Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cilovluq
Azərbaycan türklərinin Cilovluq faciəsi 1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. == Quzeydə mart faciəsi == Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərinin mövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstan və Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti tərəfindən iki yerə parçalandı. Və Azərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı.
Plovlar
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Alovlu xoruzgülü
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var. Milliyətcə kürddür. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. Sumqayıtda məktəb direktoru işlədiyi zaman 1988-ci ildə Sumqayıt hadisələrində təxribatlar törətdiyi iddia olunur. Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur.
Alovlu Rod
Alovlu Rod (ing. Hot Rod) — 2007-ci ildə ekranlara çıxan ABŞ komediya filmi. == Süjet == Həvəskar kaskadyor Rod Kimbl ona lağ edən ögey atasının əməliyyatı üçün vəsait toplamaq məqsədilə ən təhlükəli tryukunu həyata keçirəcək.
Alovlu ada (film,1990)
Alovlu ada (火燒 島; İsland of Fire) — film 1990-cı ildə çəkilmişdir. Film döyüş, detektiv, dram janrındadı. Filmin rejissoru Zhu Yanpinqdir. == Məzmun == Polis zabiti Andi (Tony Leung Kafai), Taypeydən gəldikdə, bir hakimin — sevgilisi Sallinin atasının öldürülməsinin şahidi olur. Tapılan dəlillər qatilin Zinq triadasının üzvü Karl Çanq adlı bir məhbus olduğunu göstərir. Qatilin işi barədə məlumat gözlənilməz bir nəticə verir: Çanq iğtişaş cəhdinə görə bir əsgər-əsgəri tərəfindən həbs edilir.Tapılan dəlil nəinki işə kömək etmədi, əksinə onu daha da qarışdırdı, Andi məhkumların etimadını qazanmaq və qatili tapmaq üçün uydurma bir iş üzrə həbsxanaya getməyə qərar verir. Bu zaman vəhşi hadisələr də baş verir:həvəskar bilyard oyunçusu Stiven Park (Jackie Chan) Honq Konqun dəstə patronu Boss Li (Andi Lau) ilə əlaqəli bir adamla matçda qalib gəlir, sevgilisinin hücumuna məruz qalır və o, ağır yaralanır.
Alovlu ada (film, 1990)
Alovlu ada (火燒 島; İsland of Fire) — film 1990-cı ildə çəkilmişdir. Film döyüş, detektiv, dram janrındadı. Filmin rejissoru Zhu Yanpinqdir. == Məzmun == Polis zabiti Andi (Tony Leung Kafai), Taypeydən gəldikdə, bir hakimin — sevgilisi Sallinin atasının öldürülməsinin şahidi olur. Tapılan dəlillər qatilin Zinq triadasının üzvü Karl Çanq adlı bir məhbus olduğunu göstərir. Qatilin işi barədə məlumat gözlənilməz bir nəticə verir: Çanq iğtişaş cəhdinə görə bir əsgər-əsgəri tərəfindən həbs edilir.Tapılan dəlil nəinki işə kömək etmədi, əksinə onu daha da qarışdırdı, Andi məhkumların etimadını qazanmaq və qatili tapmaq üçün uydurma bir iş üzrə həbsxanaya getməyə qərar verir. Bu zaman vəhşi hadisələr də baş verir:həvəskar bilyard oyunçusu Stiven Park (Jackie Chan) Honq Konqun dəstə patronu Boss Li (Andi Lau) ilə əlaqəli bir adamla matçda qalib gəlir, sevgilisinin hücumuna məruz qalır və o, ağır yaralanır.
Alovlu məhəbbət (film, 2011)
Alovlu məhəbbət — rejissor Dreyk Doremusun 2011-ci ildə çəkdiyi film. Əsas rolları Anton Yelçin, Felsiti Cons və Cennifer Lourens ifa edirlər. == Məzmun == Film ingilis tələbə Annann amerikalı tələbə Ceykoba aşıq olmasından bəhs edir. Amerikada uzun müddət qaldığı üçün vizası ləğv olunan Anna sevgisindən ayrı düşmək məcburiyyətində qalır.
Alovlu yol (film, 2012)
Alovlu yol (hind dilində अग्निपथ, Rom: Agneepath) — Karan Malxotun rejissorluğu ilə 1990-cı ildə çəkilmiş eyni adlı filmin remeyki olan hind döyüş-qəhrəmanlıq filmidir. Filmdə baş rollarda Hritrik Roşan, Priyanka Çopra və Sancay Datt oynamışdır. Filmin premyerası 26 yanvar 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Mandva ada kəndinin sakinləri məktəb müəllimi Dinanat Çauhana böyük hörmət bəsləyirlər. Onun kənd camaatı arasındakı məşhurluğuna paxıllıq edən kəndin başçısı oğlu Kançanı kənd camaatının gözündəki müəllimin məşhurluğunu məhv etməsi üçün çağırır. Kança adanın torpağının narkotik yetişdirmək üçün əlverişli olduğunu bildiyi üçün Mandvada narkotik karteli də qurmağı planlaşdırır. Kança Mandvanın duz sənayesini genişləndirmək bəhanəsi ilə kəndlilərdən torpaqlarını ona vermələrini xahiş etdikdə, Dinanat xalqı bundan çəkindirir. Sonra Kança müəllimdən yaxasını xilas etmək qərarına gəlir və bunun üçün günahsız bir məktəbli qızı öldürür və bu işdə Çauhan günahlandırılır. Kəndlilərin də dəstəyi ilə Kança daha sonra müəllimi onun gənc oğlu Vicay Çauhanın gözü qarşısında ağacdan asaraq öldürür. Vicay hamilə anası ilə kəndi tərk etmək məcburiyyətində qalır.
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. == Süjet xətti == Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.
Plovdağ
Plovdağ abidələri Araz çayından 2, 0–2, 5 km şimalda, Gilançayın sol sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Gilançayın mənsəbini şərqdən və qərbdən əhatə edən dağlar lay-lay vulkanik daşlardan və boz rəngli gilli torpaqdan ibarətdir. Plovdağın daşlan yumşaq tərkibli tufit daşlar olduğundan həm orta əsrlərdə (qəbirüstü qoç heykəllər hazırlanarkən), həm də sonralar (Aza körpüsü tikilərkən) bu daşlardan istifadə olunmuşdur. Nəticədə, qədim dövrə aid siklopik tikililərin bir hissəsi dağıdılmışdır. Plovdağın zirvəsindən qopub tökülmüş. bir neçə tonluq nəhəng daşlar isə yaşayış yerinin dağa yaxın olan tərəflərini dağıtmışdır. Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərmişdir ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində yerləşir. İkinci yaşayış yerinin divarları iri həcmli dağ daşlarından (siklopik) hörülmüşdür.