Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piti
Piti - Azərbaycanın milli yeməyi. == Tərkibi == Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir: Qoyun əti - 163 q. Quyruq - 20 q. Təzə alça - 30 q. Noxud - 25 q Baş soğan - 18 q. Zəfəran - 0,1 q. Quru nanə - 0,1 q. İstiot – zövqə görə. Duz – zövqə görə. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir.
Pitilyano
Pitilyano (it. Pitigliano) — İtaliyanın Toskana regionunda şəhər.
Pitin əjdahası (animasiya, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi.
Pitirim Sorokin
Pitirim Sorokin (23 yanvar (4 fevral) 1889 – 10 fevral 1968[…]) — rus-amerikan sosioloqu və kultroloqu. Harvard Universitetində Sosiologiya fakültəsinin əsasını qoymuşdur.
Pitiusen kərtənkələsi
Pitiusen kərtənkələsi (lat. Podarcis pityusensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. Aralıq dənizində yerləşən Pitiusen adalarının endemik canlısıdır. İspaniyaın Malyorka adalarında yarımnövlərinə rast gəlinir. == Xariçi görünüş == Elədə böyük olmayan kərtənkələdir. Onun uzunluğu 7 sm təşkil edir. Quyruğu bədəndən iki dəfəyə yaxın böyük olur. Ümumilikdə 26 yarımnöv əmələ gətirirlər. Onların bir çoxu çox nadirdir. Bəziləri qəhvəyi və ya yaşıl rəngdə olur.
Pitivye (rayon)
Pitivye (fr. Pithiviers) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare (departament). Suprefektura — Pitivye. Rayon əhalisi 2006-cı ildə 59 924 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 1198 km².
Şəki pitisi
Şəki pitisi - Azərbaycanın milli yeməyi. == Ləvazimatlar == Sümüksüz qoyun əti - 163 q. Noxud - 30 q. Quyruq - 20 q. Baş soğan - 18 q. Şabalıd - 30 q. Quru gavalı - 20 q. Zəfəran - 0,1 q. İstiot. Duz – zövqə görə.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. == Tarixi == Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Aiti (kommuna)
Aiti (fr. Aiti, kors. Aiti) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B003. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 32 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 20 nəfər (15-64 yaş) arasında 11 nəfər iqtisadi fəal, 9 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 55,0%, 1999-cu ildə 40,0%) olmuşdur. Fəal işləyən 11 nəfərdən 11 nəfəri (7 kişi və 4 qadın) işsiz olmayıb.
Aleksi Pitu
Aleksi Paul Pitu(5 iyun 2002, Karlsrue, Baden-Vürtemberq) — Rumıniya Liqa I təmsilçilərindən olan Vitorul Konstanta klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Rumıniyalı futbolçudur. == Klub karyerası == === Vitorul Konstanta === Pitu George Haci Akademiyası akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 12 iyul 2018-ci ildə Milli Divizion təmsilçisi olan Rasinq Lüksemburq klubuna qarşı oyunda etmişdir. O, 86-cı dəqiqədə İanis Hacini əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Vitorul rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.Pitu Rumıniya Liqa I-də debütünü isə 22 iyul 2018-ci ildə Dunarea Kalaraşi klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Mihai Vodutu əvəz etmişdir. Liqa I görüşündə Vitorul rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Pitu Karlsrue şəhərində anadan olmuşdur. O, keçmiş futbolçu olan George Pitunun oğludur. == Karyera statistikası == === Klub === 5 oktyabr 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Asnı piri
Asnı piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda yerləşən ziyarətgah. Pir Asnı çayının qaynağında yerləşir. Belə ki, Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, Güney Azərbaycanda bir oğlan varlı bir adamın qızını istəyirmiş. Qızın adı Asnı imiş. Qızın da oğlana meyli varmış. Atası qızı başqasına vermək istəyəndə oğlanla qız qaçaraq Qarabağlar kəndi yaxınlığındakı Qalacıq adlı yerə gəlirlər. Hər tərəf meşə imiş. Onların yeməyi, suyu qurtardığından oğlan su axtarmağa gedir və meşədə azır.
Aza piri
Aza piri — Ordubad rayonunda, Aşağı Aza kəndinin şimal-şərqində orta əsrlərə aid ziyarətgah. == Haqqında == Pirin içərisindəki kitabə və ətraf qəbiristanda qalmış kitabələr tarixi əhəmiyyətli abidə kimi diqqəti cəlb edir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan əsər əlamət qalmamışdır. Aşkar olunmuş üç qoç daşdan ikisi yazısızdır, başı sınmış üçüncü abidənin yan tərəflərində ərəbcə kitabədə yazılmışdır: "Onun sahibi Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il (1472/73)". Pirin giriş qapısının sağ və solundakı iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Tədqiqatlar nəticəsində vaxtilə pirin ətrafında qəbiristanlıq olduğu aydınlaşdırılmışdır. İçəridə qəbirüstü sinə daşının üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr, aşağı hissədə isə süls elementli nəsx xəttilə ərəbcə kitabədə "… əzəmətli … mömin … Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbadi dünyaya köçdü…". Zilhiccə 892 (18.
Ağoğlan piri
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və оnun оğlu Ağоğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağоğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çоxüzlü prizma fоrmasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında оyuqlara qоyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Ağqızoğlu Piri
Ağqızoğlu Piri (XVIII əsr – Şuşa)— Azərbaycanın XVIII əsr şairlərindən biri. M.P. Vaqif və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır. Heca vəzni ilə yazılmış şeirləri vardır. Əsərləri çap edilməmişdir.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Bibqətəl piri
Bibqətəl piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gəmiqaya ərazisində yerləşən ziyarətgah. Ziyarətgah Gəmiqayanın cənub-şərqində Nazağa adlanan yerin cənub tərəfindədir. Yerli əhali arasında Bibiqətəl, Bibiqətl – "Bibinin qətlə yetirildiyi yer" kimi də adlandırılır. Buraya ilin yay fəslində – iyul ayında gələr, gecəni orada qalar, sübh çağı otların üzərinə düşən səhər şehindən üzlərinə sürtər və ətrafa su səpərlər. Ona görə də buraya ziyarətə gəlinən günə və həyata keçirilən mərasimə "susəpən" deyirlər. Bundan sonra ziyarətgaha gələnlər musiqi sədaları altında Gəmiqayaya doğru hərəkət edər və hamı bir yerə cəmləşər. Orada xüsusi bayram yeməkləri hazırlanar, şənlik başlanardı. Aşıq məclisi təşkil olunar, yallı oynanılar, at yarışı keçirilərdi. Burada küsülülər barışdırılar, oğlanlar gül-çiçək verməklə istədikləri qızlara könüllərini açardılar. Zaman keçdikcə ziyarətgah insanların yaylağa köçməsilə bağlı olmuş, yurdlara gələnlər ilk öncə bu piri ziyarət etmişlər.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Buğakar piri
Buğakar piri — Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib. == Haqqında == Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır. == Tarixi == Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.
Cefferson-Siti
Cefferson-Siti (ing. Jefferson City) – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi. == Əhalisi == Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min). == Coğrafiyası == Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda). == Tarixi == Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir.
Cersi-Siti
Cersi-Siti (ing. Jersey City) — Nyu-Jersey əyalətindəki Newark şəhərindən sonra Cersi-Siti, ikinci ən çox əhalisi olan şəhərdir.
Dilək piri
Dilək piri — Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgah. Pir daşdan tikilmiş bir оtaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc fоrmalı taxçası vardır. Binanın interyeri sadə оlub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq fоrmalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini mоtivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid оlsa da, ətrafdan aşkar оlunan şirli və şirsiz saxsı məmulatı оnun Erkən Оrta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos Ayres) — Argentina aktyoru və komediyaçı.
Filipp Peti
Filipp Peti (fr. Philippe Petit; 13 avqust 1949) — fransız kəndirbazı. 7 avqust 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində Şimal və Cənub bürclərində 400 metr hündürlükdə kəndir üzərində gəzmişdir. 2015-ci ildə onun həyatından bəhs edən Gəzinti filmi çəkilmişdir. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Filmoqrafiya == Gəzinti (film, 2015) == Xarici keçidlər == Columbia Artists Management Inc. — Philippe Petit MSA — The Man Who Walked Between The Towers. Co-produced by Michael Sporn Animation and Weston Woods Studios Philippe Petit Signature visible in the 1980s photos of Philippe Petit crossing the Twin Towers along with others Philippe Petit: The journey across the high wire, TED2012, Filmed Mar 2012, Posted may 2012.
Fransua Peti
Fransua Peti (fr. François Petit) – Fransız əsilli Amerika aktyoru və döyüş sənətləri ustasıdır.. Fransua keçmiş fransız hərbi qüvvələrin zabiti olub. Cüdoda 3-cü, Qosindo Ciu-Citsuda 8-ci, Karate-doda 7-ci dərəcə qazanmışdır. Həmçinin, Kay Den-Sixan tutuluna sahibdir. Bu titul Yaponiyada ən böyük döyüş sənətləri ustasına verilir. Əvvəllər Nincitsu il məşğul olmuşdur.
Hadiqaib piri
Hadiqaib piri - Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyarətgah. Hаdiqаib yаşаyış yеrində оlаn аrmud аğаcınа sitаyiş еdilməsi müхtəlif şəkildə həyаtа kеçirilir. Birinci növ sitаyişdə аrmud аğаcının budаqlаrınа müхtəlif rəngli pаrçаlаr bаğlаnılır. İkinci növ nəzirlərin vеrilməsi və qurbаn kəsilməsidir. Sоnuncuyа хüsusilə üstünlük vеrilir. Ахurа kənd əhаlisi qurаqlıq bаş vеrdikdə Hаdiqаib pirinin yаnındа qurbаn kəsir və аllаhа duа еdərək yаğış göndərməsini хаhiş еdir və yаlvаrırlаr.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Patı
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psödoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" də adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir. == Tarixçəsi == 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi. "Metamfetamin" termini bu yeni qarışığın kimyəvi quruluşundan törəmişdi: Methyl alpha-methylphenylethylamine. Kristallaşdırılmış metafemtamini 1919-cu ildə əczaçı Akira Oqata efedrinin redoks üsuluyla qırmızı fosfor və yod istifadə etməklə sintezlədi.