Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
NOR ASALA
Nor ASALA — Erməni diasporunun yeni terror təşkilatı, erməni dilində “Yeni ASALA”. == Yaranması == Təşkilat Livanın Anjar qəsəbəsində bu ilin avqustunda İranın dəstəyi ilə yaradılıb. Bəyannamədə deyilir: ""NOR ASALA"nı yaratmaqla əsas məqsədimiz olan bir çox siyasi əməlləri və qurmaq istədiyimiz Yeni Ermənistanı diplomatiya və silahlı mübarizə yolu ilə reallaşdırmağı qərara aldıq. Aramızda Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən erməni diasporunun gəncləri vardır". Bəyannamədə "NOR ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə ərazi iddiaları və bu ölkədən təzminat tələbi, qondarma "erməni soyqırımı"nın tanınması, Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi Ermənistan" dövlətinin yaradılması və s. göstərilir. == Silahlı və siyasi məqsədləri == "NOR ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar daxildir: Azərbaycanın dünyada erməni düşmənçiliyi yayan səfirlik və attaşelərini hədəfə almaq; Xarici ölkə vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda və digər şəhərlərdə hakimiyyət əleyhinə qüvvələrlə birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf almaq, uzaq məsafədən idarə olunan və lazım gələrsə, intiharçı-terrorçu partlayışlar törətmək; Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı iş adamlarını və iqtisadi qurumlarını hədəf almaq; Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı öldürən Kıvanc Ağaoğlunu ölümlə cəzalandırmaq; Azərbaycanın Zaqatala bölgəsindən çəkilməsi, buranın Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana daxil edilməsi, ləzgilərə müstəqillik verilməsi; Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat və qurumlarını hədəf almaq; Türkiyə və Azərbaycan dövlət ordularının faşist təhdidlərinə qarşı erməni gənclərini məlumatlandırmaq və təşkilatlandırmaq, kiprli gənclərlə, "kürdüstanlı" gənclər ilə və dost və müxalif türk və azərbaycanlı gəncləri ilə müştərək təhsil, mədəniyyət, tarix, silahlı və siyasi hərəkat və plan qurmaq; Azərbaycanda müxalif gəncləri təşkilatlandırıb İlham Əliyevin irqçi və militarist rejimini "Ərəb bahari" üsulu ilə dağıtmaq üçün hərəkətə keçmək. Türkiyəyə qarşı bir sıra silahlı əməllər həyata keçirmək.
NOR elementi
NOR elementi — ortaq inkarı yerinə yetirən rəqəmli məntiq elementidir-bu sağdakı cədvələ uyğun şəkildə özünü göstərir.Əgər hər iki giriş elementləri minimum 0 olarsa, nəticədə çıxış maxsimum,yəni 1 alınar. Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa, nəticədə çıxış minimum,yəni 0 alınar. == Simvollar == NOR elementləri üçün üç simvol var:Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu.
Nor (departament)
Nor (fr. Nord, hərfən — «şimal») — Fransanın şimalında yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 59. İnzibati mərkəzi — Lill. Departamentin cənub hissəsində «ş’ti» (fr. le ch'ti) adlandırılan fransız dilinin pikard dialektindən istifadə edirlər. == Coğrafiyası == Nor departamenti O-de-Frans regionun bir hissəsidir , Pa-dе-Kale, Ena və Belçika ilə sərhəddir. Sahəsi — 5743 km². == Tarixi == 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir. Departament üç regionun ərazisində yerləşir — Flandriya, Eno və Kambre.
Nor Astğaberd
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Nor Açin
Nor Açin - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Nor Marağa
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Nor Par
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Nor Qyank
Nor Qyank - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Uqi
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Uği
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Yerznka
Nor Yerznka - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Nor Marmara (qəzet)
Nor Marmara (erm. Նոր Մարմարա) - İstanbul şəhərində gündəlik nəşr olunan qəzet. Qəzet 1940-cı ildən nəşr olunur. Nəşr dili ermənicə olan qəzet, Türkiyədə yaşayan ermənilərin gündəlik həyatlarını işıqlandırır.
Nor-Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). == Adı == Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). == Coğrafiyası == Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nor-Pə-Dö-Kəle
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). == Adı == Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). == Coğrafiyası == Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nor — Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). == Adı == Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). == Coğrafiyası == Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
Nor— Pa-de-Kale
Nor — Pa-de-Kale (fr. Nord-Pas-de-Calais) — Fransanın şimalında yerləşən region. Əhalisi - 4 042 015 nəfər (regionlar arasında 4-cü yer). İnzibati mərkəzi — Lill. Digər böyük şəhərlər — Due, Valansyen, Dünkerk, Betün, Kale, Arras, Vilnöv-d’Ask. Regionun Kale şəhərində, Böyük Britaniyanı Fransa ilə birləşdirən La-Manş tuneli tikilmişdir. 2016-cı ildən etibarən region Pikardiya ilə birləşdirildi (30 sentyabr 2016-cı ildən — O-de-Frans). == Adı == Nor — Pa-de-Kale adı, regionun iki əsas departamentlərin adından alınıb «Nord» (şimal, departament Fransanın ən şimal bölgəsidir) və «Pas-de-Calais» (Pa-de-Kale). == Coğrafiyası == Regiona Nor və Pa-de-Kale departamentləri daxil olmuşdur. Departamentin keçmiş ərazisində Aa,Şelda, Sambra və Lis çayları axır.
1994 Nortrid zəlzələsi
1994 Nortrid zəlzələsi ― 17 yanvar 1994 tarixində Sakit standart saatı ilə yerli vaxtla saat 04:31-də Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los Anceles şəhərində meydana gələn zəlzələ. Zəlzələnin San Fernando Vadisində ki Nortrid bölgəsində sıx olmasından dolayı və həmçinin KİV-in bu adı istifadə etməsindən dolayı Nortrid Zəlzələsi olaraq adlandırılır. Zəlzələnin əsas episentri Resedada olub. 10-20 saniyə aralığında davam edən zəlzələnin moment maqnitudu 6,7 bal gücündə olub. Zəlzələdə ölçülən 1,7g-lik (16,7 m/s2) güclü yer sarsıntısının dəyəri Şimali Amerikanın yaşayış yerlərində o günə qədər ölçülmüş ən yüksək dəyər olmuşdur . Zəlzələnin episentri 360 km (220 mil) uzaqlıqda olan Las Veqasdada hiss edilib. Rinaldi stansiyasında qeydə alınan 183 sm/s-lik (6.59 km/saat və ya 4.09 mil/saat) o günə qədər qeydə alınan ən sürətli pik yer sürəti (PGV) dəyəridir. Zəlzələdə 57 nəfər ölmüş, 8700-dən çox insan yaralanmışdır. Təxminən $20 milyard dollar zərərə səbəb olan zəlzələ, o günə qədər ABŞ tarixinin ən çox maddi zərərə səbəb olan təbii fəlakətlərdən biridir. == Zəlzələnin episentri == Zəlzələ Los Anceles şəhər mərkəzindən 31 km (20 mil) şimal-qərbdə, Nortrid bölgəsi yaxınlığında San Fernando Vadisində baş verdi.
A Blaze in the Northern Sky
A Blaze in the Northern Sky (Şimal Səmasında Parlaq İşıq) Norveç Blek Metal qrupu Darkthrone'un sayca ikinci studio albomudur. Albom 26 Fevral 1992-ci il tarixində Peaceville Records tərəfindən çıxarılmışdır. Albomda qrupun ilk blek metal səsyazmaları yer almış və janrın klassikləri sırasında yer almışdır. Bu fanatlar tərəfindən "Pislik Üçlüyü" adı verilən və digər ikisi də Under a Funeral Moon və Transilvanian Hunger olan albom üçlüyünün ilkidir. Albom həmçinin bass gitarist Dag Nilsenin yer aldığı son albomdur. == Keçmişi == Darkthrone'nun ilk albomu olan Soulside Journey İsveç tərzi bir des metal idi. Albomu yazdıqdan sonra, qrup daha çox blek metal ünsürləri daşıyan musiqilər bəstələməyə başladı. Bunun nəticəsində instrumental demo olan Goatlord hasil oldu. Daha sonra qrupun üç üzvü — Fenriz, Nocturno Culto və Zephyrous— qərara gəldi ki, blek metal musiqisinə köklənsinlər. Bu bass gitarist Dag Nilsen'in xoşuna gəlmədi və o qrupu tərk etdi.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969 -cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Aleksandr adası (Nordenşeld arxipelaqı)
Aleksandr adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədi ilə yaradılmışdır. == Coğrafiyası == Aleksadr adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Paxtusov adaları qrupuna aiddir. Qrupun ən şimal adasıdır. Adadan 7,5 km şimalda, Lenin boğazının digər sahilində Sikora adası, Sofi adası, 2 km cənubda isə Paxtusov adası yerləşir. Bir qədər qərbdə bir, 1,7 km cənub-qərbdə isə iki adsız ada yerləşir. Rusiyanın materik hissəsi ilə ara məsafəsi 65 km-dir.
Arno Nordin
Arno Nordin (17 iyun 1998, Paris, Fransa) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Nordin Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 25 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. == Şəxsi həyatı == Nordin Fransada anadan olmuşdur. Valideynləri isə Martinika vətəndaşlarıdır.
Artemisia nortonii
Artemisia nortonii (lat. Artemisia nortonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia norvegica
Artemisia norvegica (lat. Artemisia norvegica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azərbaycan-Norveç futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 02.06.1996 Oslo DÇSO Norveç – Azərbaycan 5:0 06.09.1996 Bakı DÇSO Azərbaycan – Norveç 0:1 16.11.2014 Bakı AÇSO Azərbaycan – Norveç 0:1 12.06.2015 Oslo AÇSO Norveç – Azərbaycan 0:0 08.10.2016 Bakı DÇSO Azərbaycan – Norveç 1:0 01.09.2017 Oslo DÇSO Norveç – Azərbaycan 2:0 === U-21 === 06.10.2011 Bakı AÇSO Azərbaycan – Norveç 0:2 01.06.2012 Drammen AÇSO Norveç – Azərbaycan 1:0 10.10.2013 Drammen AÇSO Norveç – Azərbaycan 1:3 11.09.2018 Bakı AÇSO Azərbaycan – Norveç 1:3 16.10.2018 Drammen AÇSO Norveç – Azərbaycan 1:1 16.11.2021 Bakı AÇSO Azərbaycan – Norveç 1:2 14.06.2022 Norveç AÇSO Norveç - Azərbaycan 2:1 === U-19 === 16.04.2010 Əskişəhər, Türkiyə AÇEM Norveç - Azərbaycan 1:1 09.10.2019 Fridek-Mistek, Çexiya AÇSO, Azərbaycan - Norveç 0:1 === U-17 === 23.10.2018 Luşnya, Albaniya AÇSO Azərbaycan – Norveç 1:4 === Klublar === 16.07.2009 Tronheym, Norveç UEFA AL Rusenborq – Qarabağ 0:0 23.07.2009 Bakı, Azərbaycan UEFA AL Qarabağ – Rusenborq 1:0 18.07.2013 Tromse, Norveç UEFA AL Tromse – İnter Bakı 2:0 25.07.2013 Bakı, Azərbaycan UEFA AL İnter Bakı – Tromse 1:0 27.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Tromse (U-19) 2:2 15-16.09.2020 Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Molde 0:0 pen.
Azərbaycan–Norveç futbol matçları
== Kişilər == === Əsas milli komanda === 02.06.1996 Oslo DÇSO Norveç – Azərbaycan 5:0 06.09.1996 Bakı DÇSO Azərbaycan – Norveç 0:1 16.11.2014 Bakı AÇSO Azərbaycan – Norveç 0:1 12.06.2015 Oslo AÇSO Norveç – Azərbaycan 0:0 08.10.2016 Bakı DÇSO Azərbaycan – Norveç 1:0 01.09.2017 Oslo DÇSO Norveç – Azərbaycan 2:0 === U-21 === 06.10.2011 Bakı AÇSO Azərbaycan – Norveç 0:2 01.06.2012 Drammen AÇSO Norveç – Azərbaycan 1:0 10.10.2013 Drammen AÇSO Norveç – Azərbaycan 1:3 11.09.2018 Bakı AÇSO Azərbaycan – Norveç 1:3 16.10.2018 Drammen AÇSO Norveç – Azərbaycan 1:1 16.11.2021 Bakı AÇSO Azərbaycan – Norveç 1:2 14.06.2022 Norveç AÇSO Norveç - Azərbaycan 2:1 === U-19 === 16.04.2010 Əskişəhər, Türkiyə AÇEM Norveç - Azərbaycan 1:1 09.10.2019 Fridek-Mistek, Çexiya AÇSO, Azərbaycan - Norveç 0:1 === U-17 === 23.10.2018 Luşnya, Albaniya AÇSO Azərbaycan – Norveç 1:4 === Klublar === 16.07.2009 Tronheym, Norveç UEFA AL Rusenborq – Qarabağ 0:0 23.07.2009 Bakı, Azərbaycan UEFA AL Qarabağ – Rusenborq 1:0 18.07.2013 Tromse, Norveç UEFA AL Tromse – İnter Bakı 2:0 25.07.2013 Bakı, Azərbaycan UEFA AL İnter Bakı – Tromse 1:0 27.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Tromse (U-19) 2:2 15-16.09.2020 Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Molde 0:0 pen.
Azərbaycan–Norveç münasibətləri
Azərbaycan–Norveç münasibətləri — Azərbaycan Respublikası ilə Norveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb. Norveç Dağlıq Qarabağ münaqişəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. 2018-ci ilin noyabrında Norveç krallığı Azərbaycandakı səfirliyini bağlamışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Rövnəq Abdullayev işçi qrupunun rəhbəridir. == Mədəni əlaqələr == === Tur Heyerdalın iddiaları === 1981-ci ildə etnoqraf Tur Heyerdal Qobustan qoruğunu ziyarət etmiş, burada qədim insanlar tərəfindən çəkilmiş qayıq rəsmlərini Norveçin Mis Dövrü qayıq rəsmlərinə bənzətmişdir. Bu səfər Heyerdalın Azərbaycan və Norveç xalqları arasında mümkün qədim əlaqələrə marağını artırmış, onun bir neçə dəfə daha Azərbaycana səfər etməsinə gətirib çıxarmışdır.
Aşağı Normandiya
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
BI Norveç Biznes Məktəbi
BI Norveç Biznes Məktəbi (norv. Handelshøyskolen BI) - Avropanin ən böyuk biznes məktəblarindən biri. Ümümillikdə altı Norveç şəhərində fəaliyyət göstərən məktəbin əsas mərkəzi Oslo şəhərində yerləşir. == Tarix == BI Norveç Biznes Məktəbi 1943-cü ildə Finn Øien tərəfindən təsis olunmuşdur. Məktəbin ilkin adı 'Bedriftøkonomisk Institut' (Azərbaycanca: İqtisadiyyat İdarəetmə İnstitutu), buna görədə abreviatur BI. Hal-hazırda məktəbin prezidenti professor Tom Colbjørnsendur. == Fəaliyyəti == 2011-ci ildə məktəbdə 20 049 tələbə təsil alır Bakalavr pilləsində təhsil alan tələbəıərin sayi 9 324, Maqistr pilləsində 1 168 və Aspirant pilləsində təhsil almış tələbələrin sayi 9 200-dir. Ümumilikdə məktəbdə 1300 xarici tələbı təhsil alır. BI Norveç Biznes Məktəbi bakalavr, maqistr və dokturantura dərəcələrdə təhsil təklif edir.
Baş-Noraşen
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Bəs-Normandi
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Callista normalis
Dendrobium fimbriatum (lat. Dendrobium fimbriatum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Callista fimbriata (Hook.) Kuntze (1891) Dendrobium paxtonii Paxton (1839) Dendrobium normale Falc. (1839) Dendrobium fimbriatum var. oculatum Hook.
Cozef Norman Loker
Ser Cozef Norman Loker (ing. Joseph Norman Lockyer, 17 May 1836-16 Avqust 1920)- İngilis alim və astronom. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən Heliumu kəşf etmişdir. == Həyatı == Cozef Norman Loker (ing. Joseph Norman Lockyer) 17 May 1836-cı ildə İngiltərənin Uorikşir (ing. Warwickshire) əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdur. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir.
Crossota norvegica
Crossota norvegica (lat. Crossota norvegica) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinin traximeduzlar dəstəsinin rhopalonematidae fəsiləsinin crossota cinsinə aid heyvan növü.
Dalbergia normandii
Dalbergia normandii (lat. Dalbergia normandii) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Danimarka-Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. == Desant əməliyyatları == 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. === Norveç === Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.
Del-Nort qraflığı (Kaliforniya)
Del-Norte — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,610 nəfər olmuşdur. Mərkəzi Kresent şəhəridir.
Del-Norte qraflığı (Kaliforniya)
Del-Norte — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,610 nəfər olmuşdur. Mərkəzi Kresent şəhəridir.
Dendrobium normale
Dendrobium fimbriatum (lat. Dendrobium fimbriatum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Callista fimbriata (Hook.) Kuntze (1891) Dendrobium paxtonii Paxton (1839) Dendrobium normale Falc. (1839) Dendrobium fimbriatum var. oculatum Hook.
Dinoseris salicifolia var. normalis
Dinoseris (lat. Dinoseris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Dinoseris salicifolia Griseb.SinonimDinoseris salicifolia var. araneosa Kuntze Dinoseris salicifolia var. normalis Kuntze Hyaloseris boliviensis J.Koster Hyaloseris salicifolia (Griseb.) Hieron.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur.Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub.Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.25 may 1987-ci ildə Shueisha nəşriyyatı jurnalın oğlanlar üçün versiyası olan "Men's Non-no" jurnalını qurmuşdur.1978-ci ildə jurnalın tirajı 850 min idi, 2014-cü ildə isə bu rəqəm 1 milyondan çox olmuşdur.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
NAR
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Nord
Nord adası
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Por
Por (Ermənistan)
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Nör (Fransa)
Nör (fr. Neure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lürsi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03198. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 174 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 112 yaşında (15-64 yaş arasında) 76 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.9%, 1999-cu ildə 70.9%). Fəal olan 76 nəfərdən 68 nəfər (39 kişi və 29 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) idi. 36 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.