Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005).
== Həyatı ==
Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi.
Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu.
İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.