Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Nona Paçuaşvili
Nonna Paçuaşvili (2 yanvar 1943, Tbilisi) — gürcü aktrisası. Nona Paçuaşvili Tbilisi Teatr İnstutunu bitirmişdir. 1959-cu ildən Şota Rustavelli adına dram teatrının aktrisasıdır. Həyatı boyu sadəcə bir neçə filmə çəkilmişdir. Azərbaycan tamaşaçısının yaddaşında daha çox "Əhməd haradadır" filmində yaratdığı Ceyran obrazı ilə qalmışdır. 1981-ci ildən Gürcüstan SSRnin xalq artistidir. Gürcüstanda bir nazirin oğlu olan əri Tamazi "Əhməd haradadır?" filminin ilk çəkilişi vaxtı Bakıya gəlmişdir. Qaldıqları "İnturist" mehmanxanasında gecə vaxtı ərini maqnitofondan "tok" vurmuş və nəticədə Tamazi vəfat etmişdir. Əhməd haradadır?
Nona Qaprindaşvili
Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976). Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır. Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir.
2S9 Nona S
İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Zavod “SKB-172” Tip: özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1979–2006 Xidmətə giriş ili: 1981 – günümüzə İstehsal sayı: 1432 ədəd Ağırlıq: 8.7 ton Ekipaj: 4 nəfər == Ölçülər == Uzunluğu: 5.89 m Lülə daxil olmaqla: 6.02 m Eni: 2.63 m Hündürlüyü: 2.30 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 16 mm alüminium == Performans == Zəminə təzyiq: 0,50 kq/sm ² Dalış dərinliyi: 9 km/s sürətlə üzə bilən Xəndək keçmə: 2 m Maneə keçmə: 0.7 m Qalxma dərəcəsi: 32º Motor: 5D-20 dizel At gücü: 240 at gücü Maksimal sürət: 60 km/saat Mənzili: 500 km Dayandırılması: hidravlik amartizator == Silahlanma == Əsas silah: 120 mm 2A51 yarı-avtomatik top. Haubitsa-minaatan funksiyalarını birləşdirir Kalibr: 120 mm Lülənin qalxma bucağı: -4º +80º Üfüqi tuşlama bucağı: -35º +35º Atış tezliyi: 4–8 atış/dəqiqədə Atəş məsafəsi: 8.8 km Maksimal atəş məsafəsi: 12.8 km Mərminin ağırlığı: 13.1–27 kq Məhvetmə radiusu: 1500–6600 m² Döyüş komplekti: 40 ədəd Əsas silahı 120 mm-lik 2A51 yarı-avtomatik top, istənilən növ mərmiləri və minları atəşləyə bilir, bura idarə olunan mərmilər də daxildir.
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1100 nəfərdir. Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Nonna
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi — 1780 m³ / s. İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Nota
Not
Bona
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
ONA
ONA (ing. Original net animation, Orijinal Şəbəkə Animasiyası) və ya Yaponiyada tanınan adı ilə Veb Anime (Web(ウェブ)アニメ, Webu Anime) — anime serialların xüsusi formatı. Bu tip animelər telekanallarda yox, rəsmi olaraq internetdə nümayiş olunur. Treyler və anonslar məhz ONA formatında buraxılır, lakin bəzi animelər yalnız bu halda olur. Məsələn, "Nyoron Churuya-san" animesi Kadokawa Shoten tərəfindən YouTube-da buraxılır. Otakuların yaratdığı və internetdə yaydığı animasiyaları da hərdən ONA-ya aid edirlər. ONA adi anime seriyasından qısa olur və bəzən cəmi bir neçə dəqiqə davam edir.
Erogen zona
Erogen zona (yun. ἔρως, érōs, "sevgi, ehtiras" və γεννᾶν, gennân, "istehsal etmək"), cinsi həyəcan və ya zövq yaradan bədənin hər hansı bir hissəsidir. Bu zonalar, sinir uclarının sıx olduğu və toxunmaya qarşı həssas olan bölgələrdir. Erogen zonaların stimullaşdırılması cinsi oyanmaya və orqazma səbəb ola bilər. == Erogen Zonaların Növləri == Erogen zonalar, birincil və ikincil olmaqla iki əsas kateqoriyaya bölünür: Birincil erogen zonalar: Bu zonalar, cinsi orqanlar və onlara yaxın bölgələri əhatə edir. Bunlara qadınlarda klitoris, vulva və vagina, kişilərdə penis, xayalar və perineum daxildir. Bu zonalar, cinsi funksiya üçün xüsusi olaraq inkişaf etmişdir və ən güclü cinsi cavabları tetikleyebilir. İkincil erogen zonalar: Bu zonalar, cinsi orqanlardan başqa, toxunmaya qarşı həssas olan digər bədən hissələrini əhatə edir. Bunlara dodaqlar, boyun, qulaqlar, məmələr, budun daxili hissəsi və ayaqlar daxildir. Bu zonaların həssaslığı, fərddən fərdi dəyişə bilər və həyat boyu dəyişə bilər.
Ficus nota
Ficus nota (lat. Ficus nota) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası. == Həmçinin bax == Çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Lona Çemtai
Lona Korlima Çemtai (12 dekabr 1988, Keniya) — Keniya əsilli İsraili təmsil edən marafonçu. Lona Çemtai İsraili 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lona Çemtai birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyrp şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona qədər qət edə bilmədi.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Mazama nana
Mazama nana (lat. Mazama nana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Mikania nana
Mikania nana (lat. Mikania nana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mona Liza
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır. Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.