Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çapağan
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi.
Qapağan xaqan
Qapağan xaqan (VII əsr – 716, Mancuriya)— Aşina sülaləsindən Göytürk xaqanı. Əsl adı Moçur (阿史那默啜) olmuşdur. == Taxta çıxmazdan öncə == 664-cü ildə doğulmuş, 682-ci ildə şad təyin olunmuşdu. 692-ci ildə İlteriş xaqan öldü. Onun qardaşı Qapağan xaqan hakimiyyətə gəldi, çünki Bilgə hələ çox gənc idi. == Hakimiyyəti == Hakimiyyəti əsasən işğalçı siyasət güdmüşdür. Hakimiyyətə gələn kimi Çinə hücum edən xaqan daha sonra 697-ci ildə kidan tayfalarının Çinə olan üsyanına kömək etdi. Çinin zəifləyəcəyini düşünən Moçur, Kidanların hökmdarı Li Cinçonqun özünü Muşanq xaqan (Özündən başqasına tabe olmayan xaqan - 無上可汗) elan etməsindən sonra fikrini dəyişdi. Muşanq xanın ölümündən sonra yerinə qaynı Su Vanronq keçdi və 697-ci ildə kidanlar bir daha türklərlə ittifaqa girmək yolunu seçdilər lakin xaqan imtina etdi. Həmin ilin yayında xaqan kidanların paytaxtını ələ keçirərək, üsyanı birdəfəlik məğlub etdi.
Yaxalayıcı, qapağan
Yaxalayıcı, qapağan - (ingiliscə grabber, rusca средство захвата) - 1. Verilənləri toplamaq üçün qurğu. Çox zaman bu termin kompüterin videoadapterinin videokameradan və ya başqa videoinformasiya mənbəyindən görüntünü qəbul edən xüsusi növünü bildirir; belə verilənləri qəbul edən və onları yaddaşda yerləşdirən aparat vasitəsi kadryaxalama qurğusu (FRAME GRABBER) və ya video dicitayzer adlanır (VIDEO DIGITIZER). Cari anda ekranda olan görüntünün “ani şəklini çəkən” proqram təminatını göstərmək üçün də bu termin işlədilir. 2. Siçan göstəricisinin “yaxalamaq” üçün əli xatırladan xüsusi forması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çapağan bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çapağan (dəqiqləşdirmə)
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi. Çapağan (Şəki) — Şəki rayonunda kənd.
Çapağan (Şəki)
Çapağan — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Küngüt kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çapağan Şəki rayonunun Aşağı Küngüt inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim eyniadlı çayın adındandır. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir ki, onun da 161 nəfəri kişi, 165 nəfəri isə qadındır. .
Çapaqan (Meşkinşəhr)
Çapaqan (fars. چپقان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşkin kəndistanında, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 447 nəfər yaşayır (99 ailə).
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Popayan
Popayan — Kolumbiya şəhəri, Kauka departamentinin inzibati mərkəzi. == Etimologiyası == Popayan sözü yerli bir dildən gəlir. Bu sözün mənşəyi haqqında müxtəlif nəzəriyyələr vardır, lakin hərfi mənası: Po- "İki"; pa-"qamış"; yan- "kənd", yaxud "Qəbir çatıları olan iki kənd". Digər bir nəzəriyyə deyir ki, Popayan sözü, hazırda Las Tres Kruses təpəsi kimi tanınan Eme Hill ətrafında yaşayan Payan adlı yerli "Kasike" adından gəlir. == Tarixi == Popayan, Lima, Kito və Kartexena arasında yerləşdiyi müstəmləkə dövrü ərzində çox əhəmiyyətli bir şəhər idi. Sakit okeanın aşkarlanmasından sonra belə, Popayan, İspaniyaya keçərkən Kartexenaya gedən qızıl və digər sərvətlər üçün transfer nöqtəsi olaraq qaldı. Popayan, həmçinin müstəmləkə mədəni kimi xidmət etmiş və 1760-1819-cu illərdə qızıl eskudo sikkələr və gümüş reallıqları ilə müxtəlif nominallı istehsal olunmuşdur. 1826-cı ildən sonra yeni Kolumbiya Respublikası sikkə istehsalını davam etdirməyə başladı.Popayan bir neçə zəlzələ nəticəsində məhv olmuşdur. 1983-cü il 31 martda ən son və dağıdıcı zəlzələ oldu və səkkiz saniyə davam etdi. Şəhərin yenidən qurulması on ildən çox vaxt apardı və bu gün yenidən qurulmayan bəzi əraziləri hələ də görmək mümkündür.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zayağan
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Euseius papayana
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Paynaqan
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Adagan
Adaqan
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.