Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Omaha
Omaha (ing. Omaha) — Nebraska ştatının ən böyük şəhəri, ştatın şərq sərhədində yerləşir, Duqlas dairəsinin mərkəzidir. Missuri çayının sahilində, Platt çayının mənsəbindən təxminən 30 kilometr şimalda yerləşir. 2017-ci il ABŞ Siyahıyaalma Bürosunun qiymətləndirməsinə görə, şəhər əhalisinin 466.893 nəfərdir. Şəhərətrafı qəsəbələri ilə birlikdə şəhər, 8 dairədə yaşayan 895.151 nəfər əhalisi ilə ABŞ-nin ən böyük 60-cı şəhər aqlomerasiyasıdır. Şəhərin adı XVII əsrdən bəri müasir Nebraskanın şimal-şərqində yaşayan Omaha hindu qəbiləsindən gəlir. 2008-ci ildə Kiplinger's Personal Finance jurnalı Omaha-nı ABŞ-də yaşamaq üçün ən cəlbedici şəhərlər arasında 3-cü yerə qoydu.
Alar oymağı
Alar oymağı—Şahsevən elinin qollarından biri. == Tarixi == Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Alpavut oymağı
Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri. == Adaçımı == Alpavut adının dürlü yozumu var. Alp əski türk dilində "igid", "qoçaq", qut isə cəmlik bildirən formantdır. Deməli, alpavut, alpaqut igidlər, ərlər anlamındadır. Alpavut adının bir variantı da alpağutdur. Alpağut adı "Divani lüğət it-türkdə" belə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ keçməyən igid". Alpağut həm də hərbi rütbə, ünvan olub. Kül təkin yazılarında deyilir: "Öncə gəlmiş qoşununu Kül təkin qovub toxarlardan bir qəbilə, alpağulardan on nəfəri Tona təkinin dəfnində mühasirə edib öldürdü". Alpağut VIII əsr uyğur abidələrində döyüşçü anlamındadır. Son çağlarda isə qıpçaq və qazan tatarlarının bir çox şivələrində bəy-böyük, mal-mülk yiyəsi kimi işlənmişdir.
Aymara dili
Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, Argentina və Çilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir. Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar. Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır. Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir.
Ağcaqoyunlu oymağı
Аğcaqoyunlu oymağı — Qacar elinin böyük qollarından biri. Bu oymaq Ağqoyunlu tayfa ittifaqına daxil idi. Ağcaqoyunlular Sultan Yaqub bəy Bayandurun ölümündən sonra Rüstəm mirzəyə tərəfdar çıxmışdılar. Ağcaqoyunlu-Qacarlar Ağqoyunlular dövlətinin süqutundan sonra Qızılbaş tayfa birliyinə qatıldılar. Ağcaqoyunlu oymağı əsasən Çuxursəəd (İrəvan ətrafında) və Qarabağ əyalətlərində məskunlaşmışdılar. Ağcaqoyunlu oymağının əmirləri İrəvan əyalətini idarə edirdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. Onlardan Gülabı xan Ağcaqoyunlu-Qacar, Əmirgunə xan Ağcaqoyunlu-Qacar, Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar və başqaları daha çox tanınıblar.
Baharlı oymağı
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Bilici oymağı
Bilici oymağı — Kəngərli elinin oymaqlarından biri. Bu oymağın nümayəndələri Naxçıvan xanlığının qurulmasında, genişlənməsində önəmli rol oynamışdılar. Elin vəkilləri çox zaman bu oymaqdan çıxırdı. Bilici oymağının əhalisi həm də Naxçıvan xanlığının silahlı qüvvələrinin əsasını təşkil edirdi. Oymağın çox, qələbəlik sayda olması qoşun toplamaq işini asanlaşdırırdı. Naxçıvan xanları vilayət daxilində nizam-intizamı qorumaq, kənardan xanlığa qarşı törənən hər hansı bir təhlükənin qarşısını almaq üçün Bilici qoşunundan daim istifadə edirdilər. Bilici oymağının Ərəbxanlı, Qışlaq, Tat adlı oba və kəndləri vardı. Bilici oymağından xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli.
Boğayrı oymağı
Boğayrı və ya Bəğayrı Gəraylı elinin oymaqlarındandı.3 əsr qabaqdan İsfərayenin neçə qismində və Nişapur ilə Səbzivarın neçə kəndində yaşayırdılar.Əfşarlar dövründə, Boğayrıların neçə başçısı Azərbaycan və Gürcüstanın baş komandiri və Farsın hakimi oldular.Fətəli şah Qacar dövründə bu tayfanın bəzi əmirləri dəfələrlə Qacar dövlət ilə düşmənçiliyə qalxdılar. Onların ən məşhuru Səadət Qulu xan Boğayrı və qardaşları idi.Nasirəddin şah Qacar dövründə Boğayrı əmirlərinin gücü, tədricən azaldı və irsi hükimət Boğayrı əmirlərinin ailəsindən çıxdı.İndi bu oymağın törəmələri Esfərayenin Bam və Səfiabad şəhərləri ilə yanaşı Məşhəd və Tehranda da yaşayırlar. == Bəğayirilər Nadir şah dövründə == Nadirqulu xana qarşı fitnə quran qüvvələr bununla da kifayətlənmədilər. Onlar qərara aldılar ki, Nişapurla Səbzəvar arasında məskunlaşan Bəğayiri tayfasına divan tutsunlar. Çünki bu tayfa Nadiri müdafiə edirdi və həmin tayfanın talan edilməsi Nadiri də özündən çıxara bilərdi. Nadir Herata tərəf hərəkət etdiyi zaman doğrudan da Səbzəvar ətrafında toplanmış olan dəstələr Bəğayiri camaatını soyub talamağa başladılar. Bəğayiri camaatı onları təhdid edən təhlükənin xeyli ciddi olduğunu görüb şah qoşunlarına qarşı müxalifət yaratdılar və müqavimətə əl atdılar. Eyni zamanda baş verənlər barədə Nadirə xəbər göndərdilər. Bu xəbəri alan kimi Nadir qoşunları ilə yenidən Məşhədə döndü. Əbdali əfqanları da bundan istifadə etdilər.
Bəhmənli oymağı
Bəhmənli oymağı — Cavanşir elinin böyük və qədim qollarından biri. == Tarixi == Qarabağ xanlarının ulu babası Pənahəli ağa Gəncə-Qarabağ bəylərbəyləri olan Ziyadoğlu-Qacarlara xidmət edirdi. Sonra xidmətdən çıxıb elinə döndü. Cavanşir elinin Bəhmənli oymağında məskunlaşdı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində yazır: "Pənahəli bəy əslən Sarıcalı tayfasındandır…Gəncə vilayəti xanlarının işi tərəqqidə olduğu zaman o, Gəncə tərəfə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu.(Bax: Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh.31).
Bəydili oymağı
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Didvarlı oymağı
Didvarlı oymağı — Kəngərli elinin qolu. XVIII-XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan Kəngərli mənşəli bir sıra oymaq, tayfa və tirələrin içərisində Didvarlı oymağının da adı çəkilir. İran hökmdarı Nadir şah Avşarın hakimiyyəti dövründə (1736–1947) inzibati cəhətdən Naxçıvandakı Didvarlı oymağı öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirdilər. Naxçıvan diyarının və Dərələyəz mahalının bir sıra kəndində yaşamış Didvarlı oymağı maldarlıqla məşğul olmuşlar. Babək rayonunundakı Didivar kəndinin adı Didvarlı oymağı ilə əlaqədardır.
Dəmirçili oymağı
Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri. == Yayılması və yerləşməsi == Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir. Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur. Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Gündüzlü oymağı
Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir: Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik. Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. == Tarixi == Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə еdən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. == Adın mənşəyi == Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Sırxavənd oymağı
Sırxavənd oymağı—Kolanı elinin qollarından biri. == Tarixi == Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü. İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu. Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var. == Ən yeni dövr == Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılır. == Həmçinin bax == Sırxavənd == Mənbə == Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.