Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Dimitris Pelkas
Dimitris Pelkas (26 oktyabr 1993) — Yunanıstanlı futbolçu. Fənərbaxça klubunun Yarımmüdafiəçisidir. == Futbol Kariyerası == === Paok === PAOK Saloniki-nin alt qruplarında futbolçuluq üçün təhsil almışdır. Pelkas, debutu 2 Avqustda Avropa Liqasında Apostolos Giannou ilə birlikdə gələn Bnei Yehuda-ya qarşı etdi. İlk peşəkar qolunu Bnei Yehuda ilə evdə 4-1 qazandıqda vurdu. Liqada 3 sentyabr 2012-ci ildə Atromitos ilə oyuna çıxdı. 22 Avqust 2013-cü il tarixində Pelkas, Futbol Liqasında oynayan PAOK FK-dan icarə əsasında Apollon Kalamarias ilə bir illik müqavilə imzaladı. 14 qol vuran və 10 məhsuldar ötürmə verən Pelkas klubun ən yaxşı futbolçularından biri idi. 7 iyul 2014-cü ildə Pelkas, Portuqaliyanın Primeira Ligasında oynayan PAOK FK-dan icarəyə götürərək Vitória ilə yeni bir illik müqavilə imzaladı. Vitória ona oyun zamanına zəmanət verdi və Pelkas bir çox oyunda fərq yaratdı.
Bəlbay
Bəlbay — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Balbau Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və Talış dilində "kicik qardaş" mənasında olması ehtimal edilir. 1917-ci ildə Balabur variantında qeydə alınmışdır. Dialektlərimizdə balbır suya batmamaq üçün tora bağlanan taxtalara deyilir. Güman etmək olar ki, kəndin adı balıqçılıqla bağlı yaranmışdır. == Etimologiyası == Kəndin adı Balabəy şəxs adınının təhrifidir.
Kristal Pelas FK
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Sadır Pəlvan
Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri. == Həyatı == Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi. == İli üsyanında iştirak == Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının fəal iştirakçısı olmuşdur.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. == Həyatının erkən dövrü == Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Osman Ərbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Ahmet Ərbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Peleşas
Peleşas (xorv. Pelješac, it. Sabioncello) — Xorvatiyanın cənubunda yerləşən yarımada. Yarımadanın uzunluğu 70 km, eni 3–8 km arasında dəyişir. == Ümumi məlumat == Peleşas materiklə ensiz bərzəxlə birləşir. Burada Stion şəhəri yerləşir. Yarımada materikdən Neretvan körfəzi, Mlet adasından Mlet boğazı, Korçula adasından Paeleşas boğazı ilə ayrılır. Yarımadanın ən ucqar nöqtəsi Müqəddəs İli dağıdır (961 m). Dağın ətəklərində Orebiç şəhəri vardır. İnzibati baxımından 4 icmaya bölünür.
Pelops
“Frigiyalı” və ya hətta “Frigiya kralı” olaraq bilinən Pelops, Frigiya ölkəsinin ən qərb ucunda, İzmir-Manisa arasındakı Spil dağı və Yamanlar dağı ətrafında, dağ ilə eyni adı daşıyan, lakin bu günümüzə qədər çox az iz qalmış, Sipylus şəhər mərkəzli ehtimal ki, eramızdan əvvəl XII əsrdə hökm sürmüş yerli bəy Tantal və həyat yoldaşı Dionanın oğlu, Niobenin qardaşıdır. Povest şəklində bu günümüzə qədər qalan məlumatlar qədim yunan mifologiyasından keçmişdir. Dövrü tarixi insanların və hadisələrin əfsanə və povestlərə və xüsusən də Qərbi Anadoluda olan Het/Luvi/Frigiya/Lidiya mədəniyyətlərinə görə fərqləndirmək çətin olduğu bir dövr olsa da, vətəni özündən bir neçə əsr sonra Lidiya mədəniyyətinin doğacağı məkan olacağına görə bəzi mənbələr, Pelopsu və buna görə Tantalı və Niobeyi Lidiyalı olaraq qəbul etmək üçün möhkəm bir zəmin olduğu qənaətinə gəlmişdilər. Rəvayətə görə Tantal oğlu Pelopsu Tanrılara qurban verdi və ətini onlara yedirtmişdir. Tanrılar bunu başa düşdükdə, Pelopsu yenidən diriltdilər və Tantalı cəzalandırdılar. Daha sonra Pelops Pisa kralı Oenomausun qızı Hippodameia ilə evləndi. Yunanıstana Anadolulu Pelops Spilindən böyük bir sərvətlə getmiş və onu orada da kral elan etmişdilər. Mora yarımadasının Qərb dillərindəki adı olan Peloponnes adı da Pelopsun adından gəlir. Bəzi mənbələr, qurduğu sülalədə özündən sonra gələn oğlu Atreusu, Het kralı III Hattuşilinin hakimiyyəti dövründə (e.ə. 1275-1250) Qərbi Anadolu sahil xəttinə hücumlar təşkil etdiyi, Hett qeydlərinə alınmış Ahhiyalı Attarsiya ilə əlaqələndirirlər.
Pelotas
Pelotas — Braziliyanın cənub əyalətində yerləşən və Rio-Qrandı-du-Sul qraflığında yerləşən şəhər.Şəhərin ümumi əhalisi 346,452 nəfərdir. == Tarix == Şəhərin əsası 1812-ci il iyulun 7-də qoyulub. == coğrafiya == Rayonun iqlimi: subtropik. Köppen təsnifatına görə iqlim Cfa kimi təsnif edilir. == Statistika == 2005-ci ildə ümumi daxili məhsul 2644,670 min real təşkil etmişdir (Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatları). 2005-ci ildə adambaşına düşən ümumi daxili məhsul 7721 real təşkil etmişdir (Braziliya Coğrafiya və Statistika İnstitutunun məlumatları). 2000-ci ilə kimi İnsan İnkişafı İndeksi 0,816-dır (BMT-nin İnkişaf Proqramının məlumatları).
Peltast
Peltast (q.yun. πελταστής) — Qədim dünyada yüngül silahlanmış piyada. Hoplitdən fərqli olaraq peltast ağır qalxan və qılıncla silahlanmırdı və falanqaya düzlənmirdi. Peltastların vəzifəsi düşmənin sırasını pozmaq və hoplitlərin hucumu üçün şərait yaratmaqdan ibarət idi, buna görə onlar yay-ox, sapan, atmaq üçün yüngül nizələrlə silahlanırdılar. Adətən döyüşü peltastlar başlayırdı, onlar düşmənin üzərinə ox, nizə, daş yağdırırdı. Bundan sonra sıraları pozulmuş düşmənə hoplitlər tərəfindən hucum edilirdi. == Mənbə == История Древнего Мира. Расцвет древних обществ.
Selvas
Selvas — Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Səlmas
Salmas (fars. سلماس‎, az.-əski. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Yelbis
Yelbis - türk və altay mifologiyasında dağ qızları. Yelbiz də deyilir. == Xüsusiyyətləri == Müqəddəs dağın iki qızına verilən addır. Bu dağın adı isə Yalbuz və ya Albuzdur. İran mifologiyasında Elbürz dağı deyilər. Yelbiz sözü eyni zamanda ruh, cin kimi mənalara gəlir. Yelbi adı verilən müqəddəs gücə sahibdirlər. Altaylılar "Abu Kaan" dağının qızlarına bu adı verərlər. Onlar, "Yelbi" deyilən gücə sahib olduqlarını üçün bu adı almışlardır. X və XI əsrlərdəki gürcü mənbələrində Qafqaz dağlarının adı "Yalbuz-Albuz" olaraq keçər.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Elbis
Elbis Xan - türk və altay mifologiyasında döyüş ilahəsi. İlvis (ilbis, Elvis, Yilbis) Xan şəklində də tanınır. Elbis Kuha (İlbis Kığha) olaraq da xatırlanır. Mərhəmətsizdir və insanlara mərhəmətsizliyi təlqin edər. Döyüşcü bir xarakteri vardır. Şeytanı xüsusiyyətlərə malikdir. İslamın təsiriylə bu söz "İblis" halını almışdır. Lakin əslində türkcədə bir çox mənfi mənası saxlayan (Yal/Yel/Hal/Al/El) kökündən törəmişdir. Döyüşlərdən əvvəl çağırılır və adına mərasimlər edilər. Onun sayəsində düşmənin atdığı oxlar geri özünə dönər.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Peluş
Peluş (fr. peluche) ön tərəfində uzun (8 mm-ə qədər) xovlu, bir növ məxmər olan parçadır. Xov ipək, yun, pambıq və ya polyester kimi sintetik liflər ola bilər. Kətanın özü həmişə pambıq parçadan hazırlanır. Dekorativ məqsədlər üçün, qadın geyimlərinin tikilməsi, maskarad və teatr kostyumları, mebel üzlükləri və bəzən avtomobil salonunun üzlənməsi üçün istifadə olunur. Peluş oyuncaq ayı və digər uşaq oyuncaqlarını hazırlamaq üçün istifadə olunur. Peluş, yumşaq və toxunuşa xoş olduğu üçün xüsusi dizayner oyuncaqlarının istehsalı üçün əsas materiallardan biridir. Onun xovlu bütün parça boyunca və ya ayrı-ayrı yerlərdə yerləşir. Məxmər ilə müqayisədə, peluş yığını daha az sıx və daha yüksəkdir. Liflərin növündən asılı olaraq, peluş kəsilə bilər (məxməri xatırladan), ilməli, birtərəfli, iki tərəfli.
Peqas
Peqas (bürc)
Plebs
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Henri Pelham
Henri Pelham (ing. Henry Pelham, 25 sentyabr 1694 – 6 mart 1754[…], London) — Britaniyanın dövlət xadimi, viqilər partiyasının üzvü, Britaniyanın 3-cü baş naziri. == Bioqrafiya == Henri Pelham siyasətçi ailəsində anadan olub. 1717-ci ildə o, Siford şəhərindən parlamentə üzv qəbul olunur. 1724-cü ildən Robert Uolpolun hökumətinə daxil olur və istefasına qədər orada qalır. Partiyaların koalisiyası sayəsində Pelem 1743-cü ildə Böyük Britaniyanın baş naziri, Birinci və Kansler Xəzinadar lordu olur. Birinci il real hakimiyyət dövlət katibi Con Karteleta məxsus olsa da, hökumətin sonrakı vacib fəaliyyətində əsas rolu Pelem və onun böyük qardaşı Tomas Pelem-Holls oynayır. Pelemin hakimiyyəti dövründə Böyük Britaniya bir neçə kolonial müharibələrdə iştirak etmişdir. Ən əsas hadisələrdən biri 1752-ci ildə təqvimin dəyişilməsi oldu. Belə ki, Böyük Britaniya qriqorian təqvimi qəbul etdi.
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.313 nəfər yaşayır.
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).