PİT

(Cəlilabad)
çərçivə. – Ağuşgənin piti diyəsən əyridi
Pit qoyməy (Cəlilabad) – çiy kərpic qoymaq. – Evin uxarısinə pit qoyəndə pit ev de:yük
PİŞRO
PİTBALA
OBASTAN VİKİ
Pit (ada)
Pit və ya Ranqiairia (ing. Pitt Island) — Çatem arxipelaqının Çatem adasından sonra ikinci böyük adasıdır. Yeni Zelandiyanın ərazisinə daxildir. Əhalisi 45 nəfər təşkil edir (2006). Adanın sahəsi 62 km² təşkil edir. Adanın relyefi təpəlikdir. Ən hündür nöqtəsi Vayhere (241 m) dağıdır. Ada ilk dəfə 1791-ci ildə kəşf edilmişdir.
Pit (personaj)
Pit (ing. Pete) — 1925-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Pit Best
Pit Best (doğum adı Randolf Pete Best) — İngilis musiqiçi. The Beatles qrupunun orijinal üzvlərindən biridir. Qrupda müəyyən bir müddət baraban çalmışdır. Hindistan hələ İngilis müstəmləkəsi ikən Çennai şəhərində doğulmuşdur. Anası, Mona Best (1924-1988) ilə birlikdə 1945-ci ildə Liverpula köçüb, evlərinin alt qatında kafe (The Casbah Kafe Klubu) açdılar. Kafe Klubu gənclər arasında çox məşhur idi və 1000-dən çox üzvə sahib idi. The Beatles (o zamanki adıyla The Quarrymen), ilk performanslarından bəzilərini məhz bu kafedə vermişdi. The Beatles Pit Besti 1960-cı il 12 avqust tarixində, ilk Hamburq turlarından qısa bir müddət əvvəl qrupa dəvət etdi. Qrupdakı yerini isə 1962-ci il 16 avqust tarixində Ringo Starr'a verdi. Qrupdan çıxarılması, EMI studiyalarındaki ilk səsyazmadan sonra reallaşdı.
Pit Siger
Pete Seeger (3 may 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2014[…], Manhetten, Nyu-York ştatı) amerikan folki ifaçısı, janrin görkəmli ulduzlarından biri.
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Bred Pit
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Glochidion pitcairnense
Glochidion pitcairnense (lat. Glochidion pitcairnense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Glochidion taitense var. pitcairnense F.Br.
Herbert Pitman
Herbert Pitman (ing. Herbert John "Bert" Pitman; 20 noyabr 1877 – 7 dekabr 1961) — Titanik gəmisinin üçüncü ofiseri.
La Brea Tar Pits
La Brea Tar Pits — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində mövcud olan qədim fauna və flora qəbiristanlığı Bu sahənin 35 min illik yaşı vardır. Hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Lars Piter Hansen
Lars Piter Hansen (ing. Lars Peter Hansen; 26 oktyabr 1952) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Robert Şiller və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Xarici keçidlər == Lars Piter Hansenin saytı Lars Piter Hansen haqqında faktlar. Lars Piter Hansenin şəkilləri. Lars Piter Hansenin müsahibəsi. Lars Piter Hansenin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Mari Pitt
Mari Pitt(ing. Marie Pitt; 6 avqust 1869 – 20 may 1948)—Mari Elizabet Josephine Pit (1869-1948) Avstraliyalı şair və sosialist fəal, jurnalist və Unitar idi. Pitt bir zamanlar antologiyaya çevrilmiş təbiət haqqında çox canlı şeirlər yazdı; həm də sosialist və fəhlə hərəkatlarını dəstəkləmək üçün şeirlər yazdı. == Həyatı == Pittin qızlıq adı McKeown idi. 6 Avqust 1869-cu ildə Bairnsdalenin şimalındakı Viktoriya Koloninin Gippsland bölgəsindəki qızıl mədəni Bullumwall şəhərində anadan olmuşdur. Erkən uşaqlığı əsasən Bairnsdale yaxınlığındakı kiçik bir qəsəbə olan Wee Jung'da keçdi, burada valideynləri üçün və ya kiçik bir fermada "damazlıq" olaraq çalışdı. Müəllim ixtisası almadan, 1887-ci ildə Bairnsdaledə fotoşəkil rötüşçüsü olaraq iş tapdı və 1893-cü ildə Tasmaniyada, Qərbi Avstraliyanın qızıl sahələrində, yenidən Bairnsdaledə və nəhayət Melburnda yaşadığı Tasmaniya fermer və mədənçisi William Pitt ilə evləndi. Viktoriya Sosialist Partiyası və The Social jurnalının redaktoru oldu. 1900-cu ildə nüfuzlu Bülleten şeirlərindən birini qəbul etdi. İlk şeirlər toplusu 1911-ci ildə nəşr olundu.
Mikania pittieri
Mikania pittieri (lat. Mikania pittieri) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Müxtəlifyarpaq pittosporum
Təbii halda əsasən, Çində yayılmışdır. Hündürlüyü 7 m-ə çatan həmişəyaşıl koldur. Eyni kolda neştərvari, ellipsvari, yumurtavari və s. formalı yarpaqlara təsadüf edilir. 5-7 ədəd ağ və ya sarı çiçəkləri uc və ya qoltuq çiçək qruplarında yerləşir, olduqca ətirli, zərif portağal qoxusu verir. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvəsi xırda, tünd qırmızı toxumları şarşəkilli qutucuqdur. Toxum və qələmlə çoxaldılır. Münbit torpaqları sevir, sərt şaxtalarda yerüstü hissəsi məhv olur, yazda pöhrələr verərək yenidən bərpa olur. Bu növ meşələrdə, quru daşlıq yerlərdə, dağ çaylarının vadilərində, dəniz səviyyəsindən 1000-4000 m hündürlükdə, məhsuldar, nəmişli torpaqlarda, işıqda və ya yarımkölgədə yaxşı bitir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya

Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Pita Taufatufa
Pita Taufatufa — Tonqa taekvondoçusu. Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Tonqa millisinin bayrağını daşımışdır. Açılış mərasimindən sonra məşhurlaşmışdır. Belə ki, onun zahiri görkəminə vurulan braziliyalı qadınlar Pita Taufatufaya heyran qalmışlar.
Pitahaya
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Pitaya

Pitbull (musiqiçi)
Armando Christian Pérez (doğum 15 Yanvar 1981), bilinən adıyla Pitbull, Amerikalı repçi. İlk dəfə 2002-ci ildə Lil Jon'un Kings of Crunk albomunda qonaq olaraq iştirak etdi. Ardından, 2004-ci ilin Avqust ayında TVT Records etiketiylə MIAMI ( Money Is a Major Issue qısaltması) adlı ilk studiya albomunu bazara sürdü. O zamandan bəri, yenə TVT Records etiketi altında iki studiya albomu daha nümayiş etdi: 2006-cı ilin oktyabr ayında Əl Mariol' və 2007-ci ilin Noyabr ayında" The Boatlift. Ayrıca, Mun2 kanalında La Esquina adında İspanca bir program təqdim edir.
Pitekantrop
Pitekantrop — XIX əsrin sonlarında Yava adasında, Trinil yaxınlığında avstrolopitekə nisbətən daha mükəmməl və insana daha artıq bənzəyən meymunların qalıqları tapılmışdır. Tədqiqatçılar onların Kaynazoy erasının dördüncü dövründə yaşadıqlarını aşkar etmişdir. Bu cür meymunların ilk nümunəsi hollandiyalı həkim Dübua tərəfindən 1891–1892-ci illərdə kəşf edilmiş və Pitekantrop (meymun- insan) adlandırılmışdır. 1936-cı ildə Yava adasındakı Modcokerto şəhəri yanında daha bir pitekantrop uşağın kəllə sümüyü tapılmışdır. Bu vaxtadək yeddi pitekantropun sümüyü tapılmışdır. Adından göründüyü kimi, pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla neandertal insan arasındakı keçid formasının bir nümunəsidir. Bunu pitekantropun tapılmış qalıqlarında həm meymunlara və həm də insana xas olan əlamətlərin olması da sübut edir. Məsələn; onun kəllə sümüyünün zahiri görünüşü, gözüstü alın sümüyünün qabağa çıxması, alının kiçikliyi, bəzi dişlərin quruluşu və s. meymunlar üçün xarakterikdir. Pitekantrop təxminən 700–27 min il bundan əvvəl yaşamışdır.
Pitekantroplar

Piter Abrahams
Piter Henri Abrahams (ing. Peter Henry Abrahams; 19 mart 1919 – 18 yanvar 2017[…]) — Cənubi Afrika yazıçısı. Piter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir. Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar. 1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir. Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Piter Brek
Cozef Piter Brek (d. 13 mart 1929; Roçester Nyu- York – ö. 6 fevral 2012; Vankuver), Amerikalı aktyor. The Big Valley və Mavericksdə bir neçə hissə rol alan Piter Brek, bundan başqa həmin sıralar başqa Vestern seriallarında da qonaq oyunçu olaraq yer aldı.
Piter Cekson
Piter Robert Ceckson (31 oktyabr 1961[…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı. İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı.
Piter Daymond
Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor Pisserides və Deyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.

Digər lüğətlərdə