Küp qəbirləri mədəniyyəti
Küp qəbirləri mədəniyyəti — arxeoloji mədəniyyət; e.ə. IV əsr — eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılmışdı. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfiqi şəkildə dəfn olunmuşdu.
Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.
== Həmçinin bax ==
Küp qəbir
Xocalı-Gədəbəy mədəniyyəti
Leylatəpə mədəniyyəti
Azərbaycan arxeologiyası
== İstinadlar ==
== Ədəbiyyat ==
Иващенко М., Кувшинные погребения Азербайджана и Грузии, «Известия АН Азербайджанской ССР», 1947, № 1;
Казиев С. М., Альбом кувшинных погребений, Баку, 1960;
Голубкина Т. И., Культура кувшинных погребений в Азербайджане, в сб.: Тр. Музея истории Азербайджана, т.4, Баку, 1961.