcından — mətnin ilk bir neçə sözündən götürülmüşdür: Angelus Domini nuntiavit Mariæ (" Rəbbin mələyi Məryəmə xəbər verdi"). Sədaqət sirri izah edən üç Bibliya ayəsini oxumaq və cavab olaraq " Salam Məryəm " duası ilə əvəz etməklə həyata keçirilir. Angelus, "abid duası" adlanan bir növ dua nümunəsidir. İbadət ənənəvi olaraq Roma Katolik kilsələrində, monastırlarda, şapellərində və möminlər tərəfindən gündə üç dəfə oxunurdu: səhər, günorta və axşam (adətən Vespersdən əvvəl və ya sonra). Sədaqət bəzi Anqlikan, Qərb Riti Ortodoks və Lüteran kilsələri tərəfindən də icra edilir. Angelus adətən dua çağrısı və hər kəsə xoş niyyət yaymaq üçün çağırış olan Angelus zənginin çalınması ilə müşayiət olunur. Duada bəhs edilən mələk Allahın Oğlu olan İsaya hamilə qalacağını Məryəmə vəhy edən Allahın elçisi Cəbrayıldır (Luka 1:26–38). Ave Maria, gratia plena, Dominus tecum. Benedicta tu in mulieribus, et Benedictus fructus ventris tui, Iesus.
Qüfeylə namazı
Qüfeylə namazı Müstəhəb namazlardan biri də qüfeylə namazıdır ki, şam namazı ilə işa namazı arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin. Tərcümə: Ənbiya surəsi 21 : 87. Və Zənnuni (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». İkinci rəkətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yələmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yələmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin. Tərcümə: Ənam surəsi 6: 59.
Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Səhər namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. Birinci rükət: Niyyət ; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; İkinci rükət: Həmd-surə; Qunut Ruku; 2 səcdə; Təşəhhüd; Salam. 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa İxlas surəsi oxunmalı, yəni ayaqda sırasıyla : Fatihə surəsi; İxlas surəsi oxunur. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı 3 dəfə "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir və ya "Subhanə Rabbiyəl Azim". Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Təravih namazı
Təravih namazı — Sünnilər tərəfindən Ramazan ayında qılınan müstəhəb namaz. "Qiyam-ı Ramazan" adı ilə də tanınır. Türkiyəli alim, sabiq millət vəkili Prof. Dr. Yaşar Nuri Öztürkə görə İslamda təravih deyə bir namaz yoxdur. Türkiyəli alim Prof. Dr. Əbdüləziz Bayındıra görə təravih namazı Ömər ibn Xəttabın xilafəti zamanından qılınır və Məhəmməd peyğəmbər belə bir namaz qılmayıb. Türkiyənin keçmiş Diyanət İşləri Naziri Prof. Dr.
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Vitr namazı
Vitr namazı - Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir. Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: "Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir" Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı". Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
Xüvtən namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Zöhr namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Zöhr namazı qılıram vacib qürbətən iləllah. Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
İşa namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Xiftən namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Ğufeylə namazı
İkindi namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır. 1-ci rükət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə Təşəhhüd 3-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Şam namazı
Şam və ya axşam namazı 3 rəkətdir. Əvvəl vaxtı Günəş qürub edərkən günçıxan tərəfdən gələn işartının başımızın üstündən günbatan tərəfə keçdiyi vaxtdır. Axır vaxtı isə gecəyarısına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir 1-ci rəkət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rəkət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rəkət: Təsbihati-ərbəə Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Şam namazı qılıram vacib qürbətən iləllah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa qısa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan.
Əsr namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır. 1-ci rükət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə Təşəhhüd 3-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Marumi Yamazaki
Marumi Yamazaki (d. 9 iyun 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Masahiro Hamazaki
Masahiro Hamazaki (14 mart 1940 – 10 oktyabr 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Seyqo Narazaki
Seyqo Narazaki (d. 15 aprel 1976) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 77 oyun keçirib.
Yamazaki Sokan
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Yuka Yamazaki
Yuka Yamazaki (d. 29 iyun 1980) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Siyamək Namazi
Siyamək Namazi (fars. سیامک نمازی‎; 14 sentyabr 1971) — iranəsilli ABŞ biznesmeni. Siyamək Namazi 14 sentyabr və ya 14 oktyabr 1971-ci ildə anadan olmuşdur. O, İranın Evin həbsxanasında saxlanılmış, 13 oktyabr 2015-ci ildə azad olunmuşdur. 22 fevral 2016-cı ildə İran hakimiyyəti Siyaməkin atası Bakir Namazini oğlunu ziyarət etmək üçün ölkəyə gələndə həbs etmişdir. 18 oktyabr 2016-cı ildə Bakir və Siyamək Namazi xarici hökumətlə əməkdaşlıq etdikləri üçün 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. "CNN" bildirmişdir ki, onun hüquq qrupuna görə, Namazi "İranda həbsdə olan ən uzun müddətdir həbsdə olan iranlı amerikalıdır". O, 1 oktyabr 2022-ci ildə qısamüddətli məzuniyyətə buraxılmışdır. 2023-cü il sentyabrın ortalarında "Reuters" xəbər vermişdir ki, ABŞ Namazi və digər 4 nəfərin azad edilməsi müqabilində İran İslam Respublikasına 2018-ci ildən Cənubi Koreyada dondurulmuş İran neftindən 6 milyard dollar gəlir əldə etməyə icazə verməyə razılaşmışdır. Pul Cənubi Koreyadan Qətərə və nəticədə İran hökumətinin hesablarına getmişdir.