Azərbaycan–Norveç münasibətləri — Azərbaycan Respublikası ilə Norveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Norveç münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Norveçın Azərbaycan Respublikasındakı Səfirliyi | |||||
Ünvan | Ankara, Çankaya, Yukarı Dikmen Mahallesi, Turan Güneş Bulvarı, 106 Yıldız Kule İş Merkezi 12-ci mərtəbə | ||||
Ünvan | Stokholm, Barnhusgatan 3, 111 23 | ||||
Digər | |||||
Quruluş tarixi | 5 iyun 1992 | ||||
Dövriyyə | 0, 062 mlrd doll. (2020) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur[1]. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb[2]. Norveç Dağlıq Qarabağ münaqişəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. 2018-ci ilin noyabrında Norveç krallığı Azərbaycandakı səfirliyini bağlamışdır[3].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Rövnəq Abdullayev işçi qrupunun rəhbəridir[4].
1981-ci ildə etnoqraf Tur Heyerdal Qobustan qoruğunu ziyarət etmiş, burada qədim insanlar tərəfindən çəkilmiş qayıq rəsmlərini Norveçin Mis Dövrü qayıq rəsmlərinə bənzətmişdir. Bu səfər Heyerdalın Azərbaycan və Norveç xalqları arasında mümkün qədim əlaqələrə marağını artırmış, onun bir neçə dəfə daha Azərbaycana səfər etməsinə gətirib çıxarmışdır. 1995-ci ildə Heyerdal tərəfindən skandinaviyalıların qədim keçmişdə Azərbaycandan miqrasiya etməsi ilə bağlı nəzəriyyə irəli sürülmüşdür. Bu fikir akademik çevrələrdə qəbul edilməsə belə, Azərbaycan və Norveç xalqlarının eyni kökə malik olması iki ölkədə də insanların təxəyyülündə yer tutmuş, incəsənət xadimlərinə, xüsusilə musiqiçilərə ilham qaynağı olmuşdur.[6]
Tur Heyerdal öz nəzəriyyəsini İsland tarixçisi Snorri Sturlusonun İnqlinq saqası ilə əsaslandırmışdır. Saqada hökmdar Odin öz xalqını Skandinaviyanın cənub-şərqindən çıxarır. Heyerdal fikirləşir ki, Odinin gəldiyi ərazi Qara dənizin şərqində, müasir Azərbaycandadır və eramızdan əvvəl 1-ci əsrin ortalarında Odin Qafqazı Şimali Avropa ilə əlaqələndirən ticarət yollarından istifadə edərək xalqını Skandinaviyaya köçürmüşdür. Nəzəriyyə üçün əlavə sübut olaraq Heyerdal tərəfindən Qafqaz və Skandinaviyadakı (və ümumən Avropada) toponimlərdə və tayfa və etnik qrup adlarında olan oxşarlıq göstərilir. Daha sonra Heyerdal Odinin gəldiyi yerin Qafqaz yox, Qara dənizin şimalı olduğunu iddia etmişdir.[6]
2011-ci ildə Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasındakı Skandinaviya tədqiqatları layihəsinin bir hissəsi olaraq Bakıda elmi konfrans keçirilmişdir. Burada Heyerdalın nəzəriyyəsi haqqında ciddi elmi diskussiya aparmağa cəhd edilmiş, xüsusilə Azərbaycan-Norveç əlaqəsinə diqqət yetirilmişdir.[6]
1997-ci ildə Norveç xoru SKRUK Azərbaycan müğənniləri Brilliant Dadaşova və İlqar Muradovla birlikdə Azərbaycan mahnılarından ibarət albom çıxarmışdır. ("Landet vi kommer fra: Musikk fra Aserbajdsjan" (Mənşəyimizin torpağı: Azərbaycandan mahnılar)). Bu albomda Azərbaycan xalq mahnıları, təsnif və laylalardan istifadə edilmişdir. Norveç dilindəki mətnlər Azərbaycan mətnlərinin birbaşa tərcüməsi deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlıdır. Albom mövzu etibarilə Tur Heyerdalın Azərbaycan və Skandinaviya arasında olduğunu iddia etdiyi əlaqələrdən təsirlənmişdir.[6]
Norveç skripkaçısı Hallvard T. Byorqum ölkəsinin Setesdal bölgəsinin folklorundakı qadın döyüşçülər (qalxanqızlar) ilə Cənubi Ukrayna və Rusiyanın çölləri, həmçinin Qafqazda yaşadıqları qeyd edilən Amazon qadın döyüşçüləri arasındakı parallellərdən təsirlənmiş, Tur Heyerdala bu mövzuda topladığı materialları göndərmişdir. Byorqum musiqiçi Elşən Mansurovla Azərbaycanda və Norveçdə konsert vermiş, burada Azərbaycan tellosu ilə Norveçin "Nordafyells" musiqisi arasında oxşarlıqdan təsirlənərək ikisini birləşdirən bir ifa etmişdilər.[6]
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |