Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malxələf
Malxələf — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Malxələf kəndi Mığıdərə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Malxələf kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Cəbrayıl qəzasından olan Kürd Hacı adlı şəxsin oğlu Xələf ona məxsus olan mal pəyəsinin ətrafında saldığına görə belə adlandirılmişdir. 1933-cü ildə bu kənd Malikpəyə adlı icmanın tərkibində Malıxələf adı ilə qeydə alınmışdır. == Tarixi == Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu. == Coğrafiyası və iqlimi == Kənd Dəyirmanyanı suyunun (Həkəri çayının qolu) sahilində yerləşir.
I Xələf
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. == Həyatı == Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf (Miyanə)
Xələf (fars. خلف‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (47 ailə).
Xələf Mançarov
Xələf Safullin
Xələf Safullin (20 mart 1921, Ufa quberniyası – 13 aprel 1965, Bakı, Azərbaycan SSR) — məşhur balerin, pedaqoq və rəqqas 1921-ci il mart ayının 20 anadan olub, 1965-ci il aprel ayının 13-də Bakı şəhərində rəhmətə gedib. O SSRi-nin və BASSR-nın xalq artisti idi. O, 1912-ci ildə Ufim quberniyasında 4 uşaqlı ailədə dünyaya göz açıb. 20-ci illərin sonunda onun ailəsi Ufaya köçürlər. 1941-ci ildə Leninqrad xoliqrafiya məkktəbini bitirir. Onun müəllimləri Pisarev A.A,, Puşkin A.İ., Şiryayev A.R. olmuşdur.Məktəbi bitirdikdən sonra Ufada Başqırdıstan opera və bolet teatrında solist kimi işləməyə başladı.1960-1964-cü illərdə BTOB-da müəllim kimi işləməyə başlayır.1960-cı ildə "Jurav mahsı" əsərində Aslanbəyov rolunu ifa edir.Rejissor kimi Klyuçarevanın "Dağlıq həyatı" (1951), Sabitovanın "Buratina" (1960) səhnəyə qoyub.1965-ci ildə Bakıda rəhmətə gedir və Ufa da dəfn edilir. Yumaqul, Arslanbəy (L.B. Stepanovun "Jurav mahnısı"), Nur (NG Zhiganov tərəfindən "Zyuqra"), Timergol (A.Q. Klyucharevin "Dağlıq janrları"), Siegfried (P.İ. (Çaykovski), Jean de Brien ("Raymonda" AK Glazunov), İvanushka, Phoebus ("Keçmiş At", "Esmeralda" C. Puni), Albert, Conrad ("Giselle", "Corsair" A. Adana) , Franz (J. Strauss "Blue Tuna"), Vaclav ("Bakhchisarai Fountain" BV Asafyev), Frondoso (Laurence AA Keri), Li Shang Fu (RM Gliere tərəfindən "Qırmızı Poppy" ). Xəyrulla R.Başkirin balet ustası. Ufa, 1963 Qaleyeva E. Başqırstanın baletinin ürəyi Xələf Safullin, Rodnik 2007,11 avq,4.s. Davıdova E.Artistin abidəsi Xələf Safulllin 2005 RSFSR-nın xalq artisti (1955) , BASSR (1949) Qürur ordeni (1946) http://kulturarb.ru/people/?ELEMENT_ID=8457 http://www.getmovies.ru/stars/?id=141251 http://www.ural.ru/spec/ency/encyclopaedia-17-1781.html Жиленко Н. Душа башкирского балета Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Ватандаш.
Xələf Xələfov
Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən), Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini (1997–2018, 2019–2023), Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi. Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi. 1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır. 1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi. 1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi. 1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini. 2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri. 2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.
İbrahim Xələf
İbrahim Xələf (9 iyul 1986) — İordaniyalı cüdoçu. İbrahim Xələf İordaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İbrahim Xələf birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Çexiyanın nümayəndəsi Tomaş Briçeno ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:11 hesabı ilə uduzdu.
Xələf bəy Süfrəçi
Xələf bəy Süfrəçi (?-1638)—I Şah Abbas Səfəvinin süfrəçibaşısı, Qızılbaş sərkərdəsi, qurucu. Xələf bəy I Şah Abbas Səfəvinin süfrəçibaşısı, həm də Qızılbaş sərkərdəsi idi. Bir çox döyüşlərdə iştirak etmişdi. O, əslən Arazbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu. Xələf bəy Süfrəçi 1622-ci ildə I Şah Abbasın Qəndəhar səfərinə qatılmışdı. Məhəmməd Məsumun məlumatına əsasən, türklər ciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hücum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır döyüşdən sonra şəhərə əsas ordunun yolunu aça bilmişdi. 1636-cı ildə İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndərildi. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi.
Əmir Xələf Sistani
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Məzrayə-i Xələf (Meşkinşəhr)
Məzrayə-i Xələf (fars. مزرعه خلف‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,144 nəfər yaşayır (268 ailə).
Vəlüddövlə I Əmir Xələf
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf bəy Yağləvəndli-Cavanşir
Xələf bəy Yağləvəndli-Cavanşir (1791–1835) — Qarabağ bəyi, Mehdiqulu xan Cavanşirin sarayında keşikçibaşı. Xələf bəy Şirin Kələntər oğlu 1791-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Atasının kələntərliyi dönəmində mahal mirzəsi olmuşdu. Atasının vəfatından sonra (1812) Yağləvənd obasının kədxudası vəzifəsində çalışmışdı. 1817-ci ildə Mehdiqulu xan Cavanşirin keşikçibaşısı təyin olunmuşdu. Xələf bəy 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. Abbas mirzə Qovanlı-Qacar Xələf bəyi qohum-əqrabası ilə birlikdə Qaradağ vilayətinin Kərmədüz mahalında yerləşdirmişdi. Hazırda həmin mahalın ərazisində Xələfbəyli adlı qışlaq var.