DAİR

ə. 1) dövr edən, dönən, dolanan; 2) fəaliyyətdə olan, istifadə edilən; 3) haqqında, barəsində.

DAİN
DAİRƏ
OBASTAN VİKİ
Dair Şahbazov
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Antarktidaya Dair Konvensiya Katibliyi
Antarktidaya Dair Konvensiya Katibliyi (ing. Antarctic Treaty Secretariat) - beynəlxalq təşkilat. Antarktidaya Dair Konvensiya Katibliyi 1 sentyabr 2004-cü ildə Antarktidaya Dair Konvensiyanın Məsələhət Şurasının bazasında yaradılıb. Katibliyin mənzil qərargahı Argentinanın Buenos-Ayres şəhərində yerləşir. Hazırda təşkilata icraçı katib (Almaniya) rəhbərlik edir.
Qaçqınların statusuna dair konvensiya
Qaçqınların statusuna dair konvensiya- 1951-ci il tarixli Qaçqınların Konvensiyası və ya 28 İyul 1951-ci il tarixli Cenevrə Konvensiyası olaraq da bilinən Qaçqınların Statusuna dair Konvensiya, Birləşmiş Millətlər Təşkilatının qaçqının kim olduğunu müəyyənləşdirən və sığınacaq verilən şəxslərin hüquqlarını və sığınacaq verən ölkələrin vəzifələrini müəyyənləşdirən çoxtərəfli bir müqaviləsidir. Konvensiya, müharibə cinayətkarları kimi hansının qaçqın kimi seçilmədiyini də müəyyənləşdirir. Konvensiya, həmçinin konvensiyaya əsasən verilmiş qaçqın səyahət sənədləri sahibləri üçün bəzi vizasız səyahətləri də təmin edir. Qaçqın Konvensiyası, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, hər bir insanı təqiblərdən qurtulmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququnu tanıyan 14-cü maddəsinə əsaslanır. Qaçqın Konvensiyada nəzərdə tutulanlara əlavə olaraq dövlət tərəfindən qaçqınlar üçün nəzərdə tutulan hüquq və imtiyazlardan da istifadə edə bilər. Konvensiyanın qaçqınlar üçün yaratdığı hüquqlar öz hüquqi qüvvəsini saxlamaqdadır. Bəziləri 21-ci əsrin qaçqın münasibətlərinin mürəkkəb təbiətinin, milli dövlətin, əhali yerdəyişməsinin, ətrafmühit mühacirəti və müasir müharibənin inkişaf etməkdə olan təbiətini tanıyan yeni bir müqavilə tələb etdiyini iddia edirdilər. Buna baxmayaraq, geri qaytarılmamaq prinsipi (Maddə 33) kimi fikirlər bu gün də 1951-ci il tarixli Konvensiyanın mənbəyidir. Konvensiya 28 iyul 1951-ci ildə Birləşmiş Millətlər Təşkilatının xüsusi konfransında təsdiqləndi və 22 aprel 1954-cü ildə qüvvəyə mindi. Başlanğıcda Konvensiya 1 yanvar 1951-ci ilədək (II Dünya Müharibəsindən sonra) Avropa qaçqınlarını qorumaqla məhdudlaşdı, lakin dövlətlər Konvensiyadan irəli gələn müddəaların başqa yerlərdən gələn qaçqınlara da şamil edilə biləcəyini də bildirdilər.
Məlumatların Mühafizəsinə dair Direktiv
Fəhlə Məsələsinə dair Məşvərət Şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Qaçqınların Statusuna dair BMT Konvensiyası
Qaçqınların Statusuna dair BMT Konvensiyası (ing. Convention Relating to the Status of Refugees) — 28 iyul 1951-ci ildə Cenevrədə BMT Baş Assambleyasının 14 dekabr 1950-ci il tarixli 429 (V) saylı qətnaməsinə uyğun olaraq çağırılmış səlahiyyətli nümayəndələrin konfransı ilə qəbul edilmiş konvensiya (beynəlxalq müqavilə). 22 aprel 1954-cü ildə qüvvəyə minmişdir. Konvensiya “qaçqın” anlayışını müəyyənləşdirir və qaçqın statusunun verilməsinin ümumi əsaslarını müəyyənləşdirir. Konvensiya qaçqınlara qarşı hər hansı bir ayrı-seçkiliyi qadağan edir. Qaçqınlar, hüquqlarının bir hissəsini qəbul etdikləri ölkənin vətəndaşları ilə bərabər, digərlərini isə əcnəbilərlə eyni şərtlərdə istifadə edirlər. Konvensiya, milli təhlükəsizlik maraqları naminə qaçqınların qovulmasına icazə verir, lakin təqib olunmaq qorxusu ilə qaçdıqları dövlətə qayıtmasını qadağan edir. 2015-ci ilin aprel ayından etibarən Konvensiyaya 193 BMT üzvündən 145 dövlət qatılır. Rusiya 1967-ci il Konvensiyasına və Protokoluna Rusiya Federasiyası Ali Sovetinin 13 noyabr 1992-ci il tarixli qərarı ilə qatıldı. Qaçqınlar problemi Avropada Osmanlı, Avstriya-Macarıstan və Rusiya imperiyalarının süqutu, ərazi dəyişikliyi, soyqırımı hadisələri və nəticədə kütləvi kütlə hərəkatları ilə müşayiət olunan Birinci Dünya Müharibəsi kontekstində kəskinləşdi.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat (ing. socialist calculation debate; economic calculation debate) — Sovet Rusiyasında müharibə kommunizmi (azad ticarətin qadağan edilməsi) dövründə baş verən hadisələrin nəzəri aspektinə verilən ad; müharibə kommunizmi siyasəti “kapitalist” bazarının olmadığı bir şəraitdə iqtisadi qərarların qəbulu ilə bağlı nəzəri suallar doğurdu. Bir sıra iqtisadçılar maya dəyəri (pul) uçotuna müraciət etmədən iqtisadi dəyərlərin müqayisəsi problemini həll etməyə çalışmışlar. Белых А. А. Введение; Л.Д.Троцкий и возможность построения социализма // Лев Троцкий и политика экономической изоляции. Экономическая история в прошлом и настоящем / Российская акад. народного хозяйства и гос. службы при Президенте Российской Федерации (1000 nüs.). М.: Дело. Р. Б. Дэй; науч. ред.
Azərbaycan seçki dairələri
Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var. Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.
Ağcabədi seçki dairəsi
Ağdam kənd seçki dairəsi
Ağdam şəhər seçki dairəsi
Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balakən seçki dairəsi
Bandiaqara (dairə)
Bandiaqara — Malinin Mopti bölgəsinə daxil olan dairə. İnzibati mərkəzi Bandiaqara şəhəridir. Dairə 21 kommunaya bölünür.
Beyləqan seçki dairəsi
Blantire dairəsi
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. Blantire dairəsində 999,491 nəfər yaşayır.
Bolduin dairəsi (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Brevard dairəsi (Florida)
Brevard dairəsi (ing. Brevard County) — ABŞ-nin Florida ştatında yerləşən bir dairədir. Brevard dairəsinin əhalisi 2010-cu ilə görə 543.376 nəfərdir və Floridanın ən sıx əhalisi olan X dairəsidir. Brevard əyalətinin mərkəzi 1894-cü ildən bəri Titusville şəhərində yerləşir.
Culfa-Babək seçki dairəsi
Dairou (Mortal Kombat)
Dairou (ing. Dairou) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Dairə
Dairə — müstəvinin çevrə ilə əhatə olunmuş hissəsidir. Radius mərkəzi ilə onun çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçadır. Dairənin mərkəzindən keçən düz xətt onu diametri boyunca kəsir. Dairənin iki radiusu arasında qalan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsə söykənən vətər ilə əhatə olunan hissəsinə seqment deyilir. Dairənin müstəvi üzərində mərkəzi ətrafında fırlanması həmin dairənin özüdür. Dairə qabarıq fiqurdur. Radiusu r {\displaystyle r} , diametri d {\displaystyle d} olan dairənin sahəsi: S = π R 2 {\displaystyle S=\pi R^{2}} yaxud S = π d 2 4 {\displaystyle S={\frac {\pi d^{2}}{4}}} -dür. Burada π {\displaystyle \pi } = 3.141592… — sabitdir.
Dairə (1989)
Film müasir dövrümüzün ən aktual problemlərinə toxunmuşdur. Burada 1989-cu ildə Azərbaycanda baş verən siyasi hadisələrin bir ailəyə təsirindən danışılır. Film quruluşçu rejissor Ziya Şıxlinskinin diplom işidir. Film quruluşçu operator Rövşən Quliyevin diplom işidir.
Dairə (dəqiqləşdirmə)
Dairə
Dairə (film, 1989)
Film müasir dövrümüzün ən aktual problemlərinə toxunmuşdur. Burada 1989-cu ildə Azərbaycanda baş verən siyasi hadisələrin bir ailəyə təsirindən danışılır. Film quruluşçu rejissor Ziya Şıxlinskinin diplom işidir. Film quruluşçu operator Rövşən Quliyevin diplom işidir.
Dairə (film, 2000)
Dairə (fars. دایره‎) — rejissor Cəfər Pənahinin 2000-ci ildə çəkdiyi film. Film müasir İranda (XX əsrin sonları) qadınların asan olmayan talelərindən bəhs edir. Film Venesiya kinofestivalının ən yüksək mükafatı olan "Qızıl şir"-i qazansa belə İranda qadağan olunub. "Dairə" — bir neçə iranlı qadının öz həyatlarında hiss etdikləri cinsi diskriminasiyanı göstərən filmdir. Onlardan biri öyrənir ki qızının qız övladı dünyaya gəlib. Halbuki onlar uşağın oğlan olacağını gözləyirdilər. Ana burada qızının gələcəyi üçün narahat olur. Digər yanda isə yenicə həbsxanadan çıxmış bir neçə qadın göstərilir. Onlar pul tapıb öz doğma kəndlərinə qayıtmaq istəyirlər.
Dakar dairəsi
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Dallas (Texas dairəsi)
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur. Əhməd bəy Cavanşir "1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir. Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır. Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya — 7 noyabr 1952-ci ildə Cenevrədə qəbul edilmişdir. Konvensiyanın tərəfləri rüsumsuz mağazalar əsasında nümunələrin (əhəmiyyətsiz olduqda) və reklam materiallarının (reklam kataloqu, broşura və s.) idxalını təmin etməyi öhdələrinə götürürlər. 1962-ci ildə 8 iyun 1961-ci il tarixli "Sərgilərdə, Yarmarkalarda, Yığıncaqlarda və ya digər bu kimi tədbirlərdə nümayiş etdirilməsi və ya istifadəsi üçün malların gətirilməsinin asanlaşdırılmasına dair Gömrük Konvensiyası" qəbul edildi. Müqavilə əvvəlcə 6 ölkə (Belçika, Almaniya, Yunanıstan, İsveç, Böyük Britaniya, ABŞ) tərəfindən imzalanmışdır, 65 ölkə onun iştirakçısıdır: BM razılaşmalar bazasında sənəd kartı — International Convention to Facilitate the Importation of Commercial Samples and Advertising Material. Geneva, 7 November 1952 (ing.) Certified English and french text of the convention, UN Treaty. (United Nations, Treaty Series, vol. 221, p.

Digər lüğətlərdə