Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piksel
Piksel (bəzən də pel, ing. pixel, pel — pix element sözlərinin ixtisarıdır) — rastr qrafikasında ikiölçülü rəqəmsal təsvirin ən kiçik məntiqi elementi və ya təsviri formalaşdıran ekran matrisinin fiziki elementi. Piksel bölünməz düzbucaqlı və ya yumru formadan təşkil olunmuşdur və müəyyən rənglə xarakterizə edilir. Rastr kompüter təsviri sətirlər və sütünlarlar üzrə yerləşmiş piksellərdən ibarətdir. Həmçinin Pikseli səhvən işığa həssas matrisin (sensel — sensor element) elementi də adlandırırlar. Təsvir nə qədər çox pikseldən ibarətdirsə, təsvirin keyfiyyəti də bir o qədər yüksəkdir. Əgər təsvirin miqyası böyüyürsə, piksellər böyük hissələrə çevrilir. İnterpolyasiya vasitəsilə pilləlilik hamarlamaq olar.
Piksel sənəti
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Piksellər (film, 2015)
Piksellər — rejissorluğunu Kris Kolumbusun etdiyi, 2015-ci ildə yayımlanan ABŞ döyüş-animasiya filmdir. 1982-ci ildə üç dost Sem Brennder, Vill Kuper, Ladlou Lamansoff və Eddi Alov Püskürdən Plant, atari salonlarında dünyanı yüzlərcə dəfə xilas etdilər və indi onlar dünyanı həqiqətən xilas etməyə çalışacaqlar. ABŞ Prezidenti Kuperin PAC-MAN, Donkey Kong, Galaga, Centipede və Space invaders-in hücumlarını əngəlləmək və dünyanı xilas etmək üçün videooyun qəhrəmanlarından kömək istəməkdən başqa şansı qalmamışdır.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Diesel
Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. == Tarix == 1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi. == Fəaliyyət == Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həm də 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Göksel
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Prikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend Audeşild Adada onlarla kiçik qəsəbə yerləşir.
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Voksel
Voksel (Voxel) – həcmli görüntü elementi; üçölçülü fəzada rastr elementinin qiymətini özündə saxlayır. “Volumetric pixel” (“həcmli piksel”) sözlərindən yaranıb. Voksellər üçölçülü fəzada piksellərin analoqudur. Voksel modellərdən çox zaman tibbi və elmi informasiyaları vizuallaşdırmaq üçün istifadə olunur. Piksellərdə olduğu kimi, voksellər də fəzadakı koordinatları haqqında informasiyanı özündə saxlamır. Onların koordinatları üçölçülü matrisdəki yerlərinə görə hesablanır. Bununla voksellər vektor qrafikası obyektlərindən fərqlənir, belə ki, vektor qrafikasında obyektlərin dayaq nöqtələrinin (təpələrin) koordinatları və başqa parametrlər məlum olur. Hər bir vokselin müəyyən qiyməti, məsələn, rəngi olur. Voksel modeli saxlamaq üçün X×Y×Z ölçülü massivdən istifadə olunur. Sıxılmamış voksel modelləri vektor modellərlə müqayisədə emal üçün yaddaşda daha çox yer tutur.
Düksel
Düksel (fr. sauce duxelles) toyuq, hinduşka içalatı, şorba və souslarda istifadə edilə bilən göbələk, soğan və ətirli göyərtilərin qarışığıdır. Yeməklərə göbələk dadı əlavə etmək üçün istifadə edilən məhsul olsa da, məzə kimi də hazırlana bilər. Hazırlandıqdan sonra hissələrə ayrılaraq dondurula bilər. Onun ilk dəfə XVII əsrdə yaşamış fransız aşpazı olan Fransua-Pierre de la Varen tərəfindən hazırlandığı və onu işə götürən Markiz d'Uxellesin şərəfinə belə adlandırdığı güman edilir. Onun əsas tərkib hissəsi çox incə doğranmış göbələk və soğandır. Göyərti kimi kəklikotu və ya mərzədən müntəzəm olaraq istifadə olunur. Duz və istiot, həmçinin də kokos palması tozu əlavə edilərək dadı daha daha da fərqli edilə bilər. Bəzi aşpazların reseptlərində isə konservləşdirilmiş ağ şəraba, sarımsağa və qaymağa da rast gəlmək mümkündür. İstifadə ediləcəyi reseptin strukturundan asılı olaraq, çörək qırıntıları, üyüdülmüş çörək qırıntıları və ya qovrulmuş unla onun konsistensiyasını artırmaq, sousa yaxın bir tutarlılıq üçün isə onu qatılığını qaymaq və ya bulyon ilə seyreltmək mümkündür.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Fernando Riksen
Fernando Riksen (nid. Fernando Ricksen; 27 iyul 1976, Herlen[d], Limburq[d] – 18 sentyabr 2019, Erdri[d], Nort-Lanarkşir[d]) — niderlandlı futbolçu. == Karyerası == === Klub karyerası === Kerkrade şəhərindən "Rod" klubunun futbol akademiyasının şagirdi olmu.dur. 1993-cü ildə klubun "Fortune" klubunun əsas hissəsində Sittard-dan ilk diviziondan yuxarıya qədər çıxıb. Karyerasında növbəti klub Alkmarski AZ idi. 2000-ci ildə Scottish "Rangers" a 3.6 milyon funt sterlinqə keçdi. 2004/05 mövsümündə klubun ən yaxşı oyunçusu oldu, bəzi matçlarda kapitanın armbandı ilə sahəyə girdi. Həm də Riksen, John Hartson ilə "SchPFA oyunçularına görə ilin oyunçusu" unvanını paylaşdı. 2006-cı ilin yayında Hollandiyalı məşqçi Dik Advocaat onu Zenit-Sankt-Peterburqa dəvət etdi. Başlanğıcda Riksen icarəyə götürüldü və 2006-cı ilin noyabr ayında onun köçürülməsi satın alındı.
Friksel gölü
Friksel gölü (ing. Lake Fryxell) — Antarktidada, Viktoriya Landda yerləşən şirinsulu göl. Kanada ilə Kammonvilt buzlaqları arasında yerləşir. == Haqqında == Taylor vadisinin cənubundakı bu göl Robert Skott tərəfindən 1910-1913-cü illərdəki "Terra Nova" ekspedisiyası zamanı kəşf edilmiş və kartoqrafiyası edilmişdir. Gölə 1957-ci ildə ABŞ-nin İllinoys ştatındakı Avqustina Kollecindən Fritiof Frikselin adı verilmişdir. Uzunluğu 4.5 km-dir. Göldə bir çox prokariot canlı yaşayır.
Mikael Appelgren
Mikael Appelgren (15 oktyabr 1961) — İsveçi təmsil edən stolüstü tennisçi. Mikael Appelgren İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra Mikael Appelgren İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Mikael Arutyunyan
Mikael Harutyuni Arutyunyan (erm. Միքաել Հարությունի Հարությունյան; 10 fevral 1946, Saqiyan, Şamaxı rayonu) — Ermənistanın müdafiə naziri (2007–2008). O, Rusiyada yaşayır və ikili vətəndaşlıq (Rusiya vətəndaşı) daşıyır.
Mikkel muzeyi
Mikkel muzeyi (Eston dili: Mikkeli muuseum)- Estoniyada yerləşən incəsənət muzeylərindən biridir. Tallində Kadriorq parkının yaxınlığında yerləşir. Muzey 1994-cü il iyunun 25-də incəsənət kollekioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunəklərini hədiyyə etmişdir. Muzey incəsənət kolleksioneri Yohannes Mikkel tərəfindən qurulmuşdur. Yohannes Mikkel muzeyə Qərb incəsənəti və Çin çini toplusu nümunələrini hədiyyə etmişdir. Yohannes Mikkel (1907-2006) cənubi Estoniyada anadan olmuşdur. Tartu Universitetində müxtəlif fənlər üzrə dərs demiş, İkinci Dünya Müharibəsindən sonra isə antik mağazada menecer kimi işləmişdir. O, internet vasitəsilə indiki muzeyin kolleksiyasını toplamağı bacardı. 1996-cı ildə Kadriorq sarayının köhnə mətbəxinin yerində muzeyin yeni binası inşa edildi.
Mikael Arzumanyan
Mikael Arzumanyan (erm. Միքայել Ալբերտի Արզումանյան; 12 iyul 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri və general-leytenantı, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun komandiri.
Mikael Nalbandyan
Mikael Nalbandyan (erm. Միքայել Նալբանդյան; 2 (14) noyabr 1829, Naxçıvan-na-Donu, Don Voysko vilayəti[d], Rusiya imperiyası – 31 mart (12 aprel) 1866) — erməni yazıçısı, XIX əsr erməni ədəbiyyatının görkəmli nümayəndəsi. Ermənistanın rəsmi himninin, "Mer Haryenik"in (Ana Vətənimiz) sözlərinin müəllifi. Mikael Nalbandyan Rusiya İmperiyasında, sənətkar ailəsində anadan olmuşdu. Təhsilinin böyük hissəsini öz hesabına, öz üzərində çalışaraq almışdır. İlk əvvəl ruhaniliklə maraqlansa da, tezliklə bundan əl çəkərək Moskva Universitetində qısa müddətli tibbi təhsil almışdır. Bundan sonra o, 1859–1861-ci illərdə "Kolokol" və "Sovremennik" jurnallarında inqilabçı-demokrat mövqeyində çıxış etmişdir. Xaçatur Abovyanın qaldırdığı məsələlərə XIX əsrin 50–60-cı illərinin tələbləri səviyyəsindən yanaşan, istiqamət verən Mikael Nalbandyan olmuşdur. O, erməni ictimai fikrinə böyük yeniliklər gətirmişdir. M. Nalbandyan bildirirdi ki, "insan azadlıq üçün yaradılmışdır".
Mikael Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Mikael Çikatuyev
Mikael Çikatuyev (3 may 1938 – 21 mart 2014) — Qaraçay-Çərkəz Respublikası xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü (1962). 1944-cü ildə Maloabazinski məktəbinin birinci sinfinə gedir, lakin orada cəmi iki il oxuyur. 1946-cı ildə ailəsi ilə birlikdə Elburqana, 1950-ci ildə isə İnjiç-Çukuna köçür. 1952-ci ildə yeddiillik məktəbi tərifnamə ilə bitirdikdən sonra Xabez rayon komsomol komitəsi istiqamətində rayon milli internat məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Stavropol Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olmu. Birinci kursu bitirdikdən sonra sənədlərini M. Qorki adına Ədəbiyyat İnstitutuna verir və müsabiqədən uğurla keçərək onun tələbəsi olur. O, məşhur şair Vladimir Luqovskidən, sonra isə V.D.Zaxarçenkodan dərs alır. Mikael Çikatuyev Qaraçay-Çərkəzdən Ədəbiyyat İnstitutunun ilk tələbəsi və məzunu olur. 1961-ci ildə Ədəbiyyat İnstitutunu bitirmiş, bir il Qaraçay Pedaqoji İnstitutunda müəllimlik etmiş, SSRİ Yazıçılar İttifaqına qəbul olunduqdan sonra 1962-ci ildə respublika qəzetinin redaksiyasına keçmişdir. 1964-cü ildən rayon kitab nəşriyyatında redaktor, rayon yazılar təşkilatı məsul katibinin müavini, ədəbi məsləhətçi, sonra yenidən nəşriyyatda, elmi-tədqiqat institutunda işləyir.
Mikael İshak
Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur. Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır. İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır. İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Edip Yüksəl
Edip Yüksəl (türk. Edip Yüksel; 1957, Bitlis, Türkiyə) — kürd mənşəli türk araşdırmaçı və yazıçı. İslam mövzusundakı reformist fikirləriylə tanınır. Ölkədə təqib və təyziqlərə görə Amerika Birləşmiş Ştatlarında yaşamaqdadır. Türk, ingilis dillərində Quran-i Kərim və İslam dini haqqında bir çox kitabın müəllifidir. Onun əsərləri, çıxışları başda İslam dünyası olaraq Avropa və Amerika ölkələrində diqqət cəlb etmişdir. Əsas məqsədi, əsərlərində və çıxışlarında da qeyd etdiyi kimi, humanist və daha müasir bir İslam anlayışını yaymaqdır. Dini yazı olaraq Quranı qəbul etmək ilə birlikdə hədis, sünnə, icma anlayışlarını da rədd edər. == Həyatı == 1957-ci ildə Türkiyənin Bitlis şəhərində anadan olan kürd mənşəli Edip Yüksəl, ilahiyyatçı Sədrəddin Yüksəlin oğlu və həddindən artıq islamçı fəal kimi tanınan, daha sonradan millətçilər tərəfindən öldürülən Mətin Yüksəlin qardaşıdır. Edip Yüksəl Qurani olmamışdan əvvəl, o da qardaşı kimi islamçı bir fəal kimi tanınırdı.
Göksəl Dəmirpəncə
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Gülsə Birsəl
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971) — türk aktrisası, ssenarist və jurnalist. == İlk illər == 11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur. Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.