Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurabiyyə
Qurabiyyə — tarixi ekstremist şiə cərəyanlarından biri. Cəbrailin Quranı səhvən Əli yerinə Məhəmmədə nazil etdiyinə inanırdılar. Qurabiyyə cərəyanının nə vaxt yarandığı məlum deyil, lakin bu cərəyanın cənubi İraqdan gəldiyi məlumdur. İbn Cübeyr bu cərəyanın XIII əsrdə Suriyada mövcud olduğunu deyirdi. Həmçinin Yaqut əl-Həməvi bu cərəyanın Tanzaniyanın Pemba adasında yayıldığını göstərir. 1200-cü illərdə yazılmış və Omanda tapılmış "əl-Məqamə əl-Kilviyyə" adlı əsərdə bu cərəyanın başqa bir Tanzaniya adası olan Kilvada mövcud olduğunu göstərir. Cəbrail Quranı nazil edərkən, səhvən Əli yerinə Məhəmmədə peyğəmbərlik vermişdir. Çünki Məhəmməd və Əli qarğalar kimi bir-birinə bənzəyirdilər (qurab qarğa deməkdir). Daha sonra səhvini düzəltmiş, Məhəmməd peyğəmbərlə birlikdə Əliyə də peyğəmbərlik vermişdir. Çünki Quranda Məhəmməddən sonra peyğəmbər olmayacağı deyilir, eyni zamanda olmayacağı deyilmir.
Mədrəseyi-ruhaniyyə
Mədrəseyi-ruhaniyyə — 1881-ci ildə Gəncədə açılmışdır.
Nömaniyyə qəzası
Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir. İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية) və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار). 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi. Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.
Burxaniyyə (Çiftlikköy)
Burxaniyyə — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Rizədən bu bölgəyə köçən insanların məskunlaşması nəticəsində yaranmışdır. 1928-ci ildən eyni addadır. Əvvəllər Çuxurköy kəndinin məhəlləsi olduğu halda, 9 iyul 1949-cu ildə kənd statusu almışdır.
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Senecio nuraniae
Senecio nuraniae (lat. Senecio nuraniae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.