Oruclu (Kəlbəcər)
Oruclu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.
Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Kamallı kəndindən gəlmiş Oruc Alı oğlu və onun qardaşi saldığı üçün belə adlanmışdır. Oykonim "Orucun nəslindən olanlar" mənasındadır. Kəndin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır.
Kəndin əsası kürdlər tərəfindən qoyulmuşdur.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oruclu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oruclu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.