Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məliklik
Məliklik — xandan asılı vəziyyətdə olan, məlik tərəfindən başçılıq edilən kiçik feodal mülkiyyəti. Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Məlikli
Məlikli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs, həmçinin Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı və ya adlarının tərkib hissəsi: Tofiq Məlikli — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), filologiya elmləri doktoru (1994) Kəndlər: Məlikli — Ağdərə rayonunda kənd. Məlikli — Qəbələ rayonunda kənd. Məlikli — Yardımlı rayonunda kənd. Məlikli — Zəngilan rayonunda kənd. Məlikli — Zərdab rayonunda kənd. Aşıq Məlikli — Cəbrayıl rayonunda kənd.
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Gəlirlik əyrisi
Aşıq Məlikli
Aşıq Məlikli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşıq Məlikli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 9 noyabr 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == == Tarixi == 1918-ci il avqustun sonlarında ermənilər səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.
Məlikli (Ağdam)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Məlikli (Qəbələ)
Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur. Kənd 1999-cu ildə yaradılmışdır. Məlikli oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Məlikli (Zəngilan)
Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Məlikli (Şot)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli (Şövt)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tofiq Məlikli
Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; 31 avqust 1942, Kirovabad) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünası, tərcüməçisi, kulturoloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991) Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T.Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur.
Məlikli (Ağdərə)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
10 qəpiklik sikkə
10 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 10 qəpiklik sikkələr Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 10 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 10 qəpiklik sikkələrin ölçüsi isə 22,25 mm, çəkisi isə 5,25 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 qəpiklik sikkə
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir. == Mövzusu == Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsü və kütləsi == 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı Pul.
20 qəpiklik sikkə
20 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 20 qəpiklik sikkələr təhsil və gələcək mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 20 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 20 qəpiklik sikkələrin ölçüsi isə 24,25 mm, çəkisi isə 6,6 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı Pul.
3 qəpiklik sikkə
3 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 3 qəpiklik sikkələr yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsi isə 18 mm, çəkisi isə 3,45 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı Pul.
Periklin
Periklin — mineral, 1) [011] oxu üzrə ikiləşmiş və bu istiqamətdə də uzanmış plagioklaz; 2) natro adulyar. Periklin ikiləşməsi - plagio­klazlar üçün səciyyəvidir (xüsusilə metamorfik süxurlarda). Əsasən polisintetik. İkiləşmə oxu [010], ikiləşmə tikişi - çox vaxt (001 yaxın) mümkün kristal üzünə uyğun olmayan səth (rombik kəsim). Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
50 qəpiklik sikkə
50 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan yeganə bikolor sikkə – 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli – qızılı və gümüşü rəngdədir. Yan tərəfləri fərdi üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi isə 25,5 mm, çəkisi isə 7,7 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı Pul.
5 qəpiklik sikkə
5 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. 2023-cü ildə yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Hər iki sikkə paralel olaraq dövriyyədə olacaq. == Mövzusu == Hazırda dövriyyədə olan 5 qəpiklik sikkələr tarix mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 5 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 5 qəpiklik sikkələrin ölçüsi isə 19,75 mm, çəkisi isə 4,85 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı Pul.
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.