Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padarlar
Padarlar — Azərbaycanlıların etnoqrafik qruplarından biri. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور‎) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار‎) kimi yazmışdır. Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart(en) Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş, türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.. Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir.
Adamxan
Adamxan, Vardadzor (erm. Վարդաձոր) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor (erm. Վարդաձոր) qoyulmuşdur.
Darxan
Padran
Padran (port. Padrão) — Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Paldaran (Əhər)
Paldaran (fars. پالدرن‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (12 ailə).
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Bacey Darxan
Bacey — (saxa Бадьы, Bacı) XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan Moldoqor XVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Darxan Kıdırali
Darxan Kuandık oğlu Kıdırali (16 aprel 1974, Tülkübas rayonu[d], Çimkənd vilayəti) — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir. == Həyatı == Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb. == Fəaliyyəti == 2001-2005 - Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetində aparıcı mütəxəssis-tədqiqatçı, baş katib, şöbə müdiri, idarə rəisi, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2005-2006 - L.Gumilyov adına Avrasiya Milli Universitetində dosent, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2006-2007 - Qazaxıstan Respublikası Prezident Administrasiyası Mədəniyyət Mərkəzinin direktor müavini; 2007-2008 - Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində nazir müşaviri; 2008-2009 - Qazaxıstan Respublikası Prezident Administrasiyasında ekspert, idarə rəisi; 2009-2012 - Qazaxıstan Respublikası PrezidentAdministrasiyasında mətbuat katibinin müavini; 2012-2014 – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibinin müavini; 2014-ci ildən indiyədək Beynəlxalq Türk Akademiyasının Prezidentidir. 29 iyun 2015-ci il tarixindən Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının Katibliyinə sədrlik edir. Eyni zamanda, həmin Birliyin qurulmasında önəmli töhfələri olub. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbiri, 2016-ci ildə isə Nyu-Yorkda, BMT-nin qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu təşkil edib. 2016-ci ilin iyun ayındanindiyədək “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti İdarə Heyətinin sədridir.
Munnan Darxan
Munnan Darxan — Yakutların XVI əsrdəki toyonu. Bacey Darxan və Xanqalasın oğlu idi. Atası kimi tunquslara qarşı mübarizə aparmış, lakin Tuymada yaxınlığında məğlub olub öldürülmüşdü. Vəsiyyətinə əsasən yerinə ən böyük oğlu Tigin Darxan keçmişdir. Digər oğlunun adı isə Usun Oyun idi.
Tigin Darxan
Tigin Darxan (yak. Тыгын Дархан) - Saxa xalq qəhrəmanı, toyon. XVI əsrdə Saxanın Tuymada qəsəbəsində doğulmuşdu. Munnan Darxanın oğlu idi. Atasının ölümündən sonra tunqusları məğlub etmiş, Lena çayının sahilinədək Yakutiyanı birləşdirmişdi. Hökmdarlığının son dövründə Yenisey kazaklarının hücumuna uğrayan Tigin Darxan 1632-ci ildə ölmüşdür. Ölümündən sonra oğullarına knyaz titulu verilərək dvoryan sinfinə daxil edilmişdi. Oğulları: Beceke Ekurey Çallay Usun Oyun 1642-ci ildə Tiginin oğulları üsyana başladı və 700 nəfər əsgərlə yığaraq Yakutsk şəhərini mühasirəyə aldılar. Lakin toyonlar arasındakı anlaşmazlıq mühasirənin götürülməsinə səbəb oldu. May-İyun aylarında, buzların açılmasından sonra Yakutsk kazaklarının komandanı Pyotr Qolovin əks-hücuma keçərək üsyançıları məğlub etdi və Tiginin oğullarını diri-diri yandırdı.
Darxan-Uul vilayəti
== Ərazisi == 1994-cü ildə yaradılan Darxan-Uul vilayətinin 3 275 ərazisi Km2-dır. Darxan-Uul vilayətinə 4 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Darxan-Uul vilayətinin əhalisi 101 880 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.