NAMAZƏLİ

Əli namazı, Alı namazı.
NAMAZALI
NAMDAR
OBASTAN VİKİ
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. == Həyatı == Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. == Mənbə == M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Qurban Namazəliyev
Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Qaryagin rayonu, Azərbaycan SSR – 20 noyabr 1991, Qarakənd, Xocavənd rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi. == Həyatı == Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir. 1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib. == Ailəsi == Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.