Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Petrol
Petrol (mahnı) —
Petrol (mahnı)
Petrol Ofisi
Petrol Ofisi 18 fevral 1941-ci il tarixində neft məhsullarının idxalı, depolaması, ayırılması və paylanması məqsədi ilə dövlət şirkəti olaraq qurulub. 1983-cü ildə anonim şirkətə çevrildi. 2000-ci ildə şirkət özəlləşdirildi və 13 mart 2006-cı ildə Avstriya neft şirkəti OMV şirkətin %34-ni, 2010-cu ildə isə %54-ni toplamda 2,4 milyard ABŞ dollarına satın aldı. 2016-cı ildə 9 milyard satış gəliri əldə edən Petrol Ofisi Türkiyənin ən böyük özəl sektor şirkətlərindən biridir. 1709 ədəd yanacaqdoldurma məntəqəsi, 1 sürtkü yağları fabriki, 10 yanacaq və 4 LPG terminal, 20 hava limanı təminat modulları və 1,1 milyon kub metr anbar tutumu ilə Türkiyənin lider yanacaq və sürtkü yağı şirkətidir. Petrol Ofisi sürtkü yağları və qres istehsalını 140.000 ton istehsal qabiliyyətinə sahib fabrikində həyata keçirir.
British Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Britiş Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Petrologiya və metallogeniya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm.Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki,analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Tarixi == === XX əsrin 20-ci illəri === İlk petroloji tədqiqatlar XX əsrin əvvəllərin də epizodik səciyyə daşımış və yalnız ayrı-ayrı intruzivlərin tərkibinin öyrənilməsini əhatə etmişdir. Sonralar intruziv va effuziv süxurların petroqrafik tərkibi va yaşı daha geniş tədqiq olunmağa başlanmışdır.Respublikanın regionlarında yayılmış maqmatik süxurların petroqrafik cəhətdən tədqiqi Aslan Vəzirzadə,Ş.Əzizbəyov və M.Qaşqayın adları ilə bağlıdır. === XX əsrin 30-cu illəri === XX əsrin 30-cu illərinin sonundan respublikanın maqmatik süxurlarının petroqrafik tədqiqi daha sistemli xarakter almışdır.Tədqiqatlar maqmatik komplekslərin yaşı,strukturu və maddi tərkibinin öyrənilməsinə və onların endogen yataqların əmələ gəlməsindəki roluna həsr edilmişdir.Ş.Əzizbəyovun və M.Qaşqayın maqmatik süxurların petroqrafiyasına aid tədqiqatları ayrı-ayrı regionların və burada yayılmış iri intruziv massiv və onlarla genetik əlaqədə olan faydalı qazıntı yataqlarının geologiyasının öyrənilməsi və respublikada metallogenik tədqiqatların aparılması üçün zəmin yaratmışdır. === XX əsrin 50-ci illəri === XX əsrin 50-ci illərindən başlayaraq petroloji tədqiqatlarda yeni üsulların tətbiqi və nisbətən zəif öyrənilmiş geoloji obyekt və proseslərin tədqiqi,maqmatizmin tektonika və filizləşmə ilə qarşılıqlı əlaqəsi,ayrı-ayrı tektonik zonala da metallogenik qanunauyğunluqların öyrənilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Çıraqdərəsi-Toğanalı kükürd-kolçedan yataqları qrupunun geologiya və mineralogiyasına,Kiçik Qafqazın şimal şərq hissəsinin polimetal yataqlarının mineraloji-geokimyəvi xüsusiyyətlərinə, habelə Naxçıvan MR-in geologiyasına həsr edilmiş tədqiqatlar aparılmışdır.Kiçik Qafqazın şimal-şərq hissəsinin Mezozoy vulkanogen kompleksləri,Daşkəsənin petrologiya və metallogeniyası,Mehmana və Gədəbəy intruzivlarının petrologiyası və filizliliyi tədqiq edilmişdir. Ayrı-ayrı regionlarda müxtəlif geoloji obyekt və proseslər öyrənilmiş,petrologiya və metallogeniyaya dair yeni məlumatlar əldə edilmiş,vulkanplutonik assosiasiyaların toleit, latit və ahəngli-qələvili seriyalarının riftogen,adalar qövsü və Orogen inkişaf rejimlərinin ayrılması elmi cəhətdən əsaslandırılmışdır.Filiz rayonlarının regional petroloji və petrogenetik modelləri işlənib hazırlanmış,maqmatizmin təkamülü,vulkanizm və plutonizmin təzahür şəraiti bərpa olunmuş və maqmatik formasiyaların filizliliyinin petroloji meyarları tədqiq edilmişdir. === 1970–1985-ci illər === 1970–85 illərdə petroloji və metallogenik tədqiqatlar formasion təhlil əsasında aparılmış, maqmatik törəmələrin formasiyalar üzrə təsnifatı verilmişdir.Metallogenik tədqiqatlarda geokimyəvi üsullardan istifadə edilmiş,riyazi üsullar tətbiq olunmuşdur.Kiçik Qafqazın bir sıra qranitoit intruzivlərinin filizliliyi proqnozlaşdırılmış,ayrı-ayrı sahələr üzrə 1:200000 miqyaslı maqmatik formasiyaların xəritələri tərtib edilmişdir(1976).Bu tədqiqatlar 1:500000 miqyasla "Azərbaycanın maqmatizm və metamorfizm xəritəsinin"(1979) əsasını təşkil etmişdir. Mineragenik tədqiqatlar nəticəsində faydalı qazıntı yataqlarının 1:500000 miqyaslı xəritəsi (1977),"Azərbaycanın maqmatik və filiz formasiyaları" xəritəsi (1980) Azərbaycanın 1:500000 miq yaslı metallogenik xəritəsi (1980) nəşr edilmiş,yataqların riyazi,geoloji-genetik, geokimyəvi modelləri tərtib edilmiş,dəqiq strukturu,mineral tərkibi və geokimyası öyrənilmişdir.
Petrolul Ployeşti FK
Petrolul — Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. == Tarixi == 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Petrolatum
Petrolatum (petroleum , lat.-“neft”) – neft yağlarının deparafinləşməsi nəticəsində alınan karbohidrogenlərin qarışığından ibarət olan mürəkkəb kombinasiyadır. == Petrolatumun tərkibi == Petrolatumun tərkibi -əsasən doymuş kristallik və maye halda olan, və tərkibində karbonun miqdarı C25-dən çox olan karbohidrogenlərdən ibarətdir. Xarici görünüşü – qatı, açıq-qəhvəyi rəngdə, damcı düşmə temperaturu 55-650C, qaynama temperaturu 230-2550C-yə malik məhsuldur. == Tətbiqi == Petrolatum kosmetik vasitələrdə və şəxsi gigiyena vasitələrində geniş istifadə olunur, dünyanın bu sahədə olan aparıcı istehsalçılar tərəfindən zərərsiz maddə kimi qəbul edilib. Azərbaycanın unikal neft yataqlarından alınan və naften karbohidrogenlərin əsasında istehsal olunan Ağ petrolatum (ing. White Petrolatum) olduqca effektiv tibbi və kosmetik vasitə sayılır. Ağ petrolatum – tam təmizlənmiş, rafinə edilmiş, iysiz və rəngsiz, böyük istifadə müddəti olan petrolatumdur. Eyni zamanda ağ petrolatum müvəqqəti ağrı ilə müşahidə olunan müəyyən dəri xəstəliklərində ağrıkəsici vasitə kimi də istifadə olunur. Naftalan nefti iltihab proseslərinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ağrıların azalmasına təsir göstərir. Ənənəvi neftdən alınan petrolatum texnikada və sənayedə serezin üçün xammal kimi istifadə edilir; sürtkülərin, elektrik izolyasiya tərkiblərin komponentlərindən birisi kimi istifadə olunur.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Aleksandr Petrov
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). Aleksandr Petrov (basketbolçu) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı.
Andrey Petrov
Andrey Petrov (bəstəkar) — məşhur sovet-rus kino bəstəkarı. Andrey Petrov (atlet) — Özbəkistanlı marafonçu.
Dmitri Petrov
Dmitri Yuryeviç Petrov (rus. Дми́трий Ю́рьевич Петро́в; 16 iyul 1958, Novomoskovsk, Tula vilayəti) – rusiyalı sinxron tərcüməçi, KazGUU Universiteti Ali Humanitar Məktəbinin professoru. 2012–2016-cı illərdə Rusiayn;n "Mədəniyyət" telekanalında "Poliqlot" realiti-şousunun teleaparıcısı və müəllimi olub.
Katolikos Petros
Katolikos Petros — Albanların XXXXIV katolikosu. == Katolikosluğu == Katolikos VI Davuddan sonra taxta çıxıb və altı il taxtda oturub. Katolikos VII Davuddan sonra kürsüyə çıxıb və on səkkiz il kürsüdə oturub. Moisey Kalankatlı və Mxitar Qoş onun Girdiman yepiskopluğundan seçildiyini qeyd edir.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Petros Adamyan
Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849, Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası – 4 iyun 1891, Konstantinopol) — erməni aktyoru. == Həyatı == Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin Rusiya və Ukrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir.
Petros Psukas
Petros Psixas (yun. Πέτρος Ψυχάς; 28 avqust 1998, Limasol, Limasol rayonu[d]) — Kipr Birinci Diviziya təmsilçilərindən olan Apollon Limassol klubunda hücumçu kimi çıxış edən peşəkar Kipr futbolçusudur. == Klub karyerası == Psixas öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə Omoniya klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. Uzun müddətli zədədən sonra Psixas 2017-ci ilin aprel ayında yenidən U-21 komandasına geri dönmüşdür.
Qriqori Petrov
Qriqori Petrov (hərbçi)
Stanislav Petrov
Stanislav Petrov (rus. Станислав Евграфович Петров) (7 sentyabr 1939, Vladivostok, RSFSR, SSRİ – 19 may 2017, Fryazino, Moskva vilayəti)-Rus Strateji Roket Qüvvələrinin sabiq polkovnik-leytinantı. 26 sentyabr 1983-cü ildə radarlarda ABŞ-nin SSRİ-yə qarşı kütləvi raket hücumuna başladığını görür. Əvvəlki təcrübələrinə əsaslanaraq bunun komputerlərin səhvi ola biləcəyini düşünür və rus ordusunun proseduralarına məhəl qoymayaraq gözləməyə qərar verir. Onun bu qərarı hərbçi karyerasını bitirsə də, SSRİ tərəfindən ABŞ-yə ediləcək nüvə hücumunun qarşısını almaqla nüvə müharibəsinin baş verməsini önləyir. == Həyatı == Tam adı ilə Stanislav Evgrafovich Petrov 7 sentyabr 1939-cu il tarixində Vladivostok şəhəri yaxınlığında anadan olmuşdur. Atası Yevqraf II Dünya müharibəsi zamanı Hava qüvvələrində xidmət etmişdir. Anası isə tibb bacısı olmuşdur. Sovet hava qüvvələri nəzdində Kiyev Yüksək Texnologiyalar kollecinə daxil olan Petrov 1972-ci ildə buranı bitirmiş və Sovet Havadan Müdafiə Qüvvələrinə qəbul edilmişdir. 1970-ci illərin əvvəllərində o NATO ölkələrinin ballistik raket hücumlarını aşkar etmək üçün nəzərdə tutulan erkən xəbərdarlıq sisteminə nəzarətçi vəzifəsinə təyin olunur.
Svetoslav Petrov
Svetoslav Petrov (bolq. Светослав Петров; 12 fevral 1978, Dobriç[d]) — keçmiş bolqar futbolçu, yarımmüdafiəçi mövqeyində çıxış edib. Hazırda Bolqarıstanın "Dobruca" klubunun baş məşqçisidir. == Həyatı == === Klub karyerası === Petrov doğulduğu Dobriç şəhərini təmsil edən "Dobruca" klubunun yetirməsidir. Peşəkar karyerasını da 1996-cı ildə məhz burada başlayıb. 1999-cu ilə qədər "Dobruca" klubunda çıxış edib. Bu müddət ərzində komandanın heyərində 59 oyun keçirib. 2000-ci ildə "MOİK Sofiya" komandasına keçib. İlk mövsümündə komandanın heyətində 13 oyun keçirib, 2 qol vurub. "MOİK" mövsümü ikinci yerdə bitirb.
Vsevolod Petrov
Vsevolod Alekseyeviç Petrov (21 fevral 1896 – 1955) — sovet paleobotaniki, sovet spor-tozcuq metodunun yaradıcılarından biri, biologiya elmləri namizədi, Leninqradın Petroqrad rayon sovetinin deputatı (1928–1931-ci illərdə). "Dağlıq Qarabağın etnobotanikası" monoqrafiyasının müəllifi. Petrov Azərbaycanda beş ekspedisiya keçirdi. 1934-cü ildə Araz sahilində, Karyagino (indiki Füzuli) yaxınlığında qədim Roma XII Fulminata legionu qeyd edən latın daş yazısı aşkar etmiş, lakin yazının məlum olduğuna inanaraq ona heç bir əhəmiyyət verməmişdir. 1939-cu ildə monoqrafiyanı tamamlamaq üçün bir il SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Botanika İnstitutunun ştatlı əməkdaşı olmuş, burada eyni vaxtda yerli arxeoloji ərazilərdən olan bitki qalıqlarının təhlili ilə məşğul olmuşdur. 1940-cı ildə onun “Dağlıq Qarabağın etnobotanikası” adlı monoqrafiyası nəşr olunub. Orada botanika və təsərrüfat istifadəsi baxımından Dağlıq Qarabağ bitkilərinin 100 növü təsvir verilmiş, həmçinin onlarla bağlı müxtəlif kult və inanclar barədə etnoqrafik məlumat var.
Yevgeni Petrov
Yevgeni Petroviç Katayev (Petrov) (30 noyabr (13 dekabr) 1902, 30 noyabr (13 dekabr) 1903 və ya 30 noyabr 1903, Odessa, Rusiya imperiyası – 2 iyul 1942[…] və ya 2 aprel 1942, Rostov vilayəti) — Sovet yazıçısı. == Həyatı == 13 dekabr 1903-cü ildə Odessada doğulub. 1920-ci ildə gimnaziyanı bitirdikdən sonra Moskvaya köçən (1923) Yevgeni Petrov jurnalistika ilə məşğul olmağa başlayır. 1925-ci ildə "Qudok" qəzetinin redaksiyasında İlya İlflə tanış olduqdan sonra birgə əməkdaşlıq nəticəsində bir neçə felyeton və "12 Stul" və "Qızıl Dana" povestlərini yazmışdır. 2 iyul 1942-ci ildə Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuşdur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. == Arxa plan == Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. == Sığınma == Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 (22) oktyabr 1894, Dnepr – 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. == Həyatı == Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
Ağa Petros
Ağa Petros və ya Bazlı Petros Eliya (süry. ܐܝܠܝܐ ܦܹܛܪܘܼܣ; 4 aprel 1880 – 2 fevral 1932, Tuluza) — aysor hərbi lideri. O, Birinci Dünya müharibəsindəki fəaliyyətləri ilə tanınır. == Həyatı == Petros Eliya 1880-ci ildə Osmanlı imperiyasının Aşağı Baz kəndindən idi. İbtidai təhsilini orada almış, sonra İranın Urmiya şəhərində Avropa missioner məktəbinə getmişdir. Təhsilini başa vurduqdan sonra yenidən yaşadığı Baz kəndinə getmiş və orada müəllimlik etmişdir. Süryanicə, türkcə, ərəbcə, fransızca, farsca, kürdcə, ingiliscə və rus dilləri də daxil olmaqla bir çox dilləri bildiyi üçün Osmanlılar tərəfindən katib, 1909-cu ildə isə qısa müddətə Urmiya konsulluğu vəzifəsinə təyin edilmişdir. Bəzi tarixçilər hesab edirlər ki, Petros Eliya sadəcə öz ambisiyaları ilə maraqlanırdı. Müttəfiqlərin hərbi məsləhətçiləri onun Mar Şimuna qarşı hiylə qurduğunu, Müttəfiqləri ona etibar etməkdən çəkindirməyə çalışdığını bildirmişdilər. Müttəfiqlər tərəfindən də ona etimad göstərilmədiyi bildirilir.
Petros Duryan
Petros Abraamyan Duryan (erm. Պետրոս Աբրահամի Դուրեան, əsl soyadı Zmbayan, erm. Զըմպայեան; 20 may (1 iyun) 1851, Üsküdar, Konstantinopol, Osmanlı imperiyası – 21 yanvar (2 fevral) 1872, Konstantinopol, Osmanlı imperiyası) — erməniəsilli Osmanlı şairi. == Həyatı == Petros Duryan 1851-ci ildə Konstantinopolda, Üsküdar ərazisində kasıb bir dəmirçi ailəsində anadan olmuşdur. 1867-ci ildə bitirdiyi Üsküdar məktəbini bitirmişdir. Həmin il kasıb ailəsinə kömək etmək üçün işə düzəlməyə çalışmışdır. Petros əvvəlcə əczaçı şagirdi, sonra katib və ev müəllimi olmuşdur. Buna baxmayaraq, o, şeiriyyata yönəlməyə başlamışdır. Hələ məktəbdə oxuyan zaman ədəbiyyatla yaxından maraqlanmışdır. Sonradan teatrla məşğul olmağa başlamışdır.
Petros Gevondyan
Petros/Peto Gevondyan (erm. Պետրոս Ղևոնդյան; 30 yanvar 1964, Proşyan, Əştərək rayonu – 14 fevral 1994, Ömər aşırımı, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu, 77-ci özünümüdafiə batalyonun komandiri. Gevondyan, 1994-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində baş vermiş Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür. O, erməni mənbələrində Kəlbəcər əməliyyatının əsas səhra komandirlərindən biri kimi təqdim edilir. Gevondyan 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi Çaykənd əməliyyatından sonra Dağlıq Qarabağa gəlmişdir. 1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurduqdan sonra şöhrət qazanmışdır. Ölümündən sonra adı Ermənistanda bir necə küçə və təhsil müəssisələrinin otaq və dinləmə zallarına verilmişdir. == Həyatı == Petros Gevondyan 1964-cü ilin 30 yanvar tarixində Ermənistan Sovet Sosialist Respublikasının Kotayk mərzinə daxil olan Proşyan kəndində anadan olub. İrəvan Dövlət Universitetinin Radiofizika faklütəsində təhsil alıb. 1991-ci ildə baş vermiş Çaykənd əməliyyatından sonra Birinci Qarabağ müharibəsində iştirak etməyə qərar vermişdir.
Petro-Canada
Petro-Canada — Şimali Amerikanın ən böyük neft şirkətlərindəndir. Baş qərargahı Kanadanın Kalqari şəhərində (Alberta əyaləti) yerləşir. Petro-Canada 1975-ci ildə Crown Corporation tərəfindən qurulmuşdur. Şirkət həmçinin avtomobil və sənaye yağları istehsalı ilə şöhrət qazanmışdır. Şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi də fəaliyyət göstərir.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir.
Petro Paxnyuk
Petro Paxnyuk (26 noyabr 1991, Kiyev) — Azərbaycanı və Ukraynaı təmsil edən idman gimnastı, Avropa Çempionatının qalibi. == Karyerası == Petro Paxnyuk 2013-cü ildə Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarında 2 gümüş medala sahib oldu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Petro Paxnyuk Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ildə Petro Paxnyuk Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Petro Vladimiroviç Paxnyuk "Tərəqqi" medalı ilə təltif edildi. 2014–2015-ci illərdə bir sıra beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan Çempionatlarında medallara sahib olan Petro Paxnyuk Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ümumi nəticədə Petro Paxnyuk təsnifat mərhələsini 84.215 balla 34-cü pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. Olimpiadadan sonra, 2017-ci ildə Petro Paxnyuk Azərbaycan yığmasından imtina elədi və yenidən Ukrayna yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Həmin ilin avqustunda Petro Paxnyuk Tayvanda baş tutan Universiada Oyunlarını 2 gümüş medalla başa vurdu. Petro Paxnyuk 2019-cu ildə Polşada baş tutan Avropa Çempionatında gümüş və Belarusda baş tutan Avropa Oyunlarında bürünc medallara sahib oldu.
Pedro Petrone
Pedro Petrone (isp. Pedro Petrone, 11 may 1905, Montevideo – 13 dekabr 1964, Montevideo) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 . == Karyera == Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub. Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.
Azpetrol
"Azpetrol Ltd" MMC — Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkəti. == Rəhbərlik == "Azpetrol.Ltd MMC" şirkətinin Baş direktoru Məmmədov Ceyhun Əhməd oğlu-dur == Ümumi məlumat == "Azpetrol" şirkəti 1997-ci il iyulun 15-dən fəaliyyətə başlayıb. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi Bakı şəhərində istismara verilib. Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 100 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 17 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilib. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir. Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 90 ədəd yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır. Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.