Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. == Vikipediyadan Open-Site-ə istinad == Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.
Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var. OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları,proqram təminatı istehsalçıları,bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android(ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır. Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib. == Məhsullar == 2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi - Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 Noyabr 2007-ci ildə təqdim edildi. Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream(digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 Avqust 2008-ci ildə Federal əlaqə komissiyası(FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Berkeley Open Infrastructure for Network Computing (BOINC)
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
OpenAI
OpenAI süni intellekt araşdırma şirkətidir. Şirkətin əsas məqsədi insanlar üçün faydalı olacaq süni intellekt haqqında araşdırmalar etməkdir. Qeyri-kommersiya şirkət olaraq qurulmuşdur, amma 2019-cu ildə Microsoft-dan investisiya aldıqdan sonra mənfəət güdən şirkətə çevrilmişdir. == Tarixi == 2015-ci ilin oktyabr ayında Mask, Altman və digər investorlar 1 milyard dollardan çox investisiya toplayaraq təşkilatı yaratmışdırlar. Şirkət 27 aprel 2016-cı ildə "OpenAI Gym" adlı açıq mənbəli beta versiyasını yayımladı. 2017-ci ildən bəri ancaq Python vasitəsi ilə istifadə oluna bilir.2018-ci ildən şirkətin ofisi San-Fransiskoda Maskın digər şirkəti Neuralink ilə eyni iş ofisindədir.
OpenClassrooms
OpenClassrooms — əsası Mathieu Nebra tərəfindən qoyulan onlayn təhsil şirkəti. Noyabr 1999-ci ilin aprel ayından başlayıb. Dərslər onlayn verilir. Fevral 2018-cü il məlumatına görə 1.0 milyondan çox istifadəçi qeydiyyatdan keçibdir. OpenClassrooms istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
OpenCritic
Open Critic — videooyunlar üçün rəy toplayan sayt. Metyu Entoven, Çarls Qrin, Aaron Rutlec və Riçard Triqqs tərəfindən təsis edilən "OpenCritic" saytda yerləşən videooyunlar üçün populyar tənqidçilərin gözdən keçirmələrini siyahıya alır. Daha sonra sayt gözdən keçirmələrin orta qiymətini hesablayır və oyuna qiymət verir. Saytda oyunu məsləhət görən tənqidçilərin faizi və ümumsayt renkinqi kimi başqa bir neçə metriklər də mövcuddur. == Tarix == "OpenCritic" başqa bir rəy toplayıcısı olan "Metacritic"in videooyun sənayesində yaşadığı qalmaqallardan qaçmaq üçün hazırlanmışdı. Oyunun "Metacritic" qiyməti oyunun daha çox iqtisadi performansından və istehsalçı studiyanın və nəşrçinin oyunun satışa çıxarılmasından sonra etdikləri işlərdən asılıdır. Buna baxmayaraq, "Metacritic" gözdən keçirmə qiymətlərini necə hesabladığı barədə məhdudi məlumat verir və bəzi publikasiyaları digərlərindən daha çox üstün tutur."OpenCritic" saytının konsepsiyası "Riot Games" işçisi Metyu Entovenin rəhbərliyindəki bir komanda tərəfindən hazırlanmışdı. Saytın əsas fəlsəfəsi rəy toplamağın təbiətini daha açıq və aydın edərək "Metacritic"in problemlərindən qaçınmaq idi. Onlar həmçinin qiymətlərə daha insani elementlər əlavə etmək istəyirdilər. Məsələn, gözdən keçirmələr müəllifin adının verilməsi ilə nümayiş etdirilir.Saytın istehsal prosesinə 2014-cü ildə start verilmişdir və 30 sentyabr 2015-ci ildə fəaliyyətə başlamışdır.
OpenDemocracy
openDemocracy — beynəlxalq siyasət və mədəniyyəti haqqında müzakirələr saytı. Saytda həm də alimlər, jurnalistlər və siyasətçilərin dünya işlərinə cari məsələləri əhatə edən rəy məqalələri dərc olunur.
OpenMP
OpenMP - proqram paralelləşdirilməsi üçün açıq standarddır. Solaris, IBM AIX, HP-UX, GNU/LINUX, MAC OS X və Windows əməliyyat sistemlərində dəstəkləyir. Əsasən C, C++ və Fortran proqramlaşdırma dillərində ümumi yaddaşa malik çoxprosessorlu sistemlərdə çoxaxınlı proqramlaşdırma üçün istifadə edilir. Openmp qazanc məqsədi güdməyən, Openmp Archtecture Review Board (Openmp ARB) adlı beynəlxalq birlik tərəfindən idarə edilir. Openmp standart stolüstü kompüterlərdən tutmuş super kompüterlərə qədər paralel proqramlaşdırmanı inkişaf etdirmək üçün proqramçılara sadə və əlverişli interfeys verən ölçülə bilən və portativ bir model təklif edir. == Hazırlanması == OpenMP hazırlanmasına daxil olan şəxslərin əksəriyyəti proqram təminatı satıcıları AMD, IBM, Intel, Cray, HP, Fujitsu, Nvidia, NEC, Microsoft, Texas Intstruments, Oracle Corporation şirkətləri və kompüter təchizat qrupları əməkdaşlarıdır. Openmp ARB ilk interfeys proqramını Fortran 1.0 üçün Oktyabr 1997-ci ildə buraxdı. Növbəti il C/C++ üçün standartı buraxıldı. 2014-cü ilin iyul ayında ən yeni 4.0 versiyası buraxılıb.
OpenOffice
OpenOffice — ofis proqram təminatı paketidir. Tərkibinə mətn emalı (wordprocessing), cədvəllərlə iş (spreadsheet), prezentasiya, qrafika, formul redaktoru, verilən bazası idarəedicisi tətbiqləri daxildir. Əvvəllər OpenOffice.org kimi tanınırdı. 2011-ci ilin İyun ayından etibarən 120 dil dəstəkləyir. OpenOffice-in susmaya görə fayl formatı ODF-dir (OpenDocument Format). Amma Microsoft Office-in fayl formatlarını da dəstəkləyir.
OpenOffice.org
OpenOffice — ofis proqram təminatı paketidir. Tərkibinə mətn emalı (wordprocessing), cədvəllərlə iş (spreadsheet), prezentasiya, qrafika, formul redaktoru, verilən bazası idarəedicisi tətbiqləri daxildir. Əvvəllər OpenOffice.org kimi tanınırdı. 2011-ci ilin İyun ayından etibarən 120 dil dəstəkləyir. OpenOffice-in susmaya görə fayl formatı ODF-dir (OpenDocument Format). Amma Microsoft Office-in fayl formatlarını da dəstəkləyir.
OpenSUSE
openSuse – əvvəllər "SUSE Linux" və "SuSE Linux Professiona" adı ilə çıxan və Almaniyada istehsal olunan indi isə Novell şirkətinə məxsus olan Linux əməliyyat sistemlərindən biridir. Yaradılan vaxtlar Slackware əməliyyat sisteminin əsasında qurulub, sonralar isə tam dəyişilmiş və özünə məxsus olan YAST paket meneceri yaradılmışdır. == Tarix == 1992-ci ildə Patrik Makdonald Linux-un ən birinci əməliyyat sistemlərindən birini - Linux SLS-i qurdu. Bu əməliyyat sistemi istifadəçilərə ancaq nüvə və bəzi əsas programları yox, hətta XFree86 və TCP/IP ilə işləyən digər çoxlu proqramm paketləri yaradır. Bununla həvəsə düşən Patrik Folkerdiq həmin distributivin üzərində Slackware Linux əməliyyat sistemini yaradır. Həmin vaxt Almaniyada «Gesellschaft für Software- und System-Entwicklung» - "Sistem və Programm yaradılma Cəmmiyəti" kompaniyası yaradılır. Bu "SuSE" adlı şirkət həmin vaxtlar Unix istifadəçilərin konsaltinqi ilə məşqul olurmuş. Həmin şirkət 1994-cü ildə Suse Linux-un birinci versiyani yaratdı - Suse Linux 1.0. 4 Noyabr 2003-cü ildə ABŞ-nin Novell şirkəti və onun bütün huqularını aldı. Sonra isə YAST2 versiyasını GNU GPL lisenziyası ilə çap etdi.
OpenSolaris
OpenSolaris– Sun Microsystems[1] şirkəti tərəfindən Solaris əməliyyat sisteminin bazasında yaradılmış və ilkin kodu açıq olan əməliyyat sistemdir OpenSolaris sisteminin işlənib hazırlanması prosesi könüllülük və ödənişsiz əsasında aparılır, ancaq bütün işlər Sun Microsystems şirkətinin mütəxəssislərinin iştirakı ilə yönləndirilir və ya uzlaşdırılır. Bu məqsədlə gəlişdirmənin təşkili və dəqiq protokolu – OpenSolaris Community Process müəyyən olunub. Gələcəkdə OpenSolaris sisteminin yeni versiyalarının işlənib hazırlanmasının başlıca olaraq OpenSolaris layihəsində entuziast gəlişdiricilər cəmiyyətinin gücü ilə aparılması planlaşdırılır. Könüllülərin işləyib hazırladıqları kod hissələri, yeni utilitlər və müxtəlif təkmilləşmələr sınaqdan keçirildikdən və Sun’nın standartlarına uyğunluq yoxlanıldıqdan sonra OpenSolaris sisteminin kommersiya versiyasına əlavə olunacaq. Bununla belə, Sun şirkəti OpenSolaris sisteminin Solaris’in kommersiya versiyasına tam uyğun olacağına söz vermir. Sun şirkəti Solaris’in kommersiya versiyasına OpenSolaris sistemində olan bəzi yeni imkanları, funksiyaları və utilitləri daxil etməmək hüququnu özündə saxlayır. Eləcə də, kommersiya versiyasına OpenSolaris’də olmayan proqramların daxil edilməsi və onların kodunun açılmaması planlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
OpenStreetMap
OpenStreetMap (OSM) - azad, hamı tərəfindən redaktə edilə bilən dünya xəritəsi. OSM - in yaranma və inkişafı digər xəritələrin qoyduğu məhdudiyyətlər və hal-hazırda çox da baha olmayan GPS texnologiyasıdır. OSM könüllü yaradılan çoğrafiya informasiya sisteminin ən yaxşı nümunəsidir. Steve Coast 2004-cü ildə Böyük Britaniyada Vikipediyanın uğurundan ilhamlanaraq bu layihəni yaratdı. O vaxtdan bəri qeydiyyatdan keçən istifadəçilərin sayı 2 milyonu keçib. Bu sayt OpenStreetMap fondu tərəfindən dəstəklənir. Bu fond İngiltərə və Ueltsdə qeydiyyatdan keçib. Xəritənin özündən çox, orada yaradılan verilənlər (data) çox böyük əhəmiyyət kəsb edir. Bu verilənlər bir çox layihələr, o cümlədən, Craigslist, OsmAnd, Geocaching, MapQuest Open, JMP statistical software, və Foursquare layihələrində istifadə edərək Google Mapsdan imtina ediblər. Amma verilənlərin keyfiyyəti dünyada müxtəlif yerlərə görə çox fərqlənir.
Tolman-Openhaymer-Volkov tənliyi
Tolman-Openhaymer-Volkov tənliyi astronomiyada kütləsi və radiusu bəlli olan ulduzun mərkəzindən uzaqlaşdıqca daxili təzyiqin necə dəyişdiyini göstərən differensial tənlikdir.
OpenBSD
OpenBSD, Berkeley Software Distribution (BSD) əsasında pulsuz Unix-ə bənzər əməliyyat sistemidir. O, 1995-ci ildə NetBSD əməliyyat sistemi layihəsini tərk edərək Theo de Raadt tərəfindən yaradılmışdır. De Raadt-a görə, OpenBSD təhlükəsizlik tədbirlərinin hazırlanması üçün tədqiqat əməliyyat sistemidir. OpenBSD layihəsi bir çox alt sistemin portativ versiyalarını digər əməliyyat sistemləri üçün paketlər kimi saxlayır. Layihənin kodun keyfiyyətinə önəm verdiyinə görə, bir çox komponentlər digər proqram layihələrində təkrar istifadə olunur. Məsələn, Android əməliyyat sistemi C standart kitabxanasından, LLVM normal ifadə kitabxanasından, Windows 10 isə LibreSSL və OpenSSH-dən istifadə edir. OpenBSD adı mənbə kodunun İnternetdə mövcudluğunu ifadə edir. Bu, həmçinin sistemin dəstəklədiyi aparat platformalarının geniş spektrinə aiddir.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oben
Oben (Averon)
Oden
Oden (yapon. おでん, 御田) - Yaponiyanın qış yeməyinin bir növü. == Tərkibi == Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. == Yayıldığı regionlar == Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. === Yaponiya === Kansoi əyalətində kanta adlanır. === Çin === Çində hər 7-11 marketdə oden "haodun" (好炖) adlanır.
Opel
Opel — Alman avtomobil şirkəti. 21 Yanvar 1862-də Adam Opel tərəfindən quruldu. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 22 fevral 1810[…] və ya 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) on altı yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Balladalar (Şopen)
Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir. Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar. Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi. Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi.
Con Oven
Con Riçard Oven (d.' 'John Richard Owens' (7 yanvar 1956 – 4 noyabr 1980) 'Johnny Owen' adı altında döyüşən bir Welsh professional boksçu idi. Görünüşü kövrək görünməsi ona "Merthyr Matchstick" və "Bionic Bantam" da daxil olmaqla bir çox epitet qazandırdı. Səkkiz yaşında boksa başladı və 120-dən çox döyüşdə iştirak edən və yarışlarda Uelsi təmsil edən uzun həvəskar karyerasına başladı. 1976-cı ilin sentyabrında 20 yaşında peşəkar dönüş etdi və ilk döyüşündə George Sutton-a qalib gəldi. Owen, altıncı peşəkar döyüşündə Suttonu yenidən məğlub edərək ilk titulunu, Welsh Area — dakı boş bantamight titulunu qazandı. Owen, 1977-ci ildəki onuncu peşəkar döyüşündə İngilis bantamight çəkisi titulu uğrunda mübarizə apardı. On birinci raundda çempionu Paddy Maguire məğlub edərək titul qazandı, 60 ildən çox bir müddətdə kəmər tutan ilk Welshman olmaq. Owen, Commonwealth bantamweight üçün Paul Ferreri ilə görüşmədən əvvəl Wayne Evans-a qarşı İngiltərə titulunun müdafiəsi də daxil olmaqla daha beş qələbə qeyd etdi. xal üzərində təcrübəli avstraliyanı məğlub edərək Birlik adına sahib çıxdı və dörd ay sonra Avropa titulu üçün Juan Francisco Rodríguez — ə meydan oxudu. İspaniyanın Almería 'dakı mübarizə mübahisələrə büründü və Owen mübahisəli bir qərarda ilk məğlubiyyətini aldı.
Frederik Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 22 fevral 1810[…] və ya 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) on altı yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Hopen adası
Hopen adası (norv. Hopen) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Arxipelqaın cənub-şərqində yerləşir. Ada uzunsov formara malikdir. Uzunluğu 33 km, eni isə 2 km-dir. Ada 1613-cü ildə Tomas Marmadyuk tərəfindən kəşf edilmiş və özünün keçmiş gəmisinin şərəfinə adlandırmışdır. İkinci Dünya müharibəsi zamanı Lüftvaffe adada meteoroloji stansiya qurur. Bu almanların Şpitsbergen reydinə xidmət etməli idi. Hazırda Norveç Metrologiya İnstutunun 4 əməkdaşı stansiyada fəaliyyət göstərir.
Oben (Averon)
Oben (fr. Aubin, oks. Aubinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12013. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4215 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2391 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1568 nəfər iqtisadi fəal, 823 nəfər hərəkətsiz (fəaliyyət göstərici 65.6%, 1999-cu ildə 63.6%) olmuşdur.
Oben (kanton)
Oben (fr. Aubin) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1201. Oben kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Oben kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 9 957 nəfər təşkil edirdi.
Opel Combo
Opel Combo (ing. Opel Combo) — General Motors şirkəti tərəfindən 2001-ci ildən istehsal olunan alman avtomobili. Üçqapılı yük və beşqapılı sərnişin variantları mövcuddur. Avtomobil 1,4 l (60 a.g.) və 1.6 l (87 a.g.) həcmində benzinlə işləyən, eləcə də 1,3 l (60 a.g.), 1,7 l (75 a.g.) və 1,7 l turbudizel (100 a.g.) həcmində dizellə işləyən mühərriklərlə təchiz oluna bilir. Standart komplektə sükanın elektrik gücləndiricisi, 4 təhlükəsizlik yastığı, antibloklama sistemi və kondisioner daxildir.
Opet bayramı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Opet festivalı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Ouen Çemberlen
Ouen Çemberlen (ing. Owen Chamberlain; 10 iyul 1920[…], San-Fransisko, Kaliforniya – 28 fevral 2006[…], Berkli, Kaliforniya) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik. == Həyatı == Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut Kollecində və Berkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndi1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi. 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı. 1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar.
Riçard Ouen
Riçar Ouen (ing. Richard Owen; 20 iyul 1804[…], Lankaster[d], Lankaşir – 18 dekabr 1892[…], London) — İngilis alim, bioloq, anatomist və palentoloq. Elmə Dinozavr terminini gətirmiş səxsiyyət. == Həyatı == 20 iyul 1804-cü ildə Lankasterdə doğulub.
Robert Ouen
Robert Ouen (1771-1858) — İngilis utopik sosialisti. == Həyatı == Robert Ouen Cənubi İngiltərənin kiçik bir şəhərində anadan olmuşdur, 8 yaşına qədər aldığı təhsillə kifayətlənmişdir. 20 yaşında ikən Mançestrdə fabrik müdiri olur. Mançestr ədəbiyyat-fəlsəfə cəmiyyətinə daxil olur. 1800-cü ildən Şotlandiyanın Nyu-Lenark şəhərində fabrik müdiri olur. O, cəmiyyətin dəyişdirilməsi ideyasını tarixdən kənar həqiqət kimi başa düşürdü. Burada Xarakterin təşəkkülü üçün yeni institut təşkil edir. 1816-1825-ci illərdə Amerikada “Yeni harmoniya” adlı icma təşkil edir. Lakin icma dağılır. R.Ouen “Cəmiyyətə yeni baxış və ya xarakterin formalaşmasına dair təcrübələr”, “Yeni əxlaq dünyası haqqında mühazirələr”, “İnsanın yer üzərində yeni yaşayışı” və d.
İvan Şopen
İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq)—XIX əsr məşhur fransız səyyahı və etnoqrafı. == Həyatı == == Elmi fəaliyyəti == XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan İvanoviç Şopen (1798, Fransa – 18.08.1870, Peterburq) Rusiyaya gəlmiş, Qafqaz canişinliyində işləmişdir. General İ.F.Paskeviçin göstərişi ilə 1829-1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərmişdir. Əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumatı olmuşdur. Lakin etiraf etdiyi həqiqətlərlə yanaşı, bəzən təhriflərə də yol vermiş, 1840-cı ildə rus dilində nəşr etdirdiyi "Koroğlu" dastanının bəzi epizodlarında nöqsanları olmuşdur. == Əsərləri == И. Ш. Некоторые замечания на книгу „Обозрение российских владений за Кавказом“ (СПб., 1840). Об ирригации и о пользе распространения искусственного орошения полей в большом размере в России (СПб., 1845). Хозяйственные очерки части Араксской долины, вошедшей в состав Грузино-Имеретинской губернии (СПб., 1843). Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (СПб., 1852).
İvar Osen
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[…], Ersta[d] – 23 sentyabr 1896[…], Kristianiya[d]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir. == Həyatı == İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub."Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.