Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nord-vest
Nord
Nord adası
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Kanye Vest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Mey Vest
Mey Vest (ing. Mae West; 17 avqust 1893–22 noyabr 1980) — ABŞ aktrisası.
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Hind
Vest-Hind, Vest-İndiya və ya Qərbi Hind (ing. West Indies, nid. West-Indië; hərf. Qərbi Hindistan) — Karib dənizinin adaları, o cümlədən Karib adaları, Baham adaları və Meksika körfəzi ilə Atlantik okeanının bitişik sularında yerləşən adalar verilən tarixi adı. Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə verilən Ost-Hind ilə ziddiyyət təşkil edir. Vest-Hind regionunun adını səhvən Avropadan qərbə doğru hərəkət edərək Hindistana getdiklərinə inanan ilk Avropa naviqatorları vermişdilər. Buradan Amerikanın yerli sakinlərinə hindi adı verilmişdi. Вест-Индия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Vest Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Vest Bromviç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest Danbartonşir
Vest Danbartonşir (ing. West Dunbartonshire, şot.kelt Siorrachd Dhùn Bhreatainn an Iar) — Şotlandiyanın 32 dairəsindən biri. Şimal qərbdə Arqayl end Byut, şimal şərqdə Sterlinq, şərqdə İst Danbartonşir, cənub şərqdə Qlazqo Siti və cənubda Renfruşir ilə həmsərhəddir.
Vest sindromu
Vest sindromu və ya İnfantil spazmlar- yaşdan asılı olan epileptik sindromdur, 3–7 aylıq uşaqlarda müşahidə olunur, körpələrin epileptik ensefalopatiyaları qrupuna aiddir. VS ilə xəstələnmə səviyyəsi hər 1000 diri doğulmuş uşaq üçün 0,4-ə bərabərdir. Epilepsiyanın Beynəlxalq təsnifatına uyğun olaraq VS epilepsiyanın yayılmış formalarına aid edilmişdir. VS-nin kriptogen (beynin zədələnməsi güman olunur, ancaq təsdiq edilmir) və simptomatik (xeyli tez-tez rast gəlinən) formaları ayırd edilir. Kriptogen formalar üçün – dəqiq səbəbin olmaması, xəstəliyin meydana çıxmasına qədər uşağın normal sinir-psixi inkişafı, digər növ tutmaların qeyd edilməməsi, neyroradioloji müayinə üsulları zamanı beyin zədələnməsi əlamətlərinin olmaması xarakterikdir. VS-nin simptomatik formaları üçün – müəyyən edilmiş etiologiya (pre-, peri-, postnatal etioloji faktorlar), xəstəliyin meydana çıxmasına qədər uşağın sinir-psixi inkişafının ləngiməsi, nevroloji pozuntular, bir sıra hallarda baş beynin KT və MRT müayinələri zamanı patoloji dəyişikliklər xarakterikdir. Bir xəstədə tutmaların müxtəlif variantlarının olması mümkündür. Əksər hallarda İS-lər simmetrikdir, daha az hallarda isə asimmetrik və ya unilateral olur. Asimmetrik İS-lər VSnin simptomatik formaları üçün daha xarakterikdir. Asimmetrik spazmlar adətən təcrid olunmuş şəkildə meydana çıxır, lakin onlar fokal tutmadan sonra və ya əvvəl də inkişaf edə bilərlər, bəzi hallarda isə İS yayılmış və ya fokal tutma ilə eyni vaxtda əmələ gələ bilər.
Tay Vest
Taymon S. Vest (5 oktyabr 1980, Uilminqton[d], Delaver) — ABŞ film rejissoru. O, qorxu janrında çəkdiyi filmlərə görə məşhurdur. Tay Delaver ştatının Vilminqton şəhərində anadan olub. Onun adı olan Taymon babasının soyadı olmuşdur. Tay 2001-ci ildə "Teen People" jurnalının payız mövsümü nəşrində yer alıb. Tay Vest School of Visual Arts-da təhsil almışdır. Tay Vest avstraliyalı dicey Alison Wonderland ilə nişanlanıb. 13 iyun 2023-cü ildə onların Maks adlı bir oğlan uşağı dünyaya gəlib.
Vest-Aylend
Vest Aylend (ing. West Island) — Avstraliyanın xarici ərazisi Kokos adalarının paytaxtı. Sahəsi 6,2 kv. km., əhalisi 120 nəfərdir. Avstraliyaya qədər olan məsafə 2100 kilometrdir.
Nord-Ost
Nord adası
Nord adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının ucqar şərq nöqtəsində yerləşir. Şərq adalar qrupuna daxildir. Bu qrupun şimal-şərq nöqtəsini təşkil edir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir. Kolomeysev adası istisna olaraq digərləridə Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsi ilə ada arasında mədafə 40 km təşkil edir. Cənubdan şimala doğru genişlənir.
Nord Stream
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.
Vest-Hind Federasiyası
Qərbi Hind adaları federasiyası 1958-1962 ci illərdə Karib dənizi hövzəsində Britaniya dəniz kənarı torpaqlarında hökm sürmüş qısa ömürlü siyasi birlik. Federasiya Trinidad və Tobaqo, Barbados, Yamayka, Leeverd və Vinvard adalarının bir araya gəlməsi ilə araya gəlmişdir. Paytaxtı Trinidad və Tobaqonun mərkəzi olan Port of Spein şəhəri idi. Federasiyanin hədəfi bir ölkə halında Britaniyadan ayrılaraq azad olmaq idi. Nəticədə federasiyaya daxil olan adaların bir qismi Aquilla Montserrat, Sayman adaları və Türks və Kaykos adaları xaricində Antiqua və Barbuda, Barbados, Dominika, Qrenada, Yamayka, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər və Trinidad və Taboqo olmaq üzrə Britaniyadan ayrılırlar. Federasiya Britaniyanın Karib torpaqlarında qurulmuş siyasi birlik idi. Hədəf 1962-ci ildə müstəqillik əldə etmək idi, ancaq bu birlik müəyyən çətinliklər səbəbindən varlığını qoruya bilmir. Federasiyanın ən böyük əhalisinə və ərazisinə malik olan Yamayka birliyin siyasi və iqtisadi yükü üzərinə düşməsindən qorxaraq 1961-ci ildə birlikdən cıxır. 1962-ci ildə Yamayka və Trinidad Tabaqo Millətlər Birliyinə üzv olaraq öz müstəqilliyini elan edirlər. 1966-cı ilədə Barbados istiqlaliyyətini elan edir.
Vilyam Edvard Vest
Viliam Edvard Vest (10 dekabr 1788, Leksinqton, Kentukki – 2 noyabr 1857, Neşvill) — Amerikalı portret rəssamı. Vest 1788-ci ildə Kentukki ştatının Leksinqton şəhərində anadan olub. Onun atası gümüşçü olub. Atası onun hələ uşaq yaşlardan incəsənətlə məşğul olmasına kömək olmuşdur. O, 1809-cu ildə Filadelfiyaya köçdü. 1817-ci ildə Qərbi Avropanı, əsasən İtaliya, Fransa və İngiltərənin bir çox yerlərini gəzdi. Ona tez-tez varlı ailələrin portretlərini çəkmək üçün sifafişlər gəlirdi. Bu müddət ərzində o, Vaşinqton İrvinqlə tanış oldu. Tanışlıqdan sonra onunla əməkdaşlıq edərək onun kitabları üçün çoxsaylı illüstrasiyalar çəkdi. Vestin əsərləri Kral İncəsənət Akademiyasında və Britaniya İnstitutunda sərgidə göstərildi.
Vest-Hind şirkəti
Vest-Hind şirkəti — müstəmləkə dövrünün Avropa ölkələrindəki bir sıra ticarət cəmiyyətlərinin adı: Vest-Hind şirkəti (Hollandiya) (Geoctroyeerde Westindische Compagnie) — fəaliyyət dövrü 1621—1792 illər; Vest-Hind şirkəti (Danimarka) (Vestindisk kompagni) — fəaliyyət dövrü 1659—1776 illər; Vest-Hind şirkəti (Fransa) (Compagnie des Indes occidentales) — fəaliyyət dövrü 1664—1674 illər; Vest-Hind şirkəti (İsveçrə) (Svenska Västindiska Kompaniet) — fəaliyyət dövrü 1787-1805 illər.
Vest Melburn (Florida)
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Vest Çester Universiteti
Vest Çester Universiteti (ing. West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti. Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir. Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Ford
Ford Motor Şirkəti (ing. Ford Motor Company) — ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. == Tarixi == Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. == Fəaliyyəti == İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Vesta
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.