is. Qorxmazlıq, hünər, cürət.
Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq.
// Cürət.
[Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar daima əfv edilir. H.Cavid.
[Nuriyyə:] Bütün gücümü, cəsarətimi toplayıb gedirdim. İ.Əfəndiyev.
□ Cəsarət etmək – ürəklənmək, ürək eləmək, cürət etmək, qorxmamaq.
[Mürsəl:] Hərdən cəsarət edib atmaq istəyəndə anam acıqlanır(dı). Mir Cəlal.
Cəsarət etməmək – qorxmaq, çəkinmək, ürək eləməmək. Zeynal yavaşca addımlar ilə Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Bir dürlü cəsarət etməyir, üzü gəlməyirdi.
Cəsarət vermək – cəsarətləndirmək, ürəkləndirmək, ürək vermək, cürətləndirmək.
Bu fikir [Kazımı] qorxutmadı, əksinə, qəribə bir cəsarət verdi… M.İbrahimov.
Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu, Növrəstəni ələ keçirmək üçün ona cəsarət verdi. Ə. Abasov . S.Hüseyn. Rza duruxurdu, nə cavab verəcəyinə cəsarət etməyib yasalamağa üz qoydu. Ə.Vəliyev.
Cəsarəti çatmamaq – özündə cəsarət hiss etməmək, ürək eləməmək, cürət etməmək, qorxmaq. Cərrahiyyə əməliyyatı aparmaq mümkün idi.
Ancaq Leylanın cəsarəti çatmırdı. B.Bayramov.
2. Cəsarətlə şəklində – ürəklənərək, qorxmadan, çəkinmədən.
İltifat eyləsəz, ey alicənab; Verərəm mən də cəsarətlə cavab. A.Səhhət.
Qamçılayır cəsarətlə əyər-əskik nə vardırsa; Sözlər aydın, fikir dərin, məna böyük, məktub qısa. R.Rza.